Təlim materialının verilməsi üsulları. Müəllimlər təlim materialını xüsusilə nəzəri materialları müxtəlif cür təqdim edirlər.
Zəif sinir sisteminə və qeyri – mütəhərrik sinir xüsusiyyətlərinə məxsus olan müəllimlər nəinki özlərinin, habelə iştirakçıların fəaliyyətinin başlıca istiqamətlərini bələdləşməyə yönəltməyə çalışırlar. Odur ki, giriş hissə bütövlükdə dərsin mövzusunun geniş izahına həsr olunur. Şagirdlər tərəfindən yol verilən səhvlər sadəcə olaraq qeyd olunmur, habelə onların düzəldilməsi yolları ilə birlikdə dəqiqliklə təhlil olunur.
Dərsə dəqiqliklə hazırlaşmaq, hər bir iştirakçı ilə fərdi şəkildə işləyə bilmək bacarıqlarına görə bu btipə aid müəllimlər dərsdə məzmunca əhatəliyə və dərinliyə nail ola bilirlər.
Güclü sinir sisteminə və sinir proseslərinin mütəhərrikliyinə məxsus müəllimlər öncəki izahatlara və fəaliyyətin bələdləşmə əsasının yaradılmasına az yer verir, adətən tapşırığın həlli əsnasında məsələyə aydınlıq gətirməyi üstün tuturlar.
Psixoloqların gəldiyi qənaətə görə güclü həyəcanlılıq səviyyəsinə və aşağı özünüqiymətləndirməyə meyilli olan müəllimlərin dərs aparma üsullarında iştirakçıları məşğul etmək üçün istənilən imkandan istifadə başlıca yer tutur. Belə müəllimlərin fəaliyyətində müəllimə simpatiyası olmayan iştirakçılara qarçı mənfi münasibəti, iştirakçının səhvlərinə görə yaranmış günahgarlıq hissindən təlimdə stimul kimi istifadə etməsi, təlimi rəqabət mübarizəsi əsasında qurması özünü göstərir.
Müəllimlərin dərsə hazırlığını və onun təşkilini səciyyələdirən başlıca fəaliyyət üslublarını ümumiləşdirərkən N.İ.Petrov, və Z.N. Vyatkina təşkilati- kommunikativ, konstruktiv – təşkilati, konstruktiv – kommunikativ elementləri və ya üsulları ayırd edirlər.
Həmin üslublarda özünü göstərən fərqli məqamlar müəllimin intensiv işgüzar ünsiyyətində, fərdi tapşırıqların verilməsində,iştirakçılarla əvvəldən düşünülmüş qarşılıqlı münasibətlər qurmasındadır.
Müəllimin peşəkarlığının meyarları və səviyyələri
Müəllimin peşəkarlığı – onun peşəkar fəaliyyət bacarıqlarının, təlim və tərbiyə prosesində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlməyə xidmət edən və peşə baxımından vacib olan psixoloji keyfiyyətlərin olmasını nəzərdə tutur.
Müəllimin peşəkarlığı bir sıra meyarlara cavab verməlidir. Onlar aşağıdakılardır: