Mövzu Özəl mühafizə fəaliyyətinin hüquqi tənzimlənməsi



Yüklə 404,74 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix02.01.2022
ölçüsü404,74 Kb.
#44983
1   2   3   4   5   6   7   8   9   10   11
Xüsusi-taktiki-hazırliq

 

          

 

          

 

 



 

 

 



 

 

 



 

      

     


 

                            

  

 

 

 

 

 

 

 

 


 

 

 

        2. TEXNİKİ VƏ YANĞINDAN MÜHAFİZƏ HAZIRLIĞI 

8.  


      Yanğın əleyhinə mübarizə mühafizə xidmətinin əməkdaşları tərəfindən 

sistemli şəkildə obyektlərin təyinatı nəzərə alınmaqla həyata keçirilməlidir. 

Bu işdə müvafiq səlahiyyətli orqanların əməkdaşları ilə də sıx əlaqə qurulmalıdır. 

 

                                      Profilaktik tədbirlər



          Profilaktik tədbirlərin əsas məqsədi aşağıdakılardır: 

      -baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması,onları yaradan 

       səbəblərin aradan qaldırılması üçün qabaqlayıcı profilaktik tədbirlərin 

       həyata keçirilməsi;(ərazinin quru otdan,tullantılardan təmizlənməsi, 

       elektrik naqillərinin və qaz avadanlıqlarının vəziyyətinin yoxlanılması və.s.) 

      -yanğın hadisəsi zamanı onun fəsadlarının aradan qaldırılması,insanların və 

       əmlakın təxliyyə olunması,vaxtında yanğınsöndürənlərin çağırılması və 

       yanğının söndürülməsi üçün tədbir görmək. 

       Əsas profilaktik iş ondan ibarətdir ki,yanğın təhlükəsi olan işlərə nəzarət 

profilaktik tələblərə əməl olunsun,əməkdaşlara yanğın təhlükəsizliyi üzrə xüsusi 

təlimlər keçirilsin,stasionar və avtomatik yanğınsöndürmə avadanlığının daima 

hazır və düzgün vəziyyətdə,o cümlədən yanğına qarşı su təminatı,rabitə avadanlığı 

saz vəziyyətdə saxlanılsın. 

 

                                          Üsul və avadanlıqlar 



         Yanğının söndürülməsi praktikasında yanmanın qarşısının alımasının 

aşağıdakı üsulları mövcuddur: 

         -yanğın baş verən yerin havadan izolyasiya olunması və yanğın olan 

          yerin yaxınlığında hava kütləsinin miqdarını yanma prosesini saxlaya 

          biləcək miqdara kimi çatdırmaq lazımdır; 

         -yanğın baş verən mərkəzdə havanın tempraturunun aşağı salınmasına 

          cəhd göstərməli,intensiv şəkildə yanmaya təkan verən kimyəvi reaksiya- 

          ların qarşısı alınmalı,alovun mexaniki yolla söndürülməsi; 

         -alovdan müdafiə sədlərinin yaradılması; 

          Bütün idarə müəssisələr aşağıda adları göstərilən yanğınsöndürmə 

          avadanlıqları ilə təchiz olunmalıdır: 

          2 köpüklü yanğınsöndürmə aparatı,1 yeşik qum,1 oda davamlı sıx 

          kətan parça, odadavamlı baqr, lom,balta,bel,vedrə və su çəlləyi. 

 

                     Yanğın zamanı mühafizəçinin hərəkət ardıcıllığı: 



           -yanğından mühafizə xidmətinə məlumat vermək; 

           -zərərçəkmiş varsa ilk tibbi yardım göstərmək və lazım gələrsə tibbi 

            yardım çaxırmaq; 

            -insanların təhlükəli ərazidən çıxarılmasını təmin etməli; 

            -yanğına səbəb olmuş əşyayi dəlilləri mühafizə etməklə yanaşı, 



 9.  alovun qarşısının alınması üçün cəld və təxirəsalınmaz tədbir görməli;  

            -baş vermiş hadisə barədə obyektin və mühafizə müəssisəsinin rəhbər- 

             liyinə ətraflı məlumat vermək. 

    Mühafizəçi xidmət aparadığı ərazidə obyektin işçilərindən yanğından 

mühafizə və digər təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir, 

aşkar etdiyi nöqsan və çatışmamazlıq barədə obyekt rəhbərliyinə məlumat 

verir. 

 

                                  3.İLK TİBBİ YARDIM 



 

      Mühafizəçilərin ilk tibbi yardım göstərmək bacarığı xidmət vaxtı vacib 

amillərdən biridir.İlk tibbi yardımın vaxtında və düzgün göstərilməsi bir çox 

hallarda zərərçəkmişin həyatının xilas olunması deməkdir.İlk tibbi yardımı  

göstərməzdən öncə bədən xəsarətinin nə dərəcədə yüngül və yaxud ağır  

olmasını müəyyən etməli və ona uyğun olaraq hərəkət etmək lazımdır. 

      Bəzən xəsarətə uyğun olmayan tibbi müdaxilə edilməsi, ağır nəticələrə 

gətirib çıxara bilər. 

                      


Yüklə 404,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin