Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


e) pedaqoji fəaliyyətin vasitələri- məktəbdə təlim və tərbiyənin məzmunu, forması və metodları



Yüklə 255,76 Kb.
səhifə40/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   36   37   38   39   40   41   42   43   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

e) pedaqoji fəaliyyətin vasitələri- məktəbdə təlim və tərbiyənin məzmunu, forması və metodları
j) pedaqoji fəaliyyətin şəraiti- cəmiyyətin gənc nəslin tərbiyəsinə qayğısı
i) pedaqoji fəaliyyətin nəticəsi – şagird şəxsiyyətinin əlamət və keyfiyyətlərinin formalaşması.
Bu cəhətlərin hər biri pedaqoji fəaliyyətin səmərəliliyi üçün əsas amil rolunu oynayır.
Müəllim əməyi çoxcəhətli psixi reallıqdır.Burada bir – biri ilə vəhdətdə olan üç cəhət diqqəti cəlb edir. Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim şəxsiyyətinin xüsusiyyətlərindən ibarətdir. Onlar vahid məqsədə- cəmiyyətin sosial sifarişini həyata keçirməyə yönəlsələr də bir – birini təkrar etmirlər.Pedaqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə burada müəllim əməyinin motivləri,məqsədləri və vəzifələri əsas yer tutur.
Pedaqoji fəalitin məzmunu və psixologiyası bir tərəfdən sosil amillərlə, digər tərəfdən sosial psixoloji amillərlə müəyyən edilir.
Psixoloji ədəbiyyatda məktəbdə hər bir fənn müəlliminin fəaliyyəti üçün xarakterik olan aşağıdakı pedaqoji funksiyalar qeyd olunur: inkişafetdirici, tərbiyəedici, kommunikativ - öyrədici, qnostik, konstruktiv, təşkilatçılıq.
İnkişafetdirici funksiya, adından məlum olduğu kimi, müəllimdən öz şagirdlərini inkişaf etdirmək vəzifəsini həyata keçirməyi tələb edir. Təlim və şagirdlərin inkişafı vahid, bir – birilə bağlı proseslərdir.Ona görə də inkişafetdirici pedaqoji funksiya o zaman müvəffəqiyyətlə həyata keçə bilər ki, müəllim şagirdlərin şəxsiyyətinin əqli, sensor və emosional sahəsinin idrak imkanlarının formalaşdıra bilsin.
Tərbiyəedici funksiya da inkişafetdirici funksiyadan az əhəmiyyətə malik deyildir. Tərbiyələndirici pedaqoji funksiya təlim prosesində və sinifdənkənar tədbirlər zamanı şagirdlərdə düzgün elmi dünyagörüşün formalaşması, əxlaq, estetik, vətənpərvərlıik tərbiyəsi vəzifələrinin yerinə yetirilməsi ilə bağlıdır.
Kommunikativ-öyrədici funksiya bir tərəfdən müəllimin kommünikativ fəaliyyətinin təşkili, digər tərəfdən onun şagirdlərə zəruri məlumatlar verməsi ilə bağlıdır.
Müəllimin pedaqoji fəaliyyətinin qnostik funksiyası hər şeydən əvvəl məktəbdə bu və ya digər fənnin öyrədilməsinin son məqsədini dərindən dərk etməyə əsaslanır.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin