1.Pedaqoji ünsiyyətin ümumi səciyyəsi 2.Pedaqoji ünsiyyətin mərhələləri 3.Pedaqoji ünsiyyətin üslubları və pedaqoji ünsiyyətdə ortaya çıxan çətinliklər.
Ə D Ə B İ Y Y A T
1.Əliyev B., Əliyeva K., Cabbarov R. Pedaqoji psixologiya.Bakı., 2011 2.Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, “Maarif”, 1991 3.Qədirov Ə.Ə.Yaş psixologiyası.Bakı., 2001 4.Həmzəyev M.Ə.Yaş və pedaqoji psixologiyanın əsasları.Bakı., 2002 5.Əliyev B.H.Şəxsiyyətə yeni baxış nəzəriyyəsi.Bakı., 1999 6.Pestalotsi İ.H. Seçilmiş pedaqoji əsərləri.Bakı., 1970 7.Выготский Л.С. Педагогическая психология. М.,1996. 8.Мананникова Е.Н. Педагогическая психология., М., 2008 9.Реан А., Коломинский Я. Социальная педагогическая психология. М., 2000 10.Хуторский А.В. Современная дидактика. СПб., 2001
1.Pedaqoji ünsiyyətin ümumi səciyyəsi. Pedaqoji fəaliyyət bilavasitə ünsiyyət vasitəsilə həyata keçirilir. Ünsiyyət predmetlərarası kateqoriyalara aid edilir və sosiologiya, fəlsəfə, pedaqogika, antropologiya, ümumi, sosial və pedaqoji psixologiya və s. kimi elm sahələrində öyrənilir.
Ünsiyyətə pedaqoji- psixoloji yanaşmanın spesifik cəhəti ondan ibarətdir ki, burada diqqət başlıca olaraq ünsiyyətin strukturunun təhlilinə, şəxsiyyətlərarası və qruplararası münasibətlərdə fərdi yönəlişliyə, eləcə də idrak və ünsiyyət prosesində özünüdərkin formalaşma dinamikasının acılmasına yönəlmişdir.
Psixoloqlar və pedaqoqlar öz tədqiqatlarında ünsiyyətin bir sıra struktur komponentlərini ayırd edirlər. Həmin komponentlər aşağıdakılardan ibarətdir:
1.Kommunikativ komponent- informasiya mübadiləsini özündə əks etdirir. Bu komponentdə ünsiyyətin gedişində informasiyanı ötürən və qəbul edən işarələr sistemindən istifadə edir, ünsiyyətdə olanlar bir – birinə təsir edərək qarşılıqlı münasibətdə olurlar.