Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə64/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   60   61   62   63   64   65   66   67   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

2.Tərbiyəvi təsir metodları

Tərbiyəvi təsir və qarşılıqlı təsir metodlarına nəzər yetipməzdən əvvəl tərbiyəvi təsir, tərbiyəvi nüfuz və tərbiyəvi qarşılıqlı təsir kimi anlayışların mahiyyətini açmaq önəmlidir.


Tərbiyəvi təsir – tərbiyəçinin uşağa qarşı cəzalandırma və rəğbətləndirmə kimi istifadə etdiyi metodlara deyilir.
Tərbiyəvi nüfuz – uşağın şəxsiyyətinə pedaqoji təsirin nəticəsində hər hansı bir dəyişiklik baş verməsidir. Bu zaman uşaq sadəcə olaraq ona deyilən hərəkəti etmir, həm də başa düşür ki bu hərəkəti etmək olmaz və nəyə görə etmək olmaz.
Tərbiyəvi qarşılıqlı təsir – uşağın və böyüyün elə müştərək fəaliyyətidir ki, bunun nəticəsində qarşılıqlı anlaşma yaranır, qarşılıqlı kömək və ya qarşılıqlı dəyişilmə təzahür edir.
Psixoloqların qənaətincə, şəxsiyyətə psixoloji təsirin üsulları tərbiyəçi tərəfindən qəbul olunan, insanın davranışının formalaşdırılması ilə əlaqəli olan, tərbiyə olunanın şəxsiyyətinin dəyişdirilməsinə yönələn öyrənmənin bütün növləri inandırma, təlqin, sosial yönəlişlərin dəyişdirilməsi.
Tərbiyəvi təsirin iki əsas tipini ayırd edirlər:
-birbaşa tərbiyəvi təsir – bir – biri ilə birbaşa ünsiyyət zamanı bir insanın digər insana hiss olunan vasitəsiz təsiri.
-Dolayısı tərbiyəvi təsir – belə təsir özündə tərbiyə olunanın və tərbiyəçinin bir – biri ilə əlaqəsi olmadan hər hansı üsulların köməyi ilə həyata keçirilən təsiri ehtiva edir. (istənilən kitabı oxumaq, kinoya baxmaq və s.)
Birbaşa tərbiyəvi təsirə nail olmaq üçün öyrənmənin təlqin, təqlid kimi üsullarından istifadə edilir. Birbaşa tərbiyəvi təsirlər zamanı tərbiyənin üsulları genişləndirilir, uşağın inkişafının ilkin mərhələsində yeganə lazım olan üsul seçilir.
Psixoloji və pedaqoji ədəbiyyatda tərbiyəvi təsirin bir neçə metodlarını ayırd edirlər.
Tərbiyəvi təsirin metodlarına inandırma, təlqin, sirayət, təqlid və s. aiddir.
Tərbiyəvi təsirin aşağıdakı metodlarını göstərmək olar:
1.Təhrikedici və ya yaradıcı. Belə psixoloji təsir mövcud olan davranışın əsasında yaranan hissləri korreksiya edir və yeni pozitiv keyfiyyətlərin inkişafına təkan verir, neqativ vərdişləri aradan qaldırır.
2.Ləngidici.Belə psixoloji təsir mövcud olan mənfi keyfiyyətlərin aradan qaldırılmasına köməklik edir və müsbət keyfiyyətlərin inkişafı üçün mühit yaradır.
3.Güclü emosional reaksiya yaradıcı təsirlər. Pedaqoji və psixoloji ədəbiyyatlarda tərbiyəvi təsirin 3 əsas metodunu qeyd edirlər: inandırma metodu, məşq metodu, qiymətləndirmə metodu.
İnandırma metodu özündə aşağıdakıları ehtiva edir:
-Müəllimin mülahizəsi
- Müəllimin arqumenti
-Əhvala və şəxsi münasibətə görə müəllimin ifadə etdiyi fikirlər
-Mədəniyyətdə ümumi qəbul olunan qaydalar haqqında məlumat
-Münasibətdə baş verənlərin daxili gizli mənasını açmaq
-Müəllimin uşaqla dialoqu
-Müəllimin tərəfindən aparılan disskusiya
-Həyati məsələlərlə bağlı müəllimin məsləhət və tövsiyyələri
Məşq metodu. Bu metod uşağın başqasının adı altında həyata keçirdiyi, onun daxili münasibətlərinin real praktik fəaliyyətini təyin edən təsir növüdür. Burada daxili və xarici münasibətlər vəhdət təşkil etməlidir. Məşq metodu özündə davranış bacarıqlarını birləşdirir. O, aşağıdakı kimi həyata keçirilir:
-Müəllim qismində
-Uşaqlar üçün nəyisə etməyi xahiş edir
-Fəaliyyətin xarakterini dəyişərək nəyiisə etməyi xahiş edir
-Birgə fəaliyyətlə əlaqədar təlimatlar verir
-Xüsusi treninqlərlə davranış vərdişlərinin qazanılması
-Mədəni – psixoloji qaydalarla keçirilən oyun
Pedaqoq və psixoloqların fikrincə yalnız kiminsə ünvanına olan təhqirə yol verən vəziyyətlərdə əmr üsulundan istifadə etmək olar.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin