Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Tibbi fərdi mühafizə vasitələri



Yüklə 0,67 Mb.
səhifə58/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   70
5. Tibbi fərdi mühafizə vasitələri.
Tibbi fərdi mühafizə vasitələri- FH vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə adamların həyatını xilas etmək ,zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək ,bir sıra zədələyici amillərin təsirinə qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür. Bunlara radioprotektorlar, antidotlar (zəhər əleyhinə dərman) və bakteriya əleyhinə maddələr habelə qismən sanitariya tənzimlənməsi vasitələri aid edilir.
Radioprotektorlar-ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədən maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə ediləni həb şəklindəki sistamin adlı maddədir. Bu həbləri şüalanmadan 30-40 dəqiqə əvvəl qəbul etmək lazımdır.
Antidotlar (zəhər əleyhinə dərman)- ZM-in təsirinin qarşısını alan və ya zəiflədən maddələrdir. Sinir-iflicedici təsirli, sionid turşusuna və digər sionlara, lüizitə və qıcıqlandırıcı ZM-yə qarşı antidotlar vardır. Fosforlu –üzvi maddələr əleyhinə - afin, taren, atropin və s. sionidlərə qarşı amilnitrit, propilnitrit adlı; lüizitə və arsin tərkibli digər maddələrə qarşı – unitol adlı antidotlar mövcuddur.
Bakteriya əleyhinə maddələr – spesifik və qeyri spesifik profilaktika vasitələri növlərinə ayrılır . Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, ana-toksinlər və bakteriofaqlar aiddir.
Fərdi tibbi mühafizə tabel vasitələri aşağıdakılardır:
-fərdi aptekçə Aİ-2, Aİ-4;
-mühafizə qurğuları üçün kollektiv aptekçə - 100 -150 nəfərlik və 400-600 nəfərlik
- İPP-8, İPP-10, İPP-11 tipli fərdi kimyəvi paket
- İPP-1(PPM), İPPAB-3 tipli fərdi sarğı paketi
Aİ-2 fərdi aptekçəsində insan orqanizminə ionlaşdırıcı şüalanmaların,ZM və BV –nin təsirinin qarşısını alan və ya bu təsiri zəiflədən ,habelə şok halının qarşısını alan preparatlar olur. Aptekçə narıncı rəngli plastik kütlə materialdan düzəldilmiş kiçik qutudan ibarətdir, içərisində plastik şpris tubiki və dərman penalları yerləşdirilmişdir.Aptekçəni cibdə gəzdirirlər, qutunun ölçüləri 60x20x90mm, çəkisi isə 130 q-dır. Aptekçə 1-7 saylı yuvalardan ibarətdir. Hərbi qüvvələrin və MM ştatdankənar dəstə üzvlərinin şəxsi heyəti 1995-ci ildən Aİ-1 aptekçəsi ilə təmin edilir, onda müalicəvi preparat afin və fosforlu üzvi birləşmələrlə zəhərlənmələr zamanı istifadə edilən qırmızı başlıqlı şpris-tyubik(butaksin) yerləşir.
Aptekçə Aİ-4 fərdi mühafizəyə yeni yanaşma vasitəsidir. Aptekçə Aİ-4 müasir tələblərə cavab verməyən Aİ-2 aptekçəsinin əvəzinə hazırlanmışdır. Aptekçə Aİ-2 hazırda yarı boş hazırlanır, daxilində ağrıkəsici ,fosfor üzvi birləşmələri ilə zəhərlənməyə qarşı vasitə və bir nömrəli radio mühafizə vasitəsi –sistamin yoxdur. Aptekçə Aİ-4 əhalini mühafizə etmək üçün lazım olan bütün kompleksi əhatə edir. Aİ-4 aptekçəsi bütün MM və FHN-nin dəstələrinin üzvlərinin ,həmçinin hərbi qüvvələrin və güc strukturlarının üzvlərinin sayına uyğun komplektləşdirilir(2005 -ci ildən). Aptekçə daha müasir və effektiv farmoloji preparatlarla təchiz olunmuşdur və bugünün tələblərinə cavab verir. Aptekçə Aİ-4 1-9 saylı yuvalardan ibarətdir.
Kimya əleyhinə fərdi paket (İPP-8)-dəri səthinin ZM damcıları və ya dumanı ilə habelə radioaktiv maddə və bakterial vasitə aerozolları ilə zəhərlənmiş açıq sahələrini ,bu sahələrə toxunan paltar hissələrini qismən sanitariya təmizlənməsindən keçirmək üçündür. Bu paket içərisində hər cür ZM-ni zəhərsizləşdirmək üçün polideqazasiya mayesi olan şüşə flakondan və 4 ədəd pambıq –tənzif salfetdən ibarətdir. Məhlulun gözə düşməsinə yol vermək olmaz.
Fərdi kimya əleyhinə paket İPP-10-dərinin açıq səthlərinin hər hansı bir zəhərləyici maddə ilə dəri- rezorbtiv və ikincili inhalyasiya yolu ilə zədələnməsi zamanı profilaktika vasitəsidir. Maye halındadır, çəkisi 250 qramdır, ikiqat mühafizə və təmizlənməni təmin edir.
Fərdi kimya əleyhinə paket İPP-11-dərinin açıq səthlərinin hər hansı bir ZM ilə və qəza –kimyəvi təhlükəli dəri-rezorbtiv və ikincili olaraq inhalyasiya yolu zədələnməsi zamanı profilaktika vasitəsidir. Həmin maddələri dəri və paltar üzərində FMV-də deqazasiya məqsədilə tətbiq edirlər. Vaxtında dəri üzərinə səpilərsə öz effektini 24 saata qədər saxlayır. Dərinin açıq səthlərinin deqazasiyası üçün bir paket istifadə edilir. Paketin çəkisi 36 qramdır, bir dəfəlik vasitədir, temperatur intervalı – 2000 S ilə + 4000 S-dir.
Tibbi sarğı paketi İPP-1 – tipli fərdi tibbi sarğı paketi (PPM) yaralara, yanıqlara aspektik sarğı qoyulması və bəzi qanaxmaların saxlanması üçün istifadə edilir. Qoyulmuş sarğı yara səthini ikincili infeksiyadan mühafizə edir və qanaxmanın dayandırılmasını tam təmin edir. Fərdi sarğı paketi hermetik qablaşdırılmış steril bint və 2 ədəd pambıq –tənzif yastığından ibarətdir. Yastıqlardan biri bintin ucuna bərkidilmişdir, digəri isə hərəkətli olur. Belə quruluşa görə dəlib keçən zədələnmələrdə yaranan həm giriş , həm də çıxış dəliyini bağlamaq olur.
Fərdi sarğı paketi İPPAB-3 – yaralara ilkin tibbi yardım məqsədilə sarğı qoymaq üçün istifadə edilir. 2 çoxqatlı yastıqdan və elastik bintdən ibarətdir, yüngül polimer örtüklə qablaşdırılmışdır. Yastığın 3 qatı var: atravmatik (tor formasında) sorbsiyaedici (pambıq – viskoz liflər) və mühafizəedici (polipropilen parça)
Universal məişət aptekçəsi aşağıdakı vasitələrlə komplektləşdirilir:

  • Radiomühafizə vasitəsi;

  • Ümumi terapevtik preparatlar (aspirin, sedalqin, ammonyak, validol, papazol, fenezepam və s.)

  • Antiseptik və sarğı vasitələri (brilyant yaşılı, kalium permanqanat, levominol, pambıq, bint, bakterisid plastır)

Mühafizə qurğuları üçün kollektiv aptekçə 100-150 və 400-600 nəfərə hesablanmışdır. Aptekçədə sığınacaqda sığınan insanlara və MM dəstələrinin üzvlərinə öz-özünə qarşılıqlı yardım göstərmək üçün tibbi vasitələr olur. Həmin vasitələr aşağıdaklardır:

  • Ağrıkəsicilər, iltihabəleyhinə və qusmaəleyhinə dərman vasitələri

  • Qanaxmanı saxlamaq, yaranı sarımaq və təmizləmək vasitələri

  • Klinik ölüm zamanı ürək-ağciyər reanimasiya vasitələri

  • Bayılma və kollops zamanı istifadə olunan vasitələr

  • Qida zəhərlənmələri zamanı dezintoksikasiya vasitələri

  • Stress reaksiyalarında istifadə olunan tibb vasitələri

Xüsusi qablaşdırılmış sanitar çantası səhra şəraitində ilkin yardım vasitəsidir, MM və FH xidmətlərinin tələblərinə cavab verir. Çanta sukeçirməyən brezent tipli sıx materialdan hazırlanmışdır. Daxili dərman və tibbi vasitələrlə qablaşdırırlmışdır: yod məhlulu və ampulada ammonyak, bint, sarğı paketi, jqut, plastır, qayçı, təhlükəsiz sancaq və sınıqlar zamanı istifadə edilən parça tipli yaylıq. 15-20 yaralıya yardım üçün nəzərdə tutulmuşdur. Çanta içərisindəkilərlə birlikdə 3-3,5 kq –dır.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin