Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Təlimin proqramlaşdırılmasının əsasları



Yüklə 255,76 Kb.
səhifə27/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   23   24   25   26   27   28   29   30   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

3.Təlimin proqramlaşdırılmasının əsasları.

Proqramlaşdırılmış təlim haqqında ideyanı ilk dəfə 1954-cü ildə B.F.Skinner irəli sürmüşdür. O, göstərirdi ki, hər hansı davranışa yalnız bu davranışı gerçəkləşdirməklə yiyələnmək, əməli isə ancaq əmələ çevirməklə mənimsəmək mümkündür. B.F.Skinner əməlləri xarici hərəki aktivliklə, davranışı isə onların həcmi ilə eyniləşdirir. Bununla yanaşı, o, heyvanlarda əldə etdiyi nəticəni mexaniki şəkildə insanlara köçürüdü. B.F.Skinner uğurlu təlim üçün materialın məntiqi nizamla və ciddiliklə çatdırılmasını əsas hesab edirdi.


B.F.Skinner təlim prosesini psixoloji biliklərə tam uyğun qurmağı təklif edirdi. İ.P.Pavlovun təlimindən və Qərb bihevioristlərinin nəzəriyyəsindən fərqli olaraq Skinner və onun məktəbi davranışın formalaşma qanunlarını aşağıdakı kimi formulə edirdilər: stimul > reaksiya> məhsul. Bu müddəadan öyrənmənin 3 qanunu meydana çıxırdı.Onlar aşağıdakılardır:
-Effekt qanunu (möhkəmləndirmə). Əgər stimulla reaksiya arasındakı təsir məmunluqla müşayət olunursa, əlaqələrin möhkəmliyi artır və əksinə. Bu qanuna görə təlim prosesində müsbət emosiyalar çoxluq təşkil etməlidir.
-Məşq qanunu. Stimul və reaksiya arasında əlaqə nə qədər çox tezliklə təkrarlanarsa, bir o qədər möhkəm olacaqdır. Təlimdə təkrarın aparılması biliyi möhkəmləndirir.
Proqramlaşdırılmış təlim texnologiyasının əsasında B.F.Skinner 2 tələb irəli sürmüşdür.
-nəzarətdən özünınəzarətə keçmək
-pedaqoji sistemin iştirakşılarını özünütəlimə keçirmək.
Təlim proqramı aşağıdakı prinsipləri özündə əks etdirir:
-Məlumatlılıq.Şagirdə yeni informasiya verilməlidir.Yeni informasiyasız ümumiyyətlə təlim yoxrur.
-Əməliyyatlılıq.Verilən informasiyanı işləməklə bağlı şagirdlərdə fəallıq olmalıdır.
-Əks əlaqə. İştirakçıların əməllərinin davamlı korreksiyası həyata keçirilməlidir.
-Təlim materialının həcmi. Təlim informasiyası böyük axınla deyil ayrıca həcmlərlə- kadrlarla verilir.
-Addım-addım texnoloji prosesi. Addımın tərkibinə üç həlqə - informasiya - əks əlaqə - və nəzarət daxil edilir.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin