Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə18/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   14   15   16   17   18   19   20   21   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Qeyri – ixtiyari diqqət qarşıya məsəd qoymadan, niyyətsiz şəkildə baş verir. Bunun səbəbi nədir? Tədris prosesinin təşkili üçün mühüm rol oynayan bu cür səbəblərdən biri qıcıqlandırıcıların yeniliyidir. Təcrübə göstərir ki, dərsdə yenilik olmadıqda şagirdin yorulmasına, reaksiyaların zəifləməsinə, beləliklə də diqqətin yayınmasına gətirib çıxarır. Ona görə də mənimsəmənin səmərəliliyi itir. Əksinə tədris prosesindəki yenilik, əgər kifayət qədər intensivliyə malikdirsə, Pavlovun dediyi kimi, bələdləşmə reaksiyası yaradır, şagirdin diqqətini cəlb edir. Nəticədə bilavasitə tədris məqsədilə bağlı olan yenilik şagirdin nəzərdə tutulmuş məlumatı, məzmunu mənimsəməsinə imkan yaradır. Məsələn, təcrübəli müəllimlər şagirdlərin diqqətini cəlb etmək üçün, dərsdə şagirdlərin diqqətinin zəiflədiyini hiss etdikdə səs tonlarını bir qədər aşağı salır, intonasiyanı dəyişir, bəzən qısa fasilə yaradır, yenidən fikirlərini şərh edirlər. Bu zaman şagirdlərin diqqəti qeyri – ixtiyari olaraq müəllimin danışığına yönəlmiş olur.
Psixoloji tədqiqatlar qeyri – ixtiyari diqqətin mühüm səbəblərindən biri kimi insan şəxsiyyətinin ümumi istiqamətinin və o cümlədən onun maraqlarının da olduqca böyük təsiri olduğunu göstərmişdir.Adətən, bizi bilavasitə maraqlandıran şeylər qeyri – ixtiyari olaraq diqqətimizi cəlb edir.
Qeyri – ixtiyari diqqət zamanı, adətən cisimlər, bizə təsir edən obyektlər əsas rol oynayır. Ona görə də dərsdə bu cür təsirin təmin edilməsi diqqətin yönəlməsi və mərkəzləşməsinə imkan yaradır. Lakin təlim materialı həmişə maraqlı, yeni, əyləncəli, emosional xarakter daşıya bilmir. Ona görə də tədris prosesində ixtiyari diqqətin təşkilinə ciddi ehtiyac hiss olunur. Başqa sözlə, müəyyən obyekt Üzərinə yönəlmək, onun üzərində mərkəzləşmək və bu prosesin səmərəliliyini təmin etmək üçün iradi cəhd göstərmək lazım gəlir. Bu proses o zaman səmərəli xarakter daşıyır ki, insan öz qarşısına konkret və aydın məqsəd qoysun və həmin məqsədə nail olmağa cəhd göstərsin. Lakin, psixoloqlar sübut etmişlər ki, diqqətin daim iradi cəhdin köməyi ilə saxlanması hə
Dsiz gərginliklə bağlı olmaqla, həm də olduqca yorucudur. Ona görədə ixtiyaridən sonrakı diqqət xüsusi əhəmiyyətə malikdir. Bəs ixtiyaridən sonrakı diqqətin mahiyyəti nədən ibarətdir? Psixoloji ədəbiyyatda göstərildiyi kimi, elə fəaliyyət növləri vardır ki, onlar vasitəsiz marağa səbəb olmur. Bu halda fəaliyyətin icrası zamanı birinci növbədə diqqətin istiqamətlənməsi və onu saxlamaq üçün iradi cəhd tələb olunur. Lakin çətinliklər aradan qaldırıldıqca, fəaliyyət üzərində daha çox mərkəzləşdikcə həmin fəaliyyət insanı cəlb edir, yerinə yetirilən işə maraq yaranır. Nəticədə diqqətin bir növündən başqa növünə keçid baş verir. Bu mərhələ ixtiyaridən sonrakı diqqət adlanır. Həmin mərhələyə keçdikdən sonra şagird iradi cəhd göstərmədən başqa obyektlərə yayınmadan diqqətini lazımi obyekt üzərində saxlayır, mənimsəmə və məsələ həlli prosesi səmərəli olur. Ona görə də müəllim şagirdləri öz diqqətlərini bu cəhətdən idarə etməyə alışdırmalıdır
Tədris prosesinin təşkili zamanı diqqətin xarakterik xüsusiyyətlərinin nəzərə alınması da zəruridir. Diqqətin təlim fəaliyyəti üçün zəruri şərt olan mühüm cəhətlərindən biri onun davamlılığıdır. Diqqətin davamlılığı onun müəyyən obyekt üzərində qaldığı vaxtla xarakterizə olunur. Adətən, diqqətinmizi müəyyən obyekt üzərində nə qədər çox saxlaya bilsək, həmin obyekti bir o qədər geniş və dəqiq qavraya bilərik.Diqqətin davamlılığı bir sıra şərtlərdən asılıdır. Buraya fəaliyyətin xarakteri və məzmunu, diqqət yetirilən obyektə münasibət, həmin cismə və ya fəaliyyətə marağın dərəcəsi və s. aid etmək olar. Ona görə də müəllim öz şagirdlərinin diqqətlərini uzun müddət ərzində lazım olan sahə üzərində saxlamaq istəyirsə, qeyd olunan cəhətlərin mövcudluğuna nail olmalıdır. Təcrübə göstərir ki, fəaliyyət prosesində qarşıya tamamilə yeni vəzifələr qoymaq və onları yerinə yetirmək diqqətin davamlılığını təmin etmək, onun mərkəzləşməsini qoruyub saxlamaq üçün ən mühüm şərtdir.
Diqqətin xarakterik xüsusiyyətlərindən biri də onun həcmidir. Diqqətin həcmi eyni anda insanın qavradığı obyektlərin miqdarından ibarətdir. Ona görə də eyni anda qavradığımız obyektlərin miqdarı nə qədər çox olarsa, başqa sözlə, diqqətin həcmi nə qədər geniş olarsa, zəruri məlumatların mənimsənilməsi imkanı da bir o qədər artır. Diqqətin həcmi isə diqqət yetirdiyimiz obyektlərin nə dərəcədə əlaqəli olub olmamasından asılıdır. Bu əlaqə nə qədər çox olarsa, diqqətin həcmi də bir o qədər geniş olur. Ona görə də müəllim təqdim edilən təlim materialında bu cür əlaqələləyim olması qayğısına qalmalıdır.
Tədris prosesində diqqətin keçirilməsi qanunauyğunluqlarının nəzərə alınması da az əhəmiyyətə malik deyildir. Diqqətin keçirilməsi qarşıya qoyulmuş yeni məqsədlə əlaqədar olaraq diqqətin şüurlu və niyyətli halda sürətlə yerdəyişməsidir. Adətən diqqətin keçirilməsi eyni zamanda ya müəyyən fəaliyyətin bir obyektindən digərinə, ya da bir əməliyyatdan başqasına keçməkdə təzahür edə bilər. Bunların hamısında elə cəhətlər vardır ki, onların təlim fəaliyyətində nəzərə alınması zəruridir. Təcrübə göstərir ki, diqqətin geçirilməsi tam və yarımçıq ola bilər. Yarımçıq, başa çatdırılmamış keçirilmə zamanı insan yeni işin icrasına başlaqyarkən faktik olaraq əvvəlki işdən ayrıla bilmir., yeni işi əvvəlkinin qaydaları ilə icra edir ki, bu da səhvlərə səbəb olur. Ona görə də müəllim bu işi idarə etməlidir.
Qeyd etdiyimiz kimi, təlim fəaliyyətinin müvəffəqiyyətlə yerinə yetirilməsində qavrayış prosesi də həlledici rol oynayır. Ona görə də qavrayışın özünəməxsus qanunauyğunluqlarının tədris prosesində nəzərə alınması müəllimin qarşısında duran mühüm vəzifələrdəndir.
Qavrayışın tədris prosesində nəzərə alınması zəruri olan cəhətlərindən biri onun tamlığıdır. Bizim qavrayış surətlərimiz həmişə cisim və hadisələri tamlıqda, bütövlükdə əks etdirir. Ona görə də burada qavranılan obyektin strukturu mühüm rol oynayır.
Qavrayışın nəzərə alınması zəruri olan cəhətlərindən biri də onun mənalılığı ilə əlaqədardır. Qavrayışın surətləri həmişə müəyyən məna əlaqələrinə malik olur. Əşyanı şüurlu surətdə qavramaq onu fikrən adlandırmaq, müəyyən cisimlər qrupuna aid etmək, ümumiləşdirmək deməkdir.
Nəhayət qavrayışın təlim prosesində nəzərə alınması zəruri olan cəhətlərindən biri də ixtiyari qavrayışın, müşahidənin təşkili ilə əlaqədardır. Dərsdə şagirdin müşahidəsini təşkil etmək həmin dərsi ona mənimsətmək deməkdir.
Təlim materialının müvvəffəqiyyətlə qavranılmasını təmin etmək üçün müəllim şagirdləri hazırlamalı, onların keçmiş təcrübələrini fəallaşdırmalı və onu yeni materialla əlaqələndirməyə kömək etməli, şagirdlərin qarşısında yeni və aydın fikri məqsədlər qoymaqla, onların qavrayışlarını istiqamətləndirməlidir.
Tədris prosesinin təşkili zmanı qanunauyğunluqların nəzərə alınması zəruri olan psixi proseslərdən biri də hafizədir. Həfizəsiz insanın heç cür fəaliyyəti mümkün olmazdı. Görkəmli rus fizioloqu İ.M.Seçenovun dediyi kimi hafizə olmadan insan “Əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı”.
Hafizənin təlim prosesindəki rolu hər bir müəllimə aydındır. Təcrübə göstərir ki, çox vaxt uzunmüddətli və qısamüddətli hafizənin xüsusiyyətlərini nəzərə almayan müəllim müəyyən çətinliklə qarşılaşır. Müəllim şagirdin biliyini müəyyənləşdirərkən qısamüddətli hafizəyə istinad etməməlidir. Burada mütləq uzunmüddətli hafizəyə istinad edilməlidir. Bununla yanaşı, yaddasaxlamanın davamlılığı qarşıya qoyulmuş məqsədin xarakterindən də asılıdır. Bəzən şagird öz qarşısına yalnız müəllimə cavab verib qiymət almaq məqsədini qoyduğuna görə öyrəndiyini tez unudur. Ona görə də müəllim öz şagirdlərini öyrəndiklərini uzun büddər yadda saxlamaq məqsədi güdməyə alışdırmalıdır.
Hafizənin nəzərə alınması zəruri olan xüsusiyyətlərindən biri də öyrənmənin, yaddasaxlamanın səmərəli yollarından ibarətdir.Yaddasaxlamanın səmərəliliyi birinci növbədə qarşıya yadda saxlama məqsədi qoymaqdan ibarətdir. Təcrübə göstərir ki, müəllim şagirdlərin qarşısına yaddasaxlama məqsədi qoyduqda mənimsəmə səmərəli olur.
Psixoloji ədəbiyyatda həcmcə böyük və məzmuncz çətin olan materialların üç yolla öyrənilməsi barədə faktlar qeyd olunur. 1)tam öyrənmə;2)hissə- hissə öyrənmə;3)hər iki öyrənmə tərzindən birlikdə istifadə olunma. Psixoloji tədqiqatlar göstərir ki, üçüncü halda öyrənmə daha çox səmərəli olur.
Yaddasaxlamanın səmərəliliyini artırmaq üçün insanın təxəyyül prosesinin də rolu az deyildir. Materialı öyrənərkən orada təsvir olunanları təxəyyüldə canlandırmaq, insanı bir növ həmin hadisələrin iştirakçısına çevirir.
Tədris prosesinin təşkili zamanı təfəkkürün qanunauyğunluqlarının nəzərə alınması xüsusilə böyük əhəmiyyət kəsb edir.
Tədris prosesində şagirdlər hər hansı bir fikri məsələni həll etmək üçün daim müvafiq fiktri əməliyyatlardan istifadə edirlər. Ümumiləşdirmə, təhlil və tərkib, müqayisə belə fikri əməliyyatlardadır.
Adətən təfəkkür o zaman fəaliyyətə başlayır ki, insan öz həyat və təcrübəsində yeni problemlə rastlaşır. Təfəkkür yeninin axtarılması və kəşfidir. Ona görə də dərsdə problem situasiyanın yaradılması zəruridir.. Problemli situasiya yaradıldıqda şagird axtarıcı olur, onun əqli inkişafı üçün şərait yaranır. Dərsdə şagirdin qarşısına qoyulmuş sual və məsələlərin düşündürücü olması onun təfəkkürünün işləməsinə və inkişafına təkan verir.
Pedaqoji tədqiqatlar göstərir ki, şagirdlər özlərinin təfəkkürlərinin tənqidiliyi,müstəqilliyi, çevikliyi və sürətinə görə bir – birindən fərqlənirlər.
Şagirdlərin müstəqil düşünmə zamanı yeni sualı, yeni problemi kənar təhrik olmadan görə bilir, onların təfəkkürü yaradıcı xarakter daşıyır. Bu cəhət müəllimin nəzərindən qaçmamalı,həmin keyfiyyətə malik olan şagirdləri həmişə xüsusi qiymətləndirməlidir.


Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin