-qəsdən cinayət törətməkdə ittiham olunan və ya qəsdən cinayət törətməyə
3
Mühafizəçinin hüquq və vəzifələri:
Mühafizəçi mühafizə etdiyi obyektin təhlükəsizliyinin təmin edilməsi
məqsədilə aşağıdakı hüquqlara malikdir:
-mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış
rejiminə və obyektdaxili rejimə riayət olunmasını tələb etmək;
-mühafizə olunan obyektlərə giriş və çıxış zamanı AR-nın qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada fiziki şəxsləri (xidməti vəzifələrini icra edən
hüqauq-mühafizə və digər dövlət orqanlarının əməkdaşları istisna olmaqla),
onların əşyalarını və nəqliyyat vasitələrini texniki vasitələr tətbiq etməklə
və ya tətbiq etmədən nəzərdən kecirmək;
-mühafizə olunan obyektlərdə hüquqa zidd hərəkətlər törətmiş şəxslər
mühafizəçinin qanuni tələblərinə tabe olmadıqları və ya fiziki qüvvə
işlətdikləri hallarda həmin şəxsləri fiziki qüvvə tətbiq etməklə hadisə
yerində saxlamaq və dərhal müvafiq icra hakimiyyəti orqanına təhvil vermək;
-özəl mühafizə müəssisəsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi
vasitələri mühafizə olunan obyektlərin hüdudlarında saxlamaq,gəzdirmək
və qanunla müəyyən edilmiş qaydada və hallarda təyinatı üzrə istifadə etmək.
Mühafizəçinin vəzifələri aşağıdakılardır:
-mühafizə olunan obyektlərə münasibətdə hüquq pozuntusu baş vermə vaxtı,
yeri,halları,hüquq pozuntusu törədən şəxsin saxlanılması,fiziki qüvvənin
və ya xüsusi vasitələrin tətbiq edilməsi zərurətinin əsaslandırılması,hüquq
pozuntusunun qarşısının alınması və mühafizə olunan obyektin təhlü-
kəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tətbirlər barədə özəl mühafizə
müəssisəsinin rəhdərliyinə yazılı surətdə məlumatlandırmaq;
-fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə
müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına məlumat
vermək;
-cinayət və ya inzibati xətanın əlamətləri olan əməl törədildiyi halda bu barədə
dərhal müvafiq icra hakimiyyəti orqanına mılumat vermək;
-cinayət əməlinin əlamətləri aşkar edildikdə müvafiq təhqiqat və ya istintaq
orqanının əməkdaıları hadisə yerinə gələnədək cinayətin izlərinin və sübut
mənbəyi ola biləcək digər maddi obyektlərin qorunub saxlanması,həmin
orqanlara ibtidai araşdırma ilə əlaqədar bütün zəruri yardımın göstərilməsi,
şahidlərin müəyyən edilməsi üçün tədbirlərin görülməsi;
-xüsusi vasitəni və ya mühafizəçi vəsiqəsini itirdikdə dərhal müvafiq icra
hakimiyəti orqanına məlumat vermək;
-tutduğu vəzifədən azad edildikdə istifadəsində olan xüsusi vasitələri,
mühafizəçi vəsiqəsini və geyim formasını özəl mühafizə müəssisəsinin
rəhbərinə təhvil vermək.
4.
-mühafizəçi tərəfindən şəxslərin hüquq və azadlıqlarının pozulması qanunla
müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Dostları ilə paylaş: