Təlimin strukturuna dair L.V.Zankovun konsepsiyası
Son dövrlərdə L.V.Zankovun inkişafetdirici təlim prinsipləri diqqəti cəlb edir. Onun fikrincə inkişafetdirici təlimin ümumi məsələləri aşağıdakıları özündə ehtiva edir:
1.Təlimin yüksək səviyyəli çətinlik prinsipi. Onun gerçəkləşdirilməsi, çətinlik dərəcəsini nəzərə almağı, maneələri aşmağı, öyrənilən hadisələrin qarşılıqlı əlaqəsini mənalandırmağı və sistemləşdirməyi zəruri edir. Bu prinsipin məzmunu təlimdə problem qoyma ilə əlaqələndirilə bilər.
2.Nəzəri biliklərin aparıcı rol oynaması prinsipi. Beləki, təlim predmetinin daxilindəki və predmetlərarası əlaqələrlə, münasibətlərlə, anlayışlarla işləmək, vərdişlərə yiyələnmək qədər vacibdir.
3.Şagirdlərin öyrəndiklərini dərk etməsi prinsipi.Bu prinsip refleksiyanın inkişafına, şagirdi öyrənmənin subyekti kimi dərk etməyə yönəldir.
4.Bütün şagirdlərin inkişafına çalışmaq prinsipi.Bu prinsipə əsasən şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmalı və təlim bütün şagirdləri inkişaf etdirməlidir.
L.V.Zankovun sisteminin fərqli cəhətləri şagirdlərin ümumi yüksək inkişafına istiqamətlənməsi, təlimin yüksək çətinlikdə aparılması, təlim materialının sürətli tempdə keçilməsi nəzəri biliklərə verilən payın kəskin çoxalmasından ibarətdir. Bu sistem təfəkkürü, emosional sferanı inkişaf etdirir, biliklərin ümumi mənasını başa düşməyi və üzə çıxarmağı öyrədir. Lakin şagirdlərin fərdi xüsusiyyətlərinə əsasən dərsin məzmununu hər bir müəllim özü işləməlidir.
MÖVZU IX. TƏLİMİN OPTİMALLAŞDIRILMASI
PLAN: 1. Təlimin optimallaşdırılması tədris fəaliyyətinin elmi prinsipi kimi 2. Fəal təlim metodları və dərsdə problem situasya yaradılması yolları 3. Proqramlaşdırılmış təlim metodları 4. Təlimdə fərdi və diferensial yanaşma 5. ”Müasir dərs” konsepsiyasının əsas məsələləri