Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Pedaqoji ünsiyyətin birinci mərhələsi onun modelləşdirilməsi adlanır



Yüklə 255,76 Kb.
səhifə49/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   45   46   47   48   49   50   51   52   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Pedaqoji ünsiyyətin birinci mərhələsi onun modelləşdirilməsi adlanır. Qarşılıqlı təsirin kommunikativ strukturlarının, adekvat pedaqoji məsələlərin, mürəkkəb situasiyaların, müəllimin fərdiliyinin, ayrı – ayrı şagirdlərin və bütövlükdə sinfin xüsusiyyətlərinin özünəməxsus şəkildə planlaşdırılması ilə müşaiyət olunan mərhələdir.
Qabaqcadan modelləşdirmə müəllimə qarşılıqlı təsirin ehtimal sxemini əvvəlcədən görməyə imkan verir. Bundan başqa bu mərhələdə pedaqoji məsələlərinkommunikativ məsələlərə keçidi baş verir.
Psixoloji iqlimiqabaqcadan görə bilmənin mümkünlüyü ünsiyyətin modelləşdirilməsinin vacib elementidir. Məsələn, dərsdə qarşılıqlı təsir prosesində təhsil subyektlərinin emosional adaptasiyasına nail olma vasitələrinin seçilməsi. Bu da öz növbəsində qarşılıqlı təsirin özünəməxsus pedaqoji aspektlərini müəyyən edir.

Rus alimi V.A. Kan-Kalik müəllimin dərsə kommunikativ hazırlığını pedaqoji ünsiyyətin vacib elementi hesab edərək onun yerinə yetirilmə texnologiyalarını işləyib hazırlamışdır. O, aşağıdakı tövsiyələri irəli sürmüşdür:


-Dərs deyiləcək sinif və ya sinif kollektivlərini yada salmaq;
-Verilmiş kollektivdə ünsiyyət təcrübəsi toplamağa təşəbbüs göstərmək, siniflə ünsiyyət zamanı müsbət emosiyaları inkişaf etdirməyə, mənfi emosiyaları ilə, mənfi emosiyaloarı isə məhdudlaşdırmağa cəöhd etmək
-Hansı sinifdə hansı tip ünsiyyətin lazım olduğunu aydınlaşdırmaq;
-Sinfin sizi və dərs materialını necə qavradığını görməyə cəhd göstərməl
-Ünsiyyət tərzini sinfə, bugünkü dərsin tapşırıqlarına (öyrədici, inkişafetdirici, tərbiyəedici) uyğunlaşdırmaq, onların vahidliyini təmin etməyə çalışmaq;
-Konspekt əsasında işləyərək, dərsin hissə və fraqmentlərini planlaşdırmaq, onların gerçəkləşdirilməsinin ümumi psixoloji atmosferini təşkil etmək;
-Ayrı-ayrı şagirdlərlə qarşılıqlı münasibətləri aydınlaşdırmaq;
-Dərsdə ünsiyyət atmosferini duymağa təşəbbüs göstərmək. Bu, müəllimi daha qətiyyətli edir.
Bir çox müəllimlər haqlı olaraq hesab edirlər ki, birinci mərhələ ünsiyyətin çətin mərhələsidir. Aydındır ki, müəllimlər bütün siniflərlə gözəl münasibətdə olmurlar. Çünki bir sinfin şagirdləri – tam qarşılıqlı anlayışa, digərləri – daha intizamlı və sakit qarşılıqlı münasibətlərə malik olur, Lakin heç bir müəllimlə yola getməyən siniflər də vardır.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin