1.Hərəkətin bələdləşmə sxeminin qurulması mərhələsi. Bu mərhələdə tələbə və şagirdlər fəaliyyətin məqsədi barəsində onun obyekti və sistemə bələdləşmə haqqında lazımi izahatlar alırlar. Onlara fəaliyyətə aid olan 3 əməliyyatın necə və hansı ardıcılllıqla icrası göstərilir.Bunlar aşağıdakılardır:
1.Təxmini fəaliyyət
2.İcraçı fəaliyyət 9. 3.Nəzarətçi fəaliyyət.
Qeyd olunanlar hələ fəaliyyət deyil, onunla tanışlıqdır. Təlim praktikasında belə bir hal məlumdur ki, əgər şagird başa düşdüsə, deməli o öyrənmək üçün qarşıya qoyulan məqsədə nail oldu.
2.Fəaliyyətin maddi cəhətdən formalaşma mərhələsi. Burada şagirdlər fəaliyyəti daxildən, maddi formada ona daxil olan bütün əməliyyatları genişləndirərək icra edirlər Bu halda həm təxmin,həm icraçı, həm də nəzarətçi fəaliyyət halları baş verir. Fəaliyyətin maddi forması, hər şeydən öncə, nitqlə uzlaşır, şagirdlər nitq vasitəsilə hər şeyi formalaşdırır, sonra isə icra edirlər.
3.Fəaliyyətin nitqdən kənar formalaşma mərhələsi.Bu mərhələdə bütün fəaliyyət elementləri nitqdən xaric təqdim olunur.Gələcək fəaliyyət əvvəlkindən fərqli olaraq ümumiləşmiş olur.
4.Fəaliyyətin özü haqqında nitqdən kənar formalaşma mərhələsi. Bu mərhələ onunla fərqlənir ki, burada fəaliyyət qeyri – verbal səviyyədə icra olunur.
5.Fəaliyyətin daxili nitqdə formalaşma mərhələsi. Bu mərhələdə hərəkət avtomatlaşır, nəzarət əlçatmaz olur.
6.Hərəkətin xarakteristikası. Hərəkətin sərbəst parametrlərinə aşağıdakıları aid edirlər:
-forma
-ümumiləşmə
-inkişaf etdirmə
-mənimsəmə.
Fəaliyyət formaları subyektin hərəkəti dərketmə səviyyəsi ilə xarakterizə olunur.Bu fəaliyyətin interiorizasiya ölçüsüdür. Hərəkətin 4 əsas formasını göstərirlər: maddi, perseptiv, xarici nitq və əqli. 1.Maddi forma, obyektin real olaraq yenidən dərk olunmasıdır
2.Pedseptiv forma real və simvolik işarəli obyektlərin ideal yenidən öyrənilməsidir.
3.Nitqli forma, insanın xarici ya da daxili nitqə malik olmasıdır.
4.Əqli forma daxili planda olan fəaliyyətdir və heç bir daxili vasitəyə əsaslanmadan həyata keçir. Əqli fəaliyyətin uğurla yerinə yetirilməsi işin icrasının asan olması, avtomatlaşma və icranın tezliyi ilə səciyyəvidir.