Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Emosional – improvizasiya üslubu (EİÜ)



Yüklə 255,76 Kb.
səhifə42/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   38   39   40   41   42   43   44   45   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

1.Emosional – improvizasiya üslubu (EİÜ). Belə üsluba malik müəllimlər təlim prosesini məntiqlə qurur, dərsi maraqlı keşir, lakin şagirdlərlə əks əlaqəni lazımi təşkil edə bilmirlər.
2.Emosional – metodik üslub (EMÜ). Belə müəllimlər təlim prosesinə və onun nəticələrinə adekvat bəlkədləşir. Təlim – tərbiyə prosesini adekvat proqnozlaşdırmaq, yüksək operativlik üstünlük təşkil edir.


3.Düşündürücü- improvizasiya üslubu (DİÜ). Belə müəllim üçün təlim – tərbiyə prosesinin adekvat planlaşdırılması, o cümlədən təlim prosesinə və onun nəticəsinə bələdləşmə xarakterikdir. Digər üslublarla müqayisədə belə müəllimlər təlim metodunun seçimi və müxtəlifliyində az ixtiraçılıq edir, həmişə işin yüksək tempinə nail ola bilmir.
4. Düşündürən metodik üslub (DMÜ). Təlimin nəticələrinə arxalanan və təlim – tərbiyə prosesini adekvat planlaşdıran DMÜ –li müəllim pedaqoji fəaliyyətin üsul və vasitələrinin tətbiqində yetərincə zəif şagirdlərə diqqət yetieir. Onun üçün bütövlükdə refleksivlik xasdır.
Bütün bunlarla yanaşı, pedaqoji fəaliyyətin üslublarının aşağıdakı təsnifatı da aparılmışdır:
-müəllimin dərsə hazırlığını səciyyələndirən fəaliyyət üslubları;
Iştirakçıları öyrənməyə təhrik edən üslublar:
-təlim materialının verilməsi üsulları.
Qeyd etmək lazımdır ki, hansı üslubun seçilməsindən asılı olmayaraq dərsin düşündürücü, yaradıcı təşkili onun optimallıq səviyyəsini artırır.



  1. Müəllimin dərsə hazırlığının psixoloji məsələləri

Pdaqoji fəaliyyətin arzu edilən olması və onun effektivliyinin artırılması müəllimin dərsə hazırlığından çox asılıdır.


Müəllimin dərsə hazırlıq səviyyəsindən asılı olaraq məhsuldar pedaqoji fəaliyyətə bələdləşmə və özünüifadə kimi ayırd edilən iki cəhət xüsusi vurğulanır. Bəzi müəllimlər dərs planında detalların işlənilməsinə diqqət yetirir, dərs üçün planlaşdırılan məsələlərin həllini dəqiqliklə düşünürlər. Belə müəllimlər dırsin geniş planını- konspektini hazırlayır və dərsin özündə buna dəqiqliklə riayət etməyə çalışırlar.Dərsə hazırlığın belə üslubu zəif sinir sisteminə malik müəllimlər tərəfindən gerçəkləşdirilir. Belə müəllimlər dərsə dəqiqliklə hazırlığın təlimata uyğun ehtiyacını dərk etməkdən daha çox dərs əsnasında yarana biləcək gözlənilməzliklərən sığortalanmağa çalışırlar.
Gözlənilməz və çətin situasiyaları düşünərkən belə müəllimlər yaranmış psixi gərginlikdən çətin baş çıxarır və dərsin idarəsini itirə bilərlər. Odur ki, onların seçdikləri hazırlıq üsulu öz zəif tərəflərini kompensasiya etməyə xidmət edir.
Təhsil subyektlərini öyrənməyə təhrik edən üsullardan çıxış edərək pedaqoqların 2 qrupa ayırmaq olar: birinci tipə aid olan (zəif və mütəhərrik sinir sistemli subyektlər) müəllimlər belə təhrik kimi təlim materialının məntiqi izahına üstünlük verir, idrak məsələlərini müvəffəqiyyətlə qoyur və problem situasiyalar yaradırlar. Bəzi hallarda isə tələbkarlığa üstünlük verirlər.
İkinci qrupa mənsub olan (sinir sistemi qeyri mütəhərrik və güclü) müəllimlər tapşırıqlara ciddi tələblər verir. Onların başqalarından fərqli fərqli olaraq intizam yaratmaq imkanı güclü olur. Birinci qrup müəllimlərdən fərqli olaraq onlar, iştirakçıların davranış və rəftarına nəzarət edə bilirlər. Belə müəllimlər dərsi aparmağın şərtlərinə riayət edir, iştirakçılarda və dərsin təşkilində yaxşı intizam yaradırlar.
Birinci qrupa aid olanlar sorğunu operativ təşkil edir, cavablar zamanı qeyri – dəqiq məqamları düzəldir, şagirdlərin sözünü kəsir, cavaba fəal qoşulurlar.
İkinci qrupa aid olan müəllimlər isə sorğuda sakit mühit yaradır, cavablara nadir hallarda qarışır, şagirdlərə bütünlüklə çıxış etməyə imkan yaradırlar.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin