Mövzu: “Norveçdə Yaxşı İdarəetmə ”



Yüklə 141,52 Kb.
səhifə1/9
tarix02.01.2022
ölçüsü141,52 Kb.
#37295
  1   2   3   4   5   6   7   8   9
yaxsi idareetme




AZƏRBAYCAN DÖVLƏT TURİZM AGENTLİYİ

AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ

Yaxşı idarəetmə Fənni üzrə imtahan tapşırığı

Mövzu: “Norveçdə Yaxşı İdarəetmə ”

Tələbə: Hüseynova Sevil

Kurs: 2

Qrup: M-MEN2001

Fənn müəllimi: Nihad Mehdi

BAKI 2020

Norveçdə Yaxşı İdarəetmə
İngilis dilində “Good Governance” kimi istifadə edilən termin Azərbaycan dilinə “Səmərəli idarəetmə”, “Yaxşı idarəemə” kimi tərcümə olunur. Bu terminin izah edilməsi üçün aşağıdakı şərtlər başa düşülməlidir:
1.İştirak (Participation) – həm qadınların, həm də kişilərin aktiv iştirakı Səmərəli İdarəetmə (Good Governance) üçün çox vacibdir. İştirakçıların məlumatlandırılması və təşkilatlanması azadlığı mühüm rol oynayır.
2.Şəffaflıq (Transparency) – qəbul edilən qayda və qanunlara uyğun olaraq qərarların və tətbiqetmənin şəffaflığı da həmçinin mühüm rol oynayır. Məlumatlar azad, əlçatmalı və başa düşünülən olmalıdır.
3.Hüququn Üstünlüyü (Rule of Law) – Tərəfsiz və ədalətli hüququn üstünlüyü tələb olunur.
4.Məsuliyyətlik (Responsiveness) – bütün qurumlar və fərdlər götürdükləri və ya həvalə olunan işlərə məsuliyyət hiss etməlidirlər.
5.Nəticə və ya fayda (Conclusion) – təəssüf ki çox az sayda inkişaf etmiş ölkələr fəaliyylətlərin nəticə və ya faydasına çata bilirlər. Səmərəli idarəetmə üçün vacib rol oynayan ünsürlərdən biridir.
6.Konsesus İstiqamətli (Consensus oriented) – cəmiyyət üçün faydalı və əhəmiyyətli ünsürlərin təyin olunması və uzun müddətli şəkildə onu tətbiq etmək.
7.Bərabərlik və Əhatəli (Equlty and Inclusiveness) – cəmiyyətin bütün fərdləri heç bir təzyiq altında olmadan qruplaşdırılmasına icazə verilməlidir.
8.Effektiv və Səmərəlilik (Effectiveness and efficiency) – Səmərli idarəetmə adı altında qəbul və tətbiq edilən bütün qərarlar effektiv və səmərli şəkildə uzunmüddətli olmalıdır.
9.Hesabatlılıq (Accountability) – Hesabatlılıq, Səmərəli idarəetmə üçün xüsusi rol oynayır. Belə ki yalnız dövlət orqanları deyil həmçinin özəl və sivil cəmiyyətlərdə xalqa vəya fərdlərə qarşı hesab verməlidir.
Yuxarıda qeyd etdiyimiz bütün ünsürlər Yaxşı İdarəetmə (Good Governance) üçün çox mühüm rol oynayır və hər birinin yerinə yetirilməsi vacibdir. Bunlardan ən az birinin yerinə yetirilməməsi belə Yaxşı İdarəetmə (Good Governance) anlayışına zərər yetirər.
Səmərəli İdarəetmə (Good Governance) bir çox sahələr üçün istifadə edilə bilər. Məsələm, Səmərəli Maliyyə İdarəetmə (Good Financial Governance), Səmərəli İqtisaddiyyat İdarəetmə (Good Economic Goverance, Səmərəli Demokratik İdarəetmə (Good Democratic Governance) və.s.
Yaxşı İdarəetmə bizim cəmiyyətimizin mütəmadi inkişafı üçün çox zəruridir. Əslində sadecə bizim deyil, bütün cəmiyyətlərin inkişaf üçün çox zəruridir və cəmiyyətlər arasında böyük fərqlərin olmasının səbəblərindən biri kimi məhz Səmərəli Demokratik İdarəetmə İndeksini göstərmək olar.

Səmərəli idarəetmə xalqın ölkənin inkişafında aktiv iştirak edərək İnstitutların effektiv, şəffaf və səmərəli idarə edilməsidir. Tərifdən görüldüyü kimi demokratiya, sosyal dövlət və hüququn üstünlüyü çox vacibdir. Səmərəli Demokratik İdarəetmə cəmiyyətin ədalətli və şəffaf idarə edilməsi üçün çox vacibdir. Bu günlərdə bütün dünyada qarşılaşılan ən böyük problemlərdən biri də resursların düzgün bölüşdürülməməsidir. Məhz bu problemi aradan qaldırmaq üçün vacibdir, çünki Səmərəli Demokratik İdarəetmə İnstitutların xalqın istəklərini nəzərə alaraq hüququn qoyduğu qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərməsini dəstəkləyir. Lazım gələrsə xalq qanunları müzakirə edərək, ədalətli qərarların qəbul edilməsinə çalışır.


Dövlət idarəçiliyinin təkmilləşdirilməsinin yeni istiqaməti olan “Good Governance” 1990-cı illərin sonu və 2000-ci illərin əvvələrində formalaşmışdı. Bu istiqamət sosial problemləri həll edirdi. “Good Governance” anlayışı ilk dəfə 1992-ci ildə Ümumdünya Bankının iqtisadi inkişaf sahəsindəki illik konfransında müzakirə olunmuşdu. 1997-ci ildə insan resurslarının davamlı inkişafı üçün BMT-nin İnkişaf Proqramı olan “Governance” dərc edildi. Proqrama uyğun olaraq “Good Governance” dedikdə “iştirak,şəffaflıq,məsuliyyət,səmərəlilik,bərabərlik, və qanunun aliliyi” başa düşülür. BMT-nin İnkişaf proqramı dövlət idarəçiliyinin aşağıdakı prinsiplərini bəyan edir:

- vətəndaşların dövlət qərarlarının qəbulunda iştirakı;

- qərarların qəbulunda razılıq;

- əks əlaqə;

- dövlət siyasətinin həyata keçirilməsində səmərəlilik;

- idarəetmə prosesində bütün iştirakçıların məsuliyyəti;

- dövlət idarəçiliyinin şəffaflığı;

- bərabərlik və qanunun aliliyi.


Qlobal miqyasda “Good Governance” modeli idarəetmə sisteminin optimal variantı hesab olunur. BMT hesab edir ki, “Good Governance” yoxsulluğun aradan qaldırılmasında və dövlətin inkişafında ən vacib amildir. Ancaq “Good Governance” özündən əvvəlki modelləri əvəz etmir, insan hüquqlarını əlavə etməklə onları tamamlayır.Bu model dövlət idarəçiliyində rəqəmsal əməliyyatların keçidinə və informasiya texnologiyalarına böyük üstünlük verir. O özündə daha sadə, çevik və insana yönəldilmiş strukturu ifadə edir.

Yüklə 141,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin