5.Əlizadə Ə.Ə.Yeni pedaqoji təfəkkür. Bakı., 2002
6.Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları.Bakı., 2002
Pedaqoji fəaliyyətin psixoloji məsələləri
Pedaqoji fəaliyyət cəmiyyətin yaşlı üzvlərinin- məqsədi gənc nəsli tərbiyə etməkdən ibarət olan fəaliyyətidir. Başqa sözlə,pedaqoji fəaliyyət müəllimin təlim, tərbiyə, inkişaf, şagirdlərin təşkili zamanı cəmiyyət tərəfindən irəli sürülən sifarişə müvafiq olaraq məktəblilərdə şəxsiyyətin keyfiyyətinin formalaşmasına yönəldilmiş peşə fəallığından ibarətdir. Fəaliyyətin başqa növləri kimi, pedaqoji fəaliyyətin də özünəməxsus, spesifik təşkili formaları, məzmunu və həyata keçirilmə yolları vardır. Şübhəsiz həmin cəhətlərin nəzərə alınması pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün başlıca şərtdir.
Pedaqoji fəaliyyət mürəkkəb fəaliyyətdir. Onun müxtəlif cəhətləri diqqəti cəlb edir. Ona görə də pedaqoji fəaliyyət birinci növbədə pedaqoji elmlərin müxtəlif sahələri tərəfindən öyrənilir, tədqiq olunur.
Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri birinci növbədə müəllim əməyinin, müəllimin cəmiyyət tərəfindən irəli sürülən məqsədləri və pedaqoji fəaliyyət sistemini necə qavraması və həyata keçirməsi, konkret şəraitdən asılı olaraq öz fəaliyyətinin vəzifə, forma və metodlarının aktuallığını necə dərk etməsinin psixoloji qanunauyğunluqlarını öyrənən psixoloji bilik sahəsini nəzərdə tutur.
Fəaliyyət haqqında mövcud biliklərə istinad etsək, pedaqoji fəaliyyətin strukturunda aşağıdakı cəhətləri ayırd edə bilərik:
Pedaqoji fəaliyyətin motivləri- insan yetişdirməklə bağlı tələbat
Pedaqoji fəaliyyətin məqsədi- cəmiyyət üzvlərinin tərbiyəsi
Pedaqoji fəaliyyətin predmeti- insan (yaşlı və uşaq)
Burada əsas cəhət ondan ibarətdir ki, uşaq öz fəaliyyətinin həm obyekti, həm də subyekti kimi çıxış edir
d)-müəyyən iş və əməliyyatları məcmuundan ibarət olan özü ayrı – ayrı öyrədici, inkişafetdirici və tərbiyələndirici iş və əməliyyatlar
Dostları ilə paylaş: |