2. İnteraktiv komponent – qarşılıqlı təsirdə olan insanlar birgə fəaliyyət icra edir Burada interaksiya qarşılıqlı təsirin xarici təsviri olan ünsiyyət forması ilə ifadə olunur.
3.Perseptiv komponent – ünsiyyət zamanı bir adamın digərini qavramasında ifadə olunur.
Pedaqoji ünsiyyət – ünsiyyətin özünəməxsus xüsusiyyətləri ilə səciyyələnən xüsusi forması olub, ümumi psixoloji qanunauyğunluqlara tabe olan, özündə kommunikativ, interaktiv və perseptiv komponentləri əks etdirən prosesdir.
Pedaqoji ünsiyyət – müəllimlərin şagirdlərlə dərsdə və dərsdən kənar müəyyən pedaqoji funksiyaların yerinə yetirilməsinə və əlverişli psixoloji iqlimin yaradılmasına təlim fəaliyyətinin və müəllimin şagirdlərlə və şagirdlərin öz aralarındakı münasibətlərin optimallaşmasına yönələn peşəkar ünsiyyətidir. Psixoloqlar pedaqoji ünsiyyətdə müəllimin şagirdlərə seçici münasibətinin yaranmasını əsas götürürlər. Bu isə pedaqoji ünsiyyətin subyektivliyindən xəbər verir. Bu fakt empirik şəkildə sübut olunmuşdur.
A.A. Leontyev öz tədqiqatlarında pedaqoji ünsiyyətin inkişafına gətirib çıxaran bir sıra tövsiyyələr irəli sürür. Onun qənaətincə, pedaqoji ünsiyyət sahəsində inkişafa gətirib çıxaran əsas elementlər –özünümüşahidə, özünütəhlil, bədii ədəbiyyatın mütaliəsidir.
Müəllimlə şagirdlər arasındakı ünsiyyət prosesi iki əks mövqedə gedə bilər: qarşılıqlı anlama təlim – pedaqoji fəaliyyət tapşırıqlarının birgə həllində uzlaşma, bir – birinin davranışını proqnozlaşdırmaq qabiliyyətinnin inkişafı, uzaqlıq – bir –birinin davranışını anlaya və qabaqcadan duya bilməmək, konfliktlərin inkişafı
Ümumiyyətlə, düzgün qarşılıqlı təsir və ünsiyyətə nail olmaq bir – biri haqqında düzgün ümumiləşmiş informasiya toplamaqla əlaqədardır ki bu da müəllimin kommunikativ bacarıqlarının inkişaf səviyyəsindən, müşahidəçilik, empatiya, refleksiya və s. qabiliyyətlərindən çox asılıdır. Burada müəllimin ünsiyyətin psixoloji xüsusiyyətləri və qanunauyğunluqları sahəsindəki psixopedaqoji səriştəliliyi də mühüm rol oynayır.
Pedaqoji ünsiyyətin optimallaşmasına təsir göstərən bir sıra amillər vardır. Həmin amillərə aşaöıdakıları aid etmək olar:
-müəllimin yüksək avtoriteti;
-ünsiyyət priyomlarını mənimsəmə və yüksək özünənəzarət;
-təcrübə (digərlərinin müşahidə olunmuş davranışlarının təhlili və davranışın refleksiv təhlili)
Şəxsiyyətlərarası qavrayış prosesinin əsas mexanizmləri əksetmə (şüursuz olaraq digərlərini öz şəxsi motivləri, yaşantıları hesab etməyə meyillik); desentrasiya (digər insanın mövqeyindən çıxış etmək qabiliyyəti); idetifikasiya ( özünü digərini yerinə qoymaq); empatiya ( digərinin dərdinə şərik olmaq); stereotipləşmə (digər inlanları qiymətləndirmək üçün etalinlar düzəltmək) və s. pedaqoji ünsiyyətə ciddi təsir göstərir.
A.Rean stereotipləşməni şəxsiyyətlərarası dərketmənin əsas mexanizmləri kimi öyrənərək sosial – perseptiv stereotiplərin 6 qrupunu ayırd etmişdir: