Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə48/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   44   45   46   47   48   49   50   51   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

-antropoloji – insanın daxili psixoloji keyfiyyətlərinin, onun şəxsiyyətinin fiziki simasının xüsusiyyətlərindən asılı olaraq qiymətləndirilməsi;
-etnomilli- irqi, milli, etnik mənsubiyyət vasitəsilə psixoloji qiymətləndirmə;
-Sosial- statuslu – insanın şəxsi keyfiyyətləri onun sosial statusuna müvafiq olaraq qiymətləndirilir.
-statuslu – rollu – insanın şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi onun sosial rollarından və rol funksiyalarından asılı olaraq
-ekspressiv – estetik- insanın şəxsiyyətinin onun xarici cazibədarlığına əsasən qiymətləndirilməsi
-verbal – davranış- şəxsiyyətin onun xarici xüsusiyyətlərindən asılı olaraq qiymətləndirilməsi ( nitq, mimika, pantomimika) və s.
Pedaqoji ünsiyyətdə bir sıra tələb olunan peşə keyfiyyətləri vardır. Pedaqoji ünsiyyətdə peşəkar cəhətdən vacib olan keyfiyyətləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1.İnsanlar və onlarla işə maraq, ünsiyyət tələbatının və bacarıqlarının olması, ünsiyyətcillik, kommunikativ keyfiyyətlər;
2.Emosional empatiya və insanları anlamağa qabillik;

3.Çeviklik, dəyişkən ünsiyyət şəraitinə tez və düzgün bələdləşmə bacarıqlarını təmin edən operativ – yaradıcı təfəkkür, ünsiyyət şəraitindən asılı olaraq dəyişkən nitq təsiri, şagird və tələbələrin fərdi xüsusiyyətləri;


4. Ünsiyyətin gedişində əks əlaqə yaratmaq və duymaq bacarığı;
5.Özünü, öz psixi vəziyyətini, öz bədənini, səsini, mimikasını, əhvalını, fikirlərini, hisslərini ifadə etmək bacarığı;
6.Kommunikativ spontantlığa qabillik4
7.Pedaqoji situasiyaların nəticələrini proqnozlaşdırmaq bacarığı;
8.İnkişaf etmiş verbal qabiliyyətlər: mədəniyyət, nitqin inkişafı, zəngin leksik ehtiyat, dil vasitələrinin düzgün seçilməsi və s.
9.Pedaqoji peşə xüsusiyyətlərinə, təbii yaşantılara və məqsədyönlü pedaqoji yaşantılara malik olmaq;


  1. Pedaqoji ünsiyyətin mərhələləri

Pedaqoji ünsiyyət məntiqi pedaqoji prosesə uyğun dinamikaya malikdir. Onun aşağıdakı mərhələləri vardır:


-Dərsə hazırlıq zamanı ünsiyyətin modelləşdirilməsi (proqnostik mərhələ);
-Ünsiyyətin bilavasitə təşkili (ilkin mərhələ);
-Kommunikativ cəhdlər;
-Pedaqoji prosesdə ünsiyyətin idarə olunması;
-Ünsiyyət texnologiyalarının təhlili və yeni pedaqoji məsələlərin həllinin modelləşdirilməsi.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin