Mövzu Özəl mühafizə fəaliyyətinin hüquqi tənzimlənməsi


qüvvənin və ya xüsusi vasitələrin tətbiqi şərtləri və hüdudları



Yüklə 404,74 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix02.01.2022
ölçüsü404,74 Kb.
#44983
1   2   3   4   5   6   7   8   9   10   11
Xüsusi-taktiki-hazırliq

     qüvvənin və ya xüsusi vasitələrin tətbiqi şərtləri və hüdudları 

           Özəl  mühafizə  fəaliyyətini  həyata  keçirərkən  mühafizəçilərə  yalnız 

mühafizə olunan obyektlərin hüdudlarında bu Qanunla və AR-nın digər normativ 

hüquqi aktları ilə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvənin,habelə 

xidməti istifadə üçün verilmiş xüsusi vasitələrin tətbiqinə icazə verilir.Bu Qanunun 

tələblərinə uyğun olaraq fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi yaranmış 

təhlükəyə mütənasib olmalıdır. 

            Mühafizəçi fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edərkən aşağıdakı 

şərtlərə riayət etməlidir: 

         -insana qarşı fiziki qüvvə və ya xüsusi vasitələr yalnız son zərurət və 

ya zəruri müdafiə vəziyyətində,bütün diğər təsir imkanlarından istifadə lazımi 

nəticə vermədikdə,hüquq pozuntusunun xarakterindən və içtimai təhlükəlilik 

dərəcəsindən asılı olaraq tətbiq edilməlidir; 

         -öz xidməti vəzifələrini icra etməsi və fiziki qüvvə və ya xüsusi vasitə 

tətbiq etmək niyyəti barədə buraxılış və obyektdaxili rejim qaydalarını pozan 

şəxslərə xəbərdarlıq etməlidir. 

         -bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın ğöstərilməsini təmin 

          etməlidir; 

         -fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər hansı bir halda  

          bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq 

          orqanlarına məlumat verməli və özəl mühafizə müəssisəsinin rəhbərinə 

          ətraflı yazılı məlumat hazırlanmalıdır; 

         -mühafizə olunan obyektə qrup halında və ya silah islətməklə basqın 

          edildiyi,o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla 

          qadınlara,azyaşlılara,yanında azyaşlı uşaqlar olan,əlilliyi,yaxud digər  

          fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə,habelə insanların 

           toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə fiziki qüvvənin 

          və ya xüsusi vasitələrin tətbiqi qadağandır. 

 



6. 

        -fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edildiyi hər bir hal  

         barədə mühafizəçi tərəfindən təqdim olunmuş məlumat əsasında 

         özəl mühafizə müəssisəsinin rəhbəri xidməti yoxlama aparmalı 

         və fiziki qüvvə və ya xüsusi vasitənin tətbiqinin qanuna uyğun olub 

         olmaması barədə müvafiq rəy hazırlanmalıdır.Fiziki qüvvə və ya xüsusi 

         vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy 

         mühafizə müəssisəsinin rəhbəri tərəfindən 3 gün müddətinə müvafiq içra 

         hakimiyyəti orqanına və prokurorluq orqanlarına təqdim olunur; 

        -mühafizəçinin öz səlahiyyətlərini,zəruri müdafiə və ya son zərurət  

         hədlərini,habelə cinayət (inzibati xəta) törətmiş şəxsin tutulması üçün 

         zəruri olan tədbirlərin həddini aşaraq fiziki qüvvə və ya xüsusi vasitə 

         tətbiq etməsi qanunvericiliyə müvafiq olaraq cinayət,inzibati,mülki- 

         hüquqi və intizam məsuliyyətinə səbəb olur. 

 


Yüklə 404,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin