Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Təlim prosesində təkrar və mümarisələrə verilən psixoloji tələblər



Yüklə 255,76 Kb.
səhifə15/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   11   12   13   14   15   16   17   18   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Təlim prosesində təkrar və mümarisələrə verilən psixoloji tələblər

Təlim prosesində şagirdlər proqramın tələblərinə müvafiq, zəruri bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Başqa söslə, təlim materialının mənimsənilməsi baş verir. Burada təkrar və mümarisə öyrənmənin, bilik, bacarıq və vərdişlərə yiyələnmənin mühüm vasitəsi kimi özünü göstərir.


Məlum olduğu kimi hər hansı bir materialı yaxşı öyrənmək üçün onu bir dəfə oxumaq kifayət etmir, onu təkrar etmək lazım gəlir. Lakin necə gəldi təkrar etmək lazımi nəticəni vermir.
Təkrarın öyrənmənin səmərəli şərtinə çevrilməsi üçün bir sıra şərtlərə əməl olunmalıdır. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, öyrənmənin keyfiyyəti təkrarın miqdarından deyil, onun düzgün təşkilindən asılıdır. Adətən təkrar düşünülmüş xarakter daşıdıqda mümarisəyə çevrilir.Mənimsəmənin səmərəliliyini təmin edə bilir.
Adətən, hər cür təkrar öyrənmənin, mənimsəmənin səmərəliliyini təmin edə bilməz. Bunun üçün o, mümarisə səviyyəsinə qalxmalıdır. Şümarisə şüurlu, məqsədəyönəlmiş təkrar olub yerinə yetirilən işin, fəaliyyətin mənimsənilməsinə, müvafiq bacarıq və vərdişlərin yaranmasına gətirib çıxarır. Ona görə də təlim prosesində mümarisələrin düzgün təşkili həmin prosesin səmərəliliyi üçün başlıca şərtlərdəndir. İlk növbədə belə bir cəhəti nəzərə almaq lazımdır ki, hər cür təkrarı deyil, yalnız şüurlu, məqsədəyönəlmiş təkrarı mümarisə adlandırmaq olar.
Bəs təlim mümarisələrinə verilən psixoloji tələb nədən ibarətdir?
Təlim mümarisələrinin məhsuldarlığı, birinci növbədə həmin mümarisələrin icrası zamanı şagirdlərin qarşısında duran fikri məqsəddən asılıdır. Şagirdlərin şüurluluq və fəallığını təmin etmək üçün yerinə yetirilən mümarisənin məqsədi onlara aydın olmalıdır.Adətən, mümarisənin məqsədi aydın olmadıqda və ya ümumi xarakter daşıdıqda onun icrası da mexaniki xarakter daşıyır və lazımi səmərə vermir. Əksinə, mümarisənin məqsədi aydın olduqda nəyi icra edəcəklərini anladıqda, işin mahiyyətini anlayır, dərk edir və müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnmə işi asanlaşır.
Psixoloji tədqiqatlardan məlum olur ki, vərdişin yaranmasının mühüm şərtlərindən biri – yerinə yetirilən işin nəticəsini bilmək və öz səhvini anlamaqdan ibarətdir. Təlim mümarisələrinin qarşısında da məhz bu cür mühüm tələb durur. Şagird icra etdiyi mümarisənin nəticəsilə tanış olmadıqda, bu zaman nə kimi səhvə yolverdiyini anlamadıqda mümarisə də öz əhəmiyyətini itirir və düzgün bilik, bacarıq və vərdişlərin yaranmasını təmin etmir.
Ümumiyyətlə mümarisələr elə təşkil edilməlidir ki, onlar şagirdlərin fikri fəaliyyətini istiqamətləndirə bilsin, fikri iş priyomlarına yiyələnmələrini təmin etsin.


Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin