Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Məlumatverici bacarıq və vərdişlər



Yüklə 255,76 Kb.
səhifə57/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   53   54   55   56   57   58   59   60   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

1.Məlumatverici bacarıq və vərdişlər:
-elmi materialları didaktik yolla işləməklə tədris materialı şəklinə salmağı bacarmaq;
-əsas didaktik vahidləri (anlayış, bacarıq və inam) ayırmaq, onların təşəkkülü və inkişafı yollarını işləyib hazırlamaq və şagirdlərin müvafiq bilik sisteminə daxil etmək;
-müvafiq məktəb fənninə dair xarakterik metodlar sistemini təkcə tətbiq etməklə kifayətlənməmək, eyni zamanda onları inkişaf etdirmək;
-tədrisin texniki vasitələrindən və əyanilikdən bacarıqla istifadə etmək;
-proqramlaşdırılmış təlim ünsürlərini tətbiq etmək;
-şagirdlərin anlayacağı, məntiqi, aydın, qısa və ifadəli şəkildə danışmaq;
-əks əlaqəni təmin etmək
2.Səfərbəredici bacarıq və vərdişlər.
-Şagirdlərin diqqətini səfərbərliyə almaq və onlarda təlimə maraqlar yaratmaq;
-Şagirdlərə əldə etdikləri nəzəri bilikləri təcrübəyə tətbiq etmək bacarığı açılamaq;
-şagirdlərin kollektivdə öz güclərini düzgün tətbiq etmələrinə rəhbərliyi bacarmaq;
3.İnkişafetdirici bacarıq və vərdişlər.
-tədris prosesində müşahidə metodundan və müxtəlif məktəb təcrübələrindən istifadə etmək;
-bütün tədris metodlarını yaş fiziologiyası, psixologiya, pedaqogika və məktəb gigiyenası əsasında tətbiq etmək;
-təlim prosesində şagirdlərdən müstəqil təfəkkür tələb edən problem situasiya yaratmaq;
-şagirdlərə müstəqil əqlinəticə , fəal idrak fəaliyyəti tələb edən suallar vermək.


4.İstiqamətləndirici bacarıq və vərdişlər:
-elmi dünyagörüşü, təbiət və əməyə düzgün münasibət təşəkkül etdirmək;
-şagirdlərdə tədris fəaliyyətinə və elmə, məhsuldar əməyə və cəmiyyətin tələblərinə və öz şəxsi istiqamət və imkanlarına uyğun peşəyə davamlı maraq aşılamaq;
-şagirdlərin cəmiyyətin yüksək əxlaqi idealları ruhunda hümanist, estetik və ideya – siyasi tərbiyəsini həyata keçirmək.
Müəllimin bu cür ümumi pedaqoji bacarıq və vərdişləri onun ümumi bacarıqları ilə birlikdə pedaqoji fəaliyyəti müvəffəqiyyətlə həyata keçirməsinə imkan verir.
Müəllimin təlim və tərbiyə prosesində yüksək göstəricilər əldə etməsi onun pedaqoji qabiliyyətlərinin inkişafından asılıdır. Pedaqoji qabiliyyətlərin inkişafı müəllimin şəxsiyyətində pedaqoji fəaliyyəti müvəffəqiyyətlə icra etmək üçün zəruri olan fərdi psixi xassələrin formalaşmasına səbəb olur.

Pedaqoji bacarıq və vərdişlər kimi pedaqoji qabiliyyətlər də təlim prosesində - pedaqoji fəaliyyət zamanı yaranır və inkişaf edir. Pedaqoji qabiliyyətlər pedaqoji bacarıq və vərdişlərlə sıx əlaqədardır.


Yüksək pedaqoji qabiliyyətlərə malik olmadan müəllim təlim və tərbiyənin müasir tələblərini həyata keçirə bilməz.
Bütün pedaqoji qabiliyyətləri şərti olaraq 3 qrupda birləşdirmək olar: şəxsi qabiliyyətlər; didaktik qabiliyyətlər; təşkilati – kommunikativ qabiliyyətlər.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin