Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Deməli, öyrənməyə qabillik insanın təlim prosesində bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin sürət və keyfiyyətinin fərdi göstəricisindən ibarətdir



Yüklə 255,76 Kb.
səhifə13/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   9   10   11   12   13   14   15   16   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Deməli, öyrənməyə qabillik insanın təlim prosesində bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin sürət və keyfiyyətinin fərdi göstəricisindən ibarətdir.
Bu anlayışın məzmununu açarkən, tədqiqatçılar öyrənməyə qabilliyin ümumi və xüsusi növlərini qeyd edirlər. Öyrənməyə ümumi qabillikdən danışarkən hər cür materialı, bütün tədris fənnlərini mənimsəməyə qabillik, öyrənməyə xüsusi qabillikdən söhbət gedərkən isə ayrı-ayrı elmləri (incəsət, idman və s) mənimsəməyə qabillik nəzərdə tutulur.
Öyrənməyə qabilliyin əsasında idrak proseslərinin, şəxsiyyətin iradi – emosional sahəsinin inkişaf səviyyəsi, eləcə də bunlardan yaranan təlim fəaliyyəti komponentlərinin inkişafı dayanır.

2.2 Geridə qalan şagirdlərin psixoloji xüsusiyyətləri

Geridə qalan şagirdlərlə iş aparmaq və xüsusi eksperimental şəraitdə onların təfəkkürlərini tədqiq etmək nəticəsində psixoloqlar belə bir qənaətə gəlmişlər ki, bu cür uşaqlar deduktiv əqli nəticə apara bilmir, ümumiləşdirmə aparmaqda çətinlik çəkirlər. Təlimdə yetirməyən bu cür şagirdlərin sözlü – məntiqi təfəkkürünün inkişafı əyani - əməli təfəkküründən geridə qalır.


Psixoloji tədqiqatlar təlimdə geridə qalan şagirdlərin üç tipini müəyyənləşdirməyə imkan vermişdir:
-birinci tip özünün öyrənməyə qabilliyini aşağı səviyyəsi ilə, lakin təlimə qarşı müsbət münasibətləri və məktəbli mövqelərini saxlaları ilə xarakterizə olunurlar.
-ikinci tip geridə qalan şagirdlər fikri fəaliyyətlərinin yüksək keyfiyyətləri ilə, bununla yanaşı, təlimə qarşı mənfi münasibətləri vəməktəbli mövqelərini qismən və ya tamamilə itirmələri ilə fərqlənirlər.
-üçüncü tip şagirdlərdə öyrənməyə qabillik aşağı olmaqla, onlarda təlimə qarşı mənfi münasibət və məktəbli mövqelərini qismən və tamamilə itirmə xüsusiyyıti özünü göstərir.
Düzgün tədris işi formasınin seçilməsi də bu çür şagirdlərin təlim fəaliyyətinə müsbət təsir göstərir Öyrənməyə qabilliyi aşağı olan şagirdlərin bəziləri ilə bütün siniflə frontal məşğələ zamanı fərdi yanaşmanı təmin etmək, başqaları ilə q rup üzrə iş aparmaq səmərəli olur.



Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin