Tərbiyə institutları şəxsiyyətə tərbiyəvi təsir etmək üçün yaradılan cəmiyyət təsisatlarıdır. Bu təsisatlara: ailə, məktəb, kütləvi informasiya vasitələri, həmyaşıdlar, təşkilatlar və s. aiddir.
Ailə tərbiyə institutu kimi. Ailə tərbiyəinstitutlarının əsası sayılır. Çünki uşaq həyatının həlledici dövrlərini ailədə keçirir. Və ailə institutunun şəxsiyyətə göstərdiyi təsir başqa institutların göstərdiyi təsirdən nisbətən öndə gedir. Psixoloqların fikrincə, uşağın şəxsiyyəti ailədə formalaşır. Məktəbdə isə qismən formalaşma baş verir. Ona görə də ailə tərbiyəsi daha önəmli və daha vacibdir.
D.Baumind emosional təsirin və valideyn nəzarətinin uşağa göstərdiyi təsirinə görə ailə tərbiyəsinin üsullarını ayırd etmişdir:
1.Avtoritet tərbiyə üsulu – uşağın emosional baxımdan qıbulu və onun yüksək səviyyədə idarə olunması ilə seçilir. Avtoritet tərbiyə üsuluna malik valideynlər demokratik ünsiyyət üsulu seçir.Uşağın artan kompotentliyinə əsasən onların tələbatlarını dəyişə bilirlər.
2.Avtoritar tərbiyə üsulu. Bu üsul uşağın emosional cəhətdən zəif qəbul olunması və yüksək idarə olunması ilə fərqlənir. Avtoritar valideynlərin ünsiyyət üsulu əmr etmə, tələb qoyma, qanun qaydalarda dəyişilməzlik və s. özündə əks etdirir.
3. Liberal tərbiyə üsulu.Bu tərbiyə üsulu yüksək emosional qəbuletmə və zəif idarə olunma ilə fərqlənirş Qayda və qanun bu tərbiyə üsulunda, demək olar ki yoxdur və idarəetmə zəifdir.
4.İndifferent tərbiyə üsulu. Bu üsul tərbiyəyə valideynnin zəif münasibəti, emosional soyuqluğu, uşaqla münasibətdə distantlığı, zəif idarə olunması, uşağın tələbatının tam ödənilməməsi ilə fərqlənir.
Bütün bunlarla yanaşı, ailə tərbiyəsinin hormonal və dishormonal tiplərini də ayırırlar.
Hormonal tip ailə tərbiyəsi yüksək emosional qəbul etmə., empatiya, emosional dəstək, uşaqlardan ailənin bütün üzvlərinin razı qalmasının yüksəkliyi, uşağın öz inkişaf yolunu sərbəst seçməsinə imkan verilməsi, davamlılığı, tərbiyənin hüdudlarından kənara çıxmayaraq ailənin hər bir üzvünün hüquqlarının qorunub saxlanılması və uşağın yaşı ilə əlaqəli olaraq tərbiyənin planlı dəyişilməsi ilə seçilir.
Dishormonal tip ailə tərbiyəsi – uşağa qarşı emosional münasibətin çatışmazlığı, emosional imtina və uşağın tərbiyəsi haqqında ailənin eyni fikrə gəlməməsi. Yüksək səviyyəli fikir ayrılığı, valideyn – uşaq münasibətlərinin düzgün qurulmaması.
Disharmonik tərbiyənin aşağıdakı tiplərini fərqləndirirlər:
7. 1.Hiporteksiya – diqqətin, qayğının, qiymət və yoxlamanın, uşağa qarşı marağın olmaması. Uşağın tələbatlarının ödənilməsində çatışmazlıqlar.
2.Hiperproteksiya –həddindən artıq çox valideyn qayğısı ilə, proteksiyanın yüksək forması, uşağa qarşı sevgi və emosional münasibətdən çəkinmə ilə xarakterizə olunur.
3.Tərbiyənin uyğunsuzluğu – ailənin ayrı-ayrı üzvlərinin özünügerçəkləşdirməsində fərdi məqamların olması
4. Yüksək mənəvi məsuliyyətilə fərqlənən tərbiyə tipi- uşağın fərdi xüsusiyyətlərinin və yaşından asılı olmayaraq ona qarşısında yüksək tələbatların qoyulması ilə fərqlənir.
5.Hipersosiallaşdırılmış tərbiyə üsulu uşağın sosial həyatını, onun nəiliyyətini, həmyaşıdları ilə münasibətini real psixofizioloji xüsusiyyətlərini, qabiliyyətlərini nəzərə almayaraq valideynin fikri konsepsiyasına əsaslanır.
6. Mədəniyyətə daha çox önəm verən tərbiyə üsulu – bu tərbiyə tipində uşağa qarşı aciz, köməksiz kimi davranış xarakterikdir.Bu da uşağın inkişafında zəiflik yaradır.