Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


MÖVZU 6. PEDAQOJİ PSİXOLOGİYADA TƏLİMİN STRUKTURUNA DAİR KONSEPSİYALAR



Yüklə 255,76 Kb.
səhifə20/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   16   17   18   19   20   21   22   23   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

MÖVZU 6. PEDAQOJİ PSİXOLOGİYADA TƏLİMİN STRUKTURUNA DAİR KONSEPSİYALAR

P L A N
1. Təlim fəaliyyətinin strukturu
2. Təlimin strukturuna dair A.N.Leontyevin konsepsioyası
3. Təlimin strukturuna dair P.Y.Qalperinin konsepsiyası
4. Təlimin strukturuna dair D.B.Elkonin və V.V.Davıdovun konsepsiyası
5 .Təlimin strukturuna dair L.V.Zankovun konsepsiyası

Ə D Ə B İ Y Y A T


  1. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı.,” Maarif”., 1991

  2. Əliyev.B., Əliyeva K.,Cabbarov R. Pedaqoji psixologiya. Bakı, 2011

  3. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri.Bakı.,1998

  4. Əlizadə Ə.Əlizadə H. Pedaqoji psixologiya. Bakı., 2010

  5. Həmzəyev M.Ə.Yaş və pedaqoji psixologiyanın əsasları.Bakı., 2002

  6. Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı., 2001



  1. TƏLİM FƏALİYYƏTİNİN STRUKTURU

İnsantəlimin köməyi ilə bəşəriyyətin təcrübəsinə yiyələnir. Bu təcrübəni öyrənmədən onun həyatda baş çıxarması mümkün deyildir. Həmin təcrübənin öyrənilməsinin, mənimsənilməsinin başlıca yolu isə təlimdir. Ona görə də öyrənmənin strukturunu bilmədən, bu strukturu nəzərə almadan təlim fəaliyyətini təşkil etmək də çətinləşərdi. Öyrənmənin, təlimin psixoloji strukturuna aşağıdakı komponentləri daxil etmək mümkündür:


İdrak tələbatları
Təlim motivləri
Təlim məqsədləri və vəzifələri
Tədris işləri
Tədris işləri müxtəlif olur. Buraya təhrikedici (icraedici) , proqram məqsədli, fəal əməliyyatlı, nzarət – tənzimedici (qiymətləndirici, yoxlayıcı, təshihedici) işləri aid etmək olar.
Ümumiyyətlə, psixoloji tədqiqatlar əsasında əldə edilmiş faktlar belə bir cəhəti əsaslandırmağa imkan verir ki, idrak tələbatlarının ödənilməsi insanın normal şəkildə inkişafı üçün zəruri şərtdir. Eyni cəhət insanın öyrənməsinə, təlim fəaliyyətinə də aiddir. Öyrənmə məhz insanın idrak tələbatlarından başladıqda onun fəallığını təmin edən əsas amilə çevrilir.
Buradan isə idrak maraqları, öyrənmənin əsas motivi doğur. İdraqk motivləri şagirdi öyrənməyə təhrik edir. Bu mənada təlimin motivləşməsi, motivasiya sahəsinin yaranması mühüm əhəmiyyətə malikdir.
Öyrənmənin strukturunda təlim məqsədləri və vəzifələrinin də özünəməxsus yeri vardır. Məhz bu cəhət öyrənmənin təlim xarakteri daşımasına imkan verir. Başqa sözlə, öyrənmə planlı,müəyyən və vəzifələri yerinə yetirəcək şəkil aldıqda təlimə çevrilir, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə gətirib çıxarır.
Nəhayət, qeyd etdiyimiz kimi, öyrənmənin məqsəd və vəzifələrini həyata keçirməyə imkan verən tədris işləri təlimin strukturunda əsas yerlərdən birini tutur. Bu cür işlərə, birinci növbədə,icraedici (təhrikedici) işlər daxildir. Öyrənən adam həmin tədris işlərindən istifadə etmədən müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnə bilməz. Bu cür işlər insaqnı fəaliyyətə yönəldən işlərdir. Ona görə də burada öyrənmənin motivləri öz təsirini göstərir. Proqram məqsədli işlərə gəldikdə, bu cür tədris işləri proqramın tələblərini ödəməklə bağlı olan şifahi və yazılı çalışmalardan, laborator işlərindən və s. ibarət olur. Fəal - əməliyyatlı tədris işləri şagirdlərin fikri fəaliyyətini fəallaşdırmağa yönəldilən, onlarda idrak fəallığı yaradan işlərdir. Bu cür tədris işləri şagirdlərin əqli inkişafına təkan verir, onları sadəcəolaraq oxuduqlarını yadda saxlayıb yada salmaqla kifayətlənmir, eyni zamanda həmin materialı dərk edie, anlayırlar.
Təlimin strukturuna daxil olan nəzarət – tənzimedici tədris işləri əsasən qiymətləndirici, yoxlayıcı və təshihedici xarakter daşıyır. Bunların köməyilə şagirdlərin təlim fəaliyyətini idarə etmək mümkün olur.


Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin