Pedaqoji qiymətləndirmə üsulıu. Pedaqoji qiymətləndirmə üsulunun 2 növü vardır:
Açıq pedaqoji qiymətləndirmə;
Qapalı pedaqoji qiymətləndirmə.
Açıq üsula çox az hallarda yalnız tərbiyəçşi tamamilə özünü baş verən münasibətlər haqqında hesabata həsr etdiyi vaxtlarda müraciət edilir. 5. Gizli pedaqoji qiymətləndirmə daha effektivdir Belə ki, o subyektiv sərbəstliyə istinad edir və intensiv olaraq sərbəstliyi inkişaf etdirir.
Pedaqoji qiymətləndirmə zamanı – verbal və mimikaya istinad edilən təriflənmə formasında həvəsləndirmə təşkil olunur.
Cəzalandırma zamanı isə həvəsləndirmənin eyni metodlarından istifadə edilir. Sadəcə olaraq qiymətləndirmənin xarakteri dəyişir.
Müasir pedaqoji praktikada tərbiyənin inkişafında gizli qiymətləndirmənin aşağıdakı növlərini qeyd edirlər:
1.Özünə ismarıç – həyatı hadisələrlə əlaqəli olan öz vəziyyətini və həyəcanını dilə gətirmək
2.Başqasına ismarıc- qarşıdakı uşaqla bağlı olan anla əlaqəli fikirlərin dildə təzahürü
3. Özünüqiymətləndirmə prosesini uşağa həvalə etmək
4.Qiymətləndirmə zamanı geri çəkilmək
Tərbiyə prosesində aşağıdakı qarşılıqlı təsir formaları ayırd edilir: 1.Dərk olunmuş tərbiyəvi qarşılıqlı təsir – tərbiyəçi şürlu olaraq öz qarşısına müəyyən məqsəd qoyur, tərbiyə olunan da bunu bilir və qəbul edir.
2.Dərk olunmayan tərbiyəvi qarşılıqlı təsir. Tərbiyəçi şüursuz olaraq müəyyən bir qayda qəbul edir, tərbiyə olunanda tərbiyəçiyə qarçı eyni münasibət göstərir.
Dərk olunmuş tərbiyəvi qarşılıqlı təsir idarə olunub nəzarət altına alınanda nəticəsi olur. Onun çatışmazlıqları yaşla bağlıdır.
Dərk olunmayan tərbiyəvi qarşılıqlı təsiri şüurla tam idarə olunmadığına görə qiymətləndirmək çətindir. Çünki hər hansı tərbiyə tərbiyəvi təsirə yönəlir və onun emosional, koqnitiv və davranışa təsirini üzə çıxarır.
Qeyd olunmalıdır ki, koqnitiv tərbiyəvi təsir müasir dövrümüzdə əsas sayılır. Çünki əksər alimlər belə hesab edirlər ki, insanın biliyi tək onun şəxsiyyətini deyil, həm də davranışını təyin edir, onu istiqamətləndirir və formalaşdırır.
Məlumdur ki, tərbiyə olunan əvvəlcə müəyyən bir davranış aktını həyata keçirir və bundan sonra onun xeyirliyini və düzgünlüyünü qəbul edir. Yəni bütün hallarda olduğu kimi dəyişilmə əvvəlcə şəxsiyyətin daxili dünyasında baş verir. Daha sonra isə davranışa köçürülür. Tərbiyədə bu cəhət əsas götürülməlidir.
Əksər psixoloqların gəldiyi qənaətə görə tərbiyə prosesləri şəxsiyyəti hərtərəfli əhatə edərək kompleks şəkildə tətbiq olunarsa daha effektiv olar.
Son zamanlarda şəxsiyyətyönümlü çoxlu sayda psixokorreksiya və psixoterapevtik metodlar kəşf olunub. Onlardan biri sosial – psixoloji treninqdir. Sosial – psixoloji treninqin məqsədi insanı öz həyat problemləri ilə daha yaxşı bacarmağı, işlə və şəxsi problemlərlə bağlı bir çox məsələləri uğurla həll etməyi öyrətmək, ətrafındakı insanlarla normal münasibətləri həyata keçirməyə kömək etməkdir.