Mövzu Özəl mühafizə fəaliyyətinin hüquqi tənzimlənməsi



Yüklə 404,74 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix02.01.2022
ölçüsü404,74 Kb.
#44983
1   2   3   4   5   6   7   8   9   10   11
Xüsusi-taktiki-hazırliq

Mühafizə müəssisəsi bu qanununn 5-ci maddəsində nəzərdə tutulan mühafizə 

xidmətlərini göstərən,müvafiq qaydada dövlət qeydiyyatından kecmiş və müvafiq 

icra hakimiyyəti orqanından xüsusi razılıq (Lisenziya)almış hüquqi şəxsdir. 

        Mühafizə bölməsi hüquqi şəxsin öz mühafizəsini təmin etmək məqsədilə 

tərkibində yaradılan, müvafiq icra hakimiyyəti orqanından alınmış xüsusi 

razılıq (Lisenziya) əsasında fəaliyyət göstərən struktur qurumdur. 



        Mühafizəçi, xüsusi hazırlıq keçmiş,bu qanunla müəyyən edilmiş qaydada 

özəl mühafizə müəssisəsində və ya hüquqi şəxsin mühafizə bölməsində əmək 

müqaviləsi ilə işləyən Azərbaycan Respublikasının vətəndaşıdır. 

         Mühafizə olunan obyekt,özəl mühafizə müəssisəsi və ya bölməsi tərəfindən 

hüquqa zidd qəsdlərdən mühafizə edilən daşınmaz və burada yerləşən daşınar 

əmlaka deyilir. 

         Buraxılış rejimi,şəxslərin və ya nəqliyyat vasitələrinin mühafizə olunan 

Obyektə nəzarətsiz girişi (çıxışı),habelə bu obyektə əmlakın nəzarətsiz çıxarıl- 

ması imkanlarını istisna edən qayda və tədbirlərin məcmusudur. 

         Obyektdaxili rejim,mühafizə olunan obyektin hüdudlarında müəyyən 

edilən qayda və tədbirlərin məcmusudur. 

                 Özəl mühafizə fəaliyyətinin əsas prinsipləri: 

          Özəl mühaizə fəaliyyəti qanunçuluq,humanizm,insan və vətəndaş hüquq 

və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir.Özəl mühafizə fəa- 

liyyəti dövlət orqanları,o cümlıdın hüquq-mühafizə orqanlarının fəaliyyətini 

məhdudlaşdırmamalı,üçüncü şəxslrin hüquq və azadlıqlarını pozmamalıdır. 

                 Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar 

                 Göstərilən mühafizə xidmətlərinin növləri: 

             - mühafizə olunan obyektlərin qorunması; 

              - mühafizə olunan obyektlərdə buraxılış və obyektdaxili rejimlərin təmin 

               edilməsi; 

-  Mühafizə olunan obyektlərdə təhlükəsizlik siqnalizasiyası avadanlıq 

larının layihələşdirilməsi,quraşdırılması və istismarı ilə əlaqədar texniki 

xidmətlərin göstərilməsi; 

-  hüquqa zidd qəsdlərdən mühafizə məsələləri ilə bağlı fiziki və hüquqi 

şəxslərə tövsiyələrin hzırlanması. 

             Özəl mühafizə fəaliyətinin xüsusiyyətləri: 

       Bu qanunun 5-ci maddəsində göstərilən mühafizə xidmətləri yalnız bu 

məqsədlə təsis edilmiş,müvafiq xüsusi razılıq almış özəl mühafizə müəssisəsi 

və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən həyata keçirilə bilər. 




2  

        Özəl mühafizə fəaliyyəti dövlət mühafizə fəaliyyəti dövlət mühafizə obyektlə 

rinə,siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən və dövlət 

orqanları tərəfindən mühafizə olunan obyektlərə münasibətdə həyata keçirilmir. 

 

                                      Özəl mühafizə müəssisəsi 



       

        Özəl mühafizə müəssisəsi qanunvericiliyə müvafiq olaraq hüquqi şəxsin  

dövlət qeydiyyatı haqqında şəhadətnaməsi,nizamnamə və özəl mühafizə fəaliy- 

yətini həyata keçirmək üçün xüsusi razılıq əsasında fəaliyyət göstərir. 

         Özəl mühafizə müəssisələri sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul 

ola bilməz. 

         Özəl mühafizə müəssisəsi mühafizə xidmətlərinin göstərilməsi üçün fiziki 

və ya hüquqi şəxslərə mülki qanunvericiliklə və bu qanunla müəyyən edilmiş 

qaydada yazılı formada müqavilə bağlanmalı və müqavilədə aşağıdakılar  

göstərilməlidir: 

-tərəflər haqqında məlumatlar,o cümlədən özəl mühafizə müəssisəsinə 

             verilmiş lisenziyanın nömrəsi və verildiyi tarix. 

            -özəl mühafizə müəssisəsi tərəfindən göstəriləcək mühafizə xidmətlərinin 

             növləri. 

            -tərəflərin hüquq və vəzifələri. 

            -göstərilən mühafizə xidmətlərinin qiyməti. 

            -müqavilənin bağlandığı tarix və qüvvədə olduğu müddət. 

            -müqavilə şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti. 

             -müqavilə,onun icrası ilə bağlı materiallar və digər sənədlər özəl mühafizə 

              mühafizə müəssisəsi tərəfindən müqavilənin qüvvədə olduğu,lakin 3 ildən 

             az olmayan müddətdə saxlanılmalıdır. 

 


Yüklə 404,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin