Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə53/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   49   50   51   52   53   54   55   56   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

2.”REAKTİV” müəllim də dəyişkən qaydalara malik olur. Lakin o daxilən zəif və itaətkar olur. Onun ayrı-ayrı şagirdlərəolan strategiyasındakı fərq şagirdin özünün davranışındakı fərqdir. BU cür müəllimlərin sinfində ünsiyyətin xarakterini şagirdlər özləri müəyyən edir.
3.”FÖVQƏLREAKTİV” müəllim fərdi fərqləri nəzərə alaraq qeyri – real model yaradır Onun davranışı stereotiplər əsasında formalaşır və o, özünün normalarına uyğun gəlməyən şagirdləri sıxışdırır.
Qərb tədqiqatçılarının son illər ərzində işləyib hazırladıqları pedaqoji ünsiyyət üslublarının təsnifatları içərisində M.Talenin təklif etdiyi müəllimlərin peşəkar mövqelərinin tipologiyası daha maraqlıdır. Onlar aşağıdakılardır:
Model 1-“Sokrat”. Bu cür müəllim mübahisə və diskusiyaları şagirdlərə sevdirməklə yanaşı, onları fəaliyyətə təhrik edir. “Sokrat” modeli ilə silahlanmış müəllimə təlim prosesinə fərdi yanaşma,, şagirdlərin şəxsi mövqelərini güclü şəkildə müdafiə etmə kimi xüsusiyyətlər xasdır.
Model 2. “Qrup diskussiyasının rəhbəri”. Burada təlim – tərbiyə prosesində müəllimin başlıca məqsədi şagirdlər arasında əməkdaşlığın yaradılması və həmrəyliyin əldə olunması hesab olunur.
Model 3. “Usta”.Müəllim təlim prosesindən daha çox özünün həyata olan münasibətində təqlid nümunəsi kimi çıxış edir.
Model 4.”General”.Müəllim ikimənalılıqdan qaçır. Hədsiz tələbkardır. Sakitliyə qəddarcasına nail olur. Belə hesab edir ki, şagird ordunun yeni əsgəri kimi verilən əmrlərə qəti şəkildə tabe olmalıdır.
Model 5.”Menecer”.Radikalyönümlü məktəblərdə geniş yayılmışdır Rəğbətləndirmə və müstəqillik təşəbbüsləri sayəsində effektiv atmosfer yaradır. Müəllim şagirdlərin fikir mübadiləsində iştirak edir.
Model 6. “Məşqçi”. Şagirdlər fərdiyyət kimi əhəmiyyət kəsb etməyən komanda şəklindəçıxış edir Müəllim isə “Məşqçi” kimi çıxış edir.
Model 7.”Bələdçi”.Müəllim canlı ensiklopedik obrazdır, lakonik, dəqiq, təmkinlidir.Bütün sualların cavabı ona əvvəlcədən bəllidir. Texniki cəhətdən nöqsansız olsa da bəzən cansıxıcı təsir bağışlayır.



Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin