Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Tərbiyəvi tədbirlərin psixoloji cəhət­dən əsaslandırılması və məktəblilərin tərbiyəlilik səviyyəsinin müəyyənləşdi­rilməsi problemi



Yüklə 255,76 Kb.
səhifə70/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   66   67   68   69   70   71   72   73   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

3. Tərbiyəvi tədbirlərin psixoloji cəhət­dən əsaslandırılması və məktəblilərin tərbiyəlilik səviyyəsinin müəyyənləşdi­rilməsi problemi
Tərbiyə işinin metodları və formalarının psixoloji əsasları. Tərbiyə prosesinin müvəffəqiy­yətlə həyata keçi­rilməsi üçün psixoloji cəhətdən zəruri olan şərtlərdən biri tərbiyəvi işin metod və formalarının düzgün seçilməsindən ibarətdir. Ona görə də tərbiyəçilərdən biri müvafiq metod və for­malardan istifadə etdiyinə görə onun tərbiyəvi təd­biri səmərəli nəticə verir. Əksinə, başqa birinin tərbiyəvi metodlardan düzgün istifadə etməməsi nəinki şagirdin davranışındakı qüsurların aradan qalxmasına səbəb olmur, həm də həmin qüsurların daha dərin köklər salmasına, oraya yeni mənfi əla­mətlərin daxil olmasına gətirib çıxarır. Bir cəhə­ti nəzərə almaq lazımdır ki, tərbiyəvi işin metod və formalarından həmişə şablon halında istifadə etmək mümkün deyildir. Ona görə də psixoloqlar tər­biyəvi metodları tətbiq edərkən aşağıdakı cəhətləri nəzərə almağı zəruri hesab edirlər: birincisi, tər­biyə olunan şagirdin yaş və fərdi xüsusiyyətləri; ikincisi, şagirdin daxil olduğu uşaq kollektivi­nin xüsusiyyətləri; üçüncüsü, tərbiyəvi tədbirin hə­yata keçirildiyi konkret şərait. Bu cəhətlər nəzərə alınmaqla seçilən və tətbiq edilən tərbiyəvi tədbir öz bəhrəsini verir. Lakin məktəb təcrübəsi göstərir ki, heç də tərbiyəçilər, müəllimlər bütün hallarda tərbiyəvi tədbirlərdən müvafiq şəkildə istifadə edə bilmir, onun düzgün hesab etdiyi tərbiyəvi üsul əksinə mənfi nəticələr verir. Bu mənada tərbiyəvi təsirin müvəffəqiyyəti təkcə tərbiyəçinin öz təsirinə hansı məna verməsindən deyil, eyni zamanda tər­biyə olunanın onu necə, hansı mənada başa düşmə­sindən də asılı olur. Psixoloqlar belə bir cəhəti aşkara çıxarmışlar ki, tərbiyəvi tədbirin tətbiqi zamanı, müəllim və tərbiyəçilər öz təsirlərində bir məna, şagird isə tamamilə başqa bir məna görür. Yaşlılarla uşaqlar arasında baş verən bu cür anlaşılmazlıq psixologiyada “məna maneəsi” adla­nır. Bu cür “məna maneəsinin” yaranması tərbiyəvi tədbirin təsir gücünü aradan qaldırır.
Məna maneəsi ilə müəllim və valideynlər hələ məktəbəqədər və kiçik məktəb yaşı dövründə rastlaşa bilirlər. Uşaqların daha çox küsəyən və tez özündən çıxdığı dövrü olan yeniyetməlik zamanı məna maneə­si daha tez yaranır, daha parlaq təzahür edir və çətinliklə aradan qaldırılır.
Psixoloji tədqiqatlar zamanı aşkara çıxa­rılmışdır ki, məna maneələrinin baş vermə səbəb­lərini bilməyən və bu cür maneələrin yaranmasının qarşısını almağa çalışmayan tərbiyəçi qarşısında qoyduğu tərbiyəvi vəzifəni həll etməkdə çətinlik çəkir. Həmin məsələnin mahiyyətini açmağa çalışaq.
Zahirən məna maneələri onunla xarakterizə olunur ki, sanki uşaq böyüklərin dediklərini eşit­mir. Əslində isə uşaq ona deyilən sözü yaxşı eşidir, hətta onu təkrar da edə bilir.
Lakin həmin sözün mənasını qavramır. Psixo­loqlar müəyyən etmişlər ki, məna maneəsi həm uşa­ğın qarşısında hansı tələbi qoymasından asılı ol­mayaraq, konkret adama münasibətdə, həm də kimin irəli sürməsindən asılı olmayaraq, konkret tələbə münasibətdə özünü göstərə bilir.
Hər iki halda tərbiyəvi tədbirin metodla­rından düz­gün istifadə olunmaması faktı məna maneəsinin yaranma­sına, nəticədə isə tərbiyəvi təd­birin təsirinin aradan çıxmasına səbəb olur.
Konkret adama münasibətdə məna maneəsinin ya­ranması ən çox tərbiyəçi tərəfindən uşağın davra­nış motivinin nəzərə alınmaması, uşaqda olmayan motivi bir növ ona bağlamaq nəticəsində baş verir. Məsələn, uşaq xəstəliyinə görə dərsdən gedir. Müəl­lim onu da dərsdən qaçan başqa uşaqlarla birlikdə cəzalandırır. Yaxud, onu təhqir edən yoldaşlarına qarşı cavab qaytaran uşağı da o birisi kimi inti­zamsız, xuliqan adlandırır. Bu hal bir neçə dəfə təkrar olunduqda şagirddə müəllimə, tərbiyəçiyə qar­şı məna maneəsi yaranır. Nəticədə həmin müəllimin ən ədalətli tələbi belə şagird tərəfindən ədalətsiz tələb kimi qarşılanır.
Lakin konkret adama qarşı məna maneəsi müəl­lim tamamilə obyektiv, düzgün hərəkət etdiyi halda, şagirdin öz davranış motivini dərk edə bilməmə­sindən asılı olaraq da yarana bilər. Məsələn, müəl­lim tapşırığı yerinə yetirməyən şagirdi haqlı ola­raq danladığı, cəzalandırdığı halda, şagird kitabı olmadığına görə cəzalandırmanın ədalətsiz oldu­ğunu zənn etməsi sayəsində yaranan məna maneəsini buna misal göstərmək olar.
Konkret tələbə münasibətində özünü göstərən məna maneəsi isə tamamilə başqa səbəblərdən irəli gələ bilir. Məsələn, tərbiyəçi müsbət nəticə vermə­diyi halda eyni tələbi dəfələrlə təkrar edir. Nəti­cədə bu cür tələblərə uşaq o qədər alışır ki, onu bir növ qavramamağa başlayır.
Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaranması şagirdlərlə aparılan tərbiyə işinin çətinləşməsinə, bir növ nəticəsiz qalmasına səbəb olur. Ona görə də müəllim birinci növbədə bu cür məna maneələrinin yaranmasının qarşısını almağa çalışmalıdır. Bu cəhətdən müəllim üçün əsas prob­lem zəruri təsir vasitəsini seçmək deyil, həm də şagirdin rəftar və davranışının motivlərini, onun baxışlarını, münasibətlərini bilməkdir. Belə olduqda məna maneələrinin yaranmasının qarşısı alınır, tərbiyəvi tədbirin gücü artır.
Məktəbdə şagirdlərlə aparılan tərbiyəvi iş­lərin mü­hüm yollarından biri əxlaqi söhbətlərdən ibarətdir. Şa­girdlərin əxlaq tərbiyəsində bu cür söhbətlərin səmərəli nəticə verməsi üçün istər fər­di, istərsə də kollektiv şəkildə aparılan əxlaqi söhbətlər zamanı aşağıdakı prinsiplərə əməl olunmalıdır.
Əxlaqi söhbətlərin məzmunu şagirdlərin yaş səviy­yəsinə uyğun olmalıdır.
Söhbət aparılan kollektivi, onların istiqa­mətini, qarşılıqlı münasibətini, təlimə, müəllimə münasibətlərini yaxşı bilmək və nəzərə almaq lazımdır.
Söhbəti konkret bir səbəblə, ölkənin və kol­lektivin həyatında baş verən bir hadisə ilə, yeni ki­tab və ya kinofilmlə əlaqələndirərək, onlarla bağlı şəkildə təşkil eləmək zəruridir.
Söhbətə aydın, konkret misallardan başlamaq daha münasibdir. Söhbət zamanı şagirdlər üçün yeni olan, inan­dırıcı faktlardan, misallardan istifadə edilməlidir.
Bu zaman məharətlə çatdırılan, təhlil edilən mənfi nümunələr də böyük tərbiyəvi əhəmiyyətə ma­likdir. Məsə­­lən, borc hissindən danışarkən eqoizi­min nə qədər çirkin keyfiyyət olduğunu konkret mi­sallarla açıb göstərmək faydalı olur.
Əxlaqi söhbət zamanı şagirdlərdə maksimum fəal­lıq yaratmaq, onları canlı fikir mübadiləsinə cəlb etmək onlarda fikir oyatmaq, əxlaq məsələləri üzərində düşün­məyə məcbur etmək lazımdır.
Şagirdlərin şüuruna çatdırılan məsələlə­rin yaxşı əsaslandırılması da böyük əhəmiyyətə ma­likdir. Bu cəhətə əməl olunması xüsusilə yeniyetmə və böyük məktəblilərlə iş zamanı daha çox zərurət təşkil edir.
Əxlaqi söhbət zamanı şagirdlərdə dərin və aydın emosiyaların yaranmasına nail olmaq lazım­dır. Bu isə o zaman mümkün ola bilər ki, müəllim söhbəti etinasız, həvəssiz deyil, emosional və canlı keçirsin.
Şagirdlərin tərbiyəsində nəzərə alınması zəruri olan yollardan biri də müəllimin, tərbiyəçi­nin şəxsi nümu­­nəsindən düzgün istifadə olunmasın­dan ibarətdir. Adətən, kiçik məktəblilər çox vaxt müəllimi təqlid edir, ona oxşamağa çalışırlar. Lakin bəzən bunu şüursuz, düşünmədən edirlər. Bəzən də özlərindən asılı olmayaraq onun xarici davranış tərzini bir növ yamsılayırlar. Yeniyetmə­lər və böyük məktəblilər isə çox vaxt nümunədən şüurlu olaraq istifadə edirlər. Özünü artıq böyük hesab etməyə başlayan yeniyetmə böyüklərin hərəkət və davranışlarını təqlid etməyə cəhd göstərir. Ona görə də yeniyetmələrdə onları əhatə edən adamların (xüsusilə onlara yaxın və əziz olan adamların) dav­ranışına qarşı kəskin maraq və diqqət yaranır. Bö­yüklərin bu və ya digər keyfiyyətini şüurlu şəkildə təqlid edən yeniyetmə çox vaxt onların mənfi key­fiyyət və hərəkətlərini də təkrar edir. Məhz buna görə də müəllimin özünü müsbət bir nümunə kimi təqdim etməsi zəruridir.
Şagirdlərin şəxsiyyətini tərbiyə edərkən, şübhəsiz onun birdən-birə, bütün hallarda düzgün davranış forması seçəcəyini gözləmək olmaz. Bəs onda şagirdin davranışı necə təshih olunmalıdır? Şagirdlərin davranışını istiqa­­mətləndirmənin, təshih etmənin ən təsirli yolları onun təriflən­məsi və məzəmmət olunması, rəğbətləndirilməsi və cəzalandırılmasından ibarətdir.
Təriflənmə, rəğbətləndirmə davranışın düz­gün motiv və formalarını möhkəmləndirməyə xidmət edir. Məzəmmət və cəzalandırma isə, mənfi təhriklə­rin və düzgün olmayan davranış formalarının qar­şısını alır, onları ləngidir. Lakin tərbiyə zama­nı bunlardan düzgün istifadə olunmalıdır. Tərif­lənmə, rəğbətləndirilmə nə şişirdilməməli, nə də lazım olduğundan aşağı səviyyədə olmamalıdır. Adə­tən, şagirdin bu və ya digər davranış tərzi həddin­dən artıq şişirdildikdə onda yersiz bədgumanlıq, lovğalıq keyfiyyəti yarana bilər. Məzəmmət və cəza­landırma da şagirdin günahının dərəcəsinə uyğun, ədalətli olmalıdır.
Nəhayət tərbiyəvi işin mühüm formalarından biri də özünütərbiyədir. Sonrakı bölmədə özünütər­biyədən geniş bəhs etdiyimizə görə bir daha onun üzərində dayanmırıq.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin