Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Təlimdə fərdi və diferensial yanaşma



Yüklə 255,76 Kb.
səhifə29/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   25   26   27   28   29   30   31   32   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

4.Təlimdə fərdi və diferensial yanaşma.

Fərdi və diferensial yanaşmanın psixoloji mahiyyəti müəllimin uşaqların fərdi xüsusiyyətlərini nəzərə alması və onlara diferensial yanaşmağı bacarmağındadır.


Fərdi və diferensial işlərin aşağıdakı növlərini ayırd edirlər:
Şifahi
Yazılı
Kartoçkalarla iş
Frontal sorğu
Lövhədə iş
Kollektivlə iş (qruplarda)
Bu və ya digər iş formalarından istifadə edərkən bir sıra psixoloji faktları nəzərə almaq lazımdır. Buraya temperament, müvəffəqiyyət, təlim fəaliyyətinin güclü və zəif tərəfləri daxildir. Bununla belə təlimdə diferensial yanaşmada şagirdin inkişaf səviyyəsi, təfəkkürünün xüsusiyyətləri, maraqları, fənnə münasibəti, əhatə dairəsi, sinifdə şəxsiyyətlərarası münasibətləri və s. də nəzərə alınmalıdır.
Təlimdə fərdi yanaşma zamanı şagirdlərin temperamentini, sinir sisteminin xüsusiyyətlərini də diqqət mərkəzində saxlamaq gərəkdir. Məsələn, melanxolik temperament tipinə aid xüsusiyyətləri necə nəzərə almaqla bağlı misala baxaq.
Məlumdur ki, melanxoliklər zəif, həyəcanlı olur, tez yorulur, asan kədərlənir, emosional və həssas olurlar. Odur ki onlarla münasibətdə müəllim onların gözlənilməz sualla və sürətli cavablandırma ilə qarşı – qarşıya qoymamalı, şagird fikirləşməyə və hazırlığa yetərincə vaxt verməli, cavabın şifahi deyil, yazılı formada olmasına üstünlük verməli, məhdud zamanda iri həcmli, çətin materialı mənimsəməyə aid tapşırıq verməməlidir.
Bundan başqa təlim prosesində yaş xüsusiyyətləri də nəzərə alınmalıdır. Kiçik məktəblilərdə diqqətin hafizənin və təfəkkürün inkişafı üçün plan qurulmasını öyrətmək, təfəkkür əməliyyatlarını tapşırıqlara uyğun formalaşdırılması sayəsində inkişaf etdirmək gərəkdir.
Yuxarı siniflər üçün isə- mühazirələr,problem təlim, müzakirələr, işgüzar oyunlar və disskusiyalar keçirilməsi yüksək effekt verə bilər.
Şagirdlərə fərdi yanaşmanı nəzərdən keçirərkən dərsin təşkili formasını da nəzərə almaq lazımdır. Aşağıdakı amillərə nəzər salaq:
Şagirdlərin psixi proseslərinin inkişaf səviyyəsinin yaşa görə orta göstəricisi
Şagirdlərdə maraqların xüsusiyyətləri
Sinifdə mikroiqlim
Aparıcı fəaliyyət
Fərdi və diferensial yanaşmanın tətbiqi çətin və müəyyən təcrübətələb edən bir işdir. Ona görə də bir neçə amillərin nəzərə alınması ilə çətin şagirdlərlə işləməyə başlamaq, psixoloji təsirin əhatə dairəsiniu və kəmiyyətini artırmaq və bütün sinfi əhatə etmək lazımdır.



Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin