Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə25/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   21   22   23   24   25   26   27   28   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Problemli təlim. Dərsdə problem situasiya yaradılması yol­ları. Müasir dərsə verilən ən mühüm tələblərdən biri onun inkişaf­etdirici olmasıdır. Burada prob­lemli təlim əvəz ­olunmaz əhəmiyyət daşıyır.
Problemli təlim isə şagirdlərin təfəkkürü­nün işləmə­sinə, onların axtarıcı, fəal olmasına imkan yaradır. Təlimin problemli xarakter daşı­ması və şagirdlərə inkişafetdirici təsir göstər­məsi üçün dərsdə şagirdlərin problem situasiya ilə qarşılaşdırılması zəruri şərtdir. Özünün baş­lıca mahiy­yətinə görə təfəkkür yalnız yeni məqsədlər olan yerdə, fəaliyyətin köhnə, əvvəlki üsul və vasi­tələrinin azlıq etdiyi yerdə lazım gəlir. Belə şərait problemli situasiya adlanır. Təlim psixo­logiyası sahəsində tədqiqat aparan alimlər dərsdə problem situasiya yaradılmasının şagirdlərin fəallığı üçün zəruri şərt olduğunu qeyd edirlər. Bunu məktəb təcrübəsi də təsdiq edir. Dərsdə müvafiq problem situasiya yaradıldıqda şagirdlər müəyyən çətinliklərlə qarşılaşır, həmin çətinlikdən çıx­maq, qarşıda duran problemi həll etmək üçün mövcud biliklərinin kifayət qədər olmadığını dərk edir­lər. Ona görə də həmin çətinlikdən çıxmaq üçün yollar axtarmağa, təfəkkürlərini işə salmağa başla­yırlar. Məsələn, “Günəş çıxdı, şagirdlər məktəbin həyətində göründülər” cümləsini təhlil edən şagird “Günəş” sözünün mübtəda olduğunu göstərir. Həmin şagirdə “Günəş çıxmamış şagirdlər məktəbin həyə­tində göründülər” cümləsi təqdim edildikdə yenə də «Günəş» sözünü mübtəda kimi qəbul edir, onun eyni söz olmasına, eyni suala cavab verməsinə (şagirdin özü­nün verdiyi suala görə) əsaslanır. Bu zaman müəllim şagirdin cavabının düzgün olmadığını, burada başqa sözün mübtəda olduğunu bildirir. Çətinliklə qarşılaşan şagird həmin problemi həll etmək üçün yeni yol, vasitə axtarmağın zəruriliyini dərk edir. Bu zaman şagirdin fikri prosesi problem situasi­yanın təhlilindən başlayır. Problem situasiyanın təhlili nəticəsində onun strukturundakı əsas cəhət­lər: məlum olmayan, axtarılan cəhətlər ayrılır. Nəyi axtarmaq, nəyi bilmək lazım gəldiyi müəyyən edilir. Nəticədə şagird yaradıcı olur, yüksək fəallıq şəraitində çalışır. Bütün bunlar isə materialı daha yaxşı anlamaq, mənimsəməklə yanaşı şagirdin əqli inkaşafına da təsir göstərir.
Psixoloji ədəbiyyatda problem situasiyanın mahiyyəti, onun tipləri, dərsdə problem situasiyanın yeri və s. məsələlər barədə əsaslı fikirlər irəli sürülmüşdür. Müəl­limin dərsdə yaratdığı situasiya­nın dörd tipi qeyd olunur.
Birinci tip problem situasiya ən çox o zaman meydana gəlir ki, şagird əvvəl əldə etmiş olduğu biliklərdən yeni praktik şəraitdə istifadə etmək zərurəti qarşısında qalsın. Bu zaman şagird bilik, bacarıq və vərdişinin qənaətləndirici səviyyədə olmaması faktını dərk edir ki, bu da onun idrak maraqlarının oyanmasına, yeni biliklər axtarmasına səbəb olur.
İkinci tip problem situasiya məsələnin müm­kün olan nəzəri həlli yolu ilə seçilmiş üsulun praktik olaraq həyata keçirilməsinin qeyri-mümkün­lüyü arasındakı ziddiyyətdən doğur.
Üçüncü tip problem situasiya tədris tapşı­rıqlarını yerinə yetirərkən əldə edilmiş praktik nəticələrlə, şagirddə həmin nəticələri nəzəri ola­raq əsaslandırmağa aid biliyin olmaması arasında ziddiyyət olduqda meydana gəlir.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin