Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,67 Mb.
səhifə61/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   70
-müharibə dövründə- Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra hakimiyyəti başçısının təklifi üzrə- Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri ;
-sülh dövründə- ərazisində FH yaranmış şəhərin (rayonun) icra hakimiyyəti başçısı. Bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və baş nazirinə məlumat verir.
Silahlımünaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlaradan cəbhə ətrafı zolaqlardan əhalinin köçürülməsi hərbi komandanlığın və icra hakimiyyəti başçısının birgə qərarı ilə həyata keçirilir. Bu barədə onlar tabeliyi üzrə yuxarı idarəetmə orqanlarına dərhal məlumat verirlər.
3. Köçürmə tədbirlərinin planlaşdırılması və təşkili
Köçürmə (qəbuletmə) tədbirlərinin planlaşdırılması təşkili və həyata keçirilməsinə görə ərazi və sahə idarəetmə orqanlarının rəhbərləri, MM qərargahları və fövqaladə hallar üzrə komissiyalar köçürmə barədə müvafiq rəhbərlik tərəfindən qəbul edilmiş qərarların yerinə yetirilməsi üçün isə məsuliyyət daşıyırlar. Mülki müdafiə xidmətlərinə və digər orqanlara onların təyinatına uyğun olaraq köçürmə tədbirlərinin təminatı həvalə edilir. Təhlükəli dövrdə respublikada köçürmə işlərinə AR-sı Nazirlər Kabinetinin Fövqaladə hallar üzrə komissiyası, Naxçıvan Muxtar Respublikasında əhalinin köçürülməsinə Naxçıvan MR-nın Fövqaladə Hallar üzrə komissiyası bilavasitə rəhbərlik edir.
Fəhlələrin, qulluqçuların digər işçilərin və onların ailə üzvlərinin, habelə ali orta ixtisas məktəbi tələbələrinin, texniki peşə məktəbi şagirdlərinin köçürülməsinə sahələrin və obyektlərin fövqaladə hallar üzrə komissiyaları bilavasitə rəhbərlik edirlər. Şəhər və rayon icra hakimiyyəti orqanlarının fövqaladə hallar üzrə komissiyaları yaranmış vəziyyətdən asılı olaraq həm yerli əhalinin köçürülməsi, həm də buraya köçürülən əhalinin qəbulu, yerləşdirilməsi və təminatı üzrə məsələləri həll edirlər.
Lazimi hallarda köçürmə marşrutlarında kənd rayonların bazası əsasında köçürmə məntəqələri yaradıla bilər. Köçürülən (qəbul edilən) əhalini aparmaq üçün icra hakimiyyəti başçılarının və onların yerlərdəki nümayəndələrinin qərarı ilə köçkünlərin (qaçqınların) qeydiyyat məntəqələri yaradılır.
Köçürülən əhalini mütəşəkkil surətdə yola salmaq və qarşılamaq məqsədilə köçürmə marşrutlarında nəqliyyata minmək və düşmək üçün məntəqələr müəyyən edilir.
Əhalini piyada köçürmək üçün əvvəlcədən piyada dəstələrin hərəkət marşrutları müəyyənləşdirilir. Hər bir marşrut üçün marşrut rəisi və idarəetmə qrupu təyin edilir. Köçürmə prosesinin idarəetmək üçün əsasən Azərbaycan Respublikası Rabitə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və digər sahələrin bütün mövcud rabitə və xəbərdarlıq vasitələrindən istifadə olunur.
Əhalinin köçürülməsi, yəni təbii fəlakət və qəzalar nəticəsində təhlükə yaranan səbəblərdən adamların çıxarılması ölkəmizdə sülh dövründə geniş istifadə edilən tədbirdir.
Köçürmə tədbirlərinin müvəffəqiyyətlə həyata keçirməsinə bu işlərlə nail olunur:
-təsərrüfat obyekti fəaliyyət göstərdiyi rayonun hər tərəfli və əsaslı surətdə öyrənilməsi;
-obyektdə istehsalat fəaliyyətinin və onun ərazidə yerləşməsinin xüsusiyyətlərini nəzərə almaqla texnogen və təbii FH yaranması ehtimalının daim proqnozlaşdırılması;
-müxtəlif FH-ra müvafiq gələn köçürmə tədbirlərinin tam və diqqətlə planlaşdırılması;
-köçürməni təmin etmək üçün nəzərdə tutulan qüvvə və vasitələrin, həmçinin fəhlə ,qulluqçu və digər əhalinin fəaliyyətə hazırlanması;
-gözlənilən təhlükə haqqında və FH yarandığı barədə vaxtında xəbərdarlıq edilməsi.
Zəlzələ, daşqın ,sel və ya sürüşmə ,yanğın ,istehsalat qəzaları ,GTZM-rin yayılması və s. nəticəsində köçürmə tədbirlərinin planlaşdırılması müxtəlif olur.
Azərbaycan Respublikasında bir sıra FH-da köçürmə işləri belə planlaşdırılır:
-radioaktiv zəhərlənmə zonalarında -əhali sığınacaqlarda və bu məqsəd üçün uyğunlaşdırılan binalarda radiasiyanın səviyyələri azalanadək daldalanır, bundan sonra isə, köçürülmə xüsusi sərəncam əsasında yerinə yetirilir.
-GTZM-lə zəhərlənmə zonalarından(konkret olaraq Bakı ,Sumqayıt, Gəncə ,Mingəçevir,Şirvan şəhərlərindən və bir sıra kənd rayonlarından) 100 min nəfərə qədər əhalinin köçürülməyə hazır olmasını təmin etmək.
-su qovşaqları və su anbarlarının bəndləri yaradılarkən yaranan daşqın zonalarından köçürülməyə təxminən 10 min nəfər hazır olmalıdır. Buraya o cümlədən Mingəçevir, Şəmkir HES ləri ,Ağstafaçay və Ceyranbatan su anbarlarının yarada biləcəyi daşqın zonalarından 100000 nəfər əhali daxildir.
-təbii fəlakətlər zonalarından əhalinin köçürülməsinə belə fəlakət qorxusu yaranarkən dərhal ,plan üzrə başlanır, köçürülən əhali yaranmış konkret vəziyyətdən asılı olaraq təhlükəsiz sahələrdə yerləşdirilir.
Köçürülən əhali şəhərdən kənar zonadakı şəhər və yaşayış məntəqələrinin mənzillərində,inzibati inalarda,istirahət evlərində,pansionatlarda və abadlaşdırılmış çadır şəhərciklərində yerləşdirilir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin