Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Intellektin struktur modeli, anlama fenomeni



Yüklə 255,76 Kb.
səhifə31/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   27   28   29   30   31   32   33   34   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Intellektin struktur modeli, anlama fenomeni: İnsan anlamı, zamanın hökmü ilə dəyişir: vaxtilə homosapiens (ağıllı insan) anlamı geniş yayılmışdır. Sonralar homohabilis (bacarıqlı insan) anlamı əmələ gəldi. Bu gün isə insan anlamında onun yaradıcılıq əzmi xüsusilə vurğulanır. Elmi- texniki inqilab şəraitində homokibsis, homopiktor (sənətkar insan, yaradıcı insan) anlamının əmələ gəlməsi bəşəriyyət üçün xüsusilə önəmlidir.
“Qabiliyyət” anlayışına diqqət yetirsək görərik ki, psixoloji baxımdan intellektin mahiyyəti məhz qabiliyyət anlayışı ilə bağlıdır. Bu barədə Antuan de Sent Ekzüperi yazırdı ki, hazırda orta səviyyəli, bir təhər üçlə oxuyan şagirdin təbiət qanunları və insan məişəti barədə, Dekart və Paskaldan çox məlumatı var. Ancaq, həmin şagirdin onlar kimi düşünmək və fikirləşmək qabiliyyəti vardırmı?
Özünəməxsus psixoloji kontekstdə səslənən bu köklü sualın sosial-pedaqoji mənasını T.Edison məharətlə açıqlanmışdır. O deyirdi: “Sivilizasiyanın başlıca məqsədi- insana fikirləşməyi öyrətməkdən ibarətdir”.
Tələbə və şagirdlərdə intellekti necə inkişaf etdirmək olar? Onlardan həmin fikri qabiliyyəti inkişaf etdirərkən hansı məsələlərə daha çox diqqət yetirilməlidir? Elmi-metodik aspektdə son dərəcə əhəmiyyətli olan bu suallara cavab vermək üçün, ilk növbədə intelllektin struktur modelinə əsaslanmaq lazımdır.
Dünya psixologiyasında C.Gilfordun intellektin struktur modeli məşhurdur. Bu model fikri qabiliyyətlərin müxtəlif tiplərini təsvir etmək və mühüm pedaqoji nəticələr çıxarmaq imkanı verir.
C. Gilford intellektin strukturunda 120 fikri qabiliyyət ayırd etmişdi. O , eksperimental materialları təhlil edərək belə bir nəticəyə gəlmişdi ki, fikri qabiliyyətlər bir- birindən üç parametrə- a) fikri əməliyyatların xarakterinə; b) fikri proseslərin məzmununa və c) fikri fəaliyyətin məhsullarına görə fərqlənirlər.
C. Gilford fikri əməliyyatların xarakterinə görə aşağıdakıları ayırd edirdi: idrak, hafizə, məhsuldar təfəkkür, qiymətləndirici təfəkkür
-Fikri proseslərin məzmununa görə: fiqurativ (əyani- obrazlı informasiya); simvolik (rəqəmlər,kodlar və s. ilə verilən informasiya); semantik (verval ideya və anlayışlar);davranış (adamların hissləri, istəkləri, qarşılıqlı münasibətləri və s.0)məzmunu
-Üçüncü mühüm məsələni C.Gilford transformasiya adlandırır. Məsələn, tələbə, şagird hər hansı bir binanın çevrilmiş şəkildə necə göründüyünü təsəvvür edir.
Intellektin struktur təhlili əsaslı surətdə göstərir ki, onun nüvəsini təfəkkür təşkil edir. Təfəkkür isə, bir tərəfdən duyğular və qavrayışla, digər tərəfdən hafizə, nəhayət, təxəyyüllə genetik və funksional baxımdan qarşılıqlı əlaqədədir. Inkişafetdirici təlim konsepsiyası üçün bu müddəanln xüsusi elmi- metodik əhəmiyyəti vardır.
Müasir təhsil nəzəriyyəsinin prioritet sahələrindən biri “təlim motivləri- təlim maraqları” dixotomiyası ilə şərtlənir.
Yeni pedaqoji təfəkkürün təməl prafazalarından biri belədir: Tələbənin yaxşı oxumaq istəməsi və onunçün bu yaxşı şəraitin yaradılması. Bu əlverişli şəraitin yaradılması- təhsilin humanıstləşdirilməsinin başlıca yollarından biridir. Tələbənin yaxşı oxumaq istəməsi psixoloji kontekstdə müxtəlif amillərlə şərtlənir, lakin onun affektiv mərkəzi tələbat- motivasiya sahəsi- təlim motivasiyası ilə bağlıdır. Bu sahənin mərkəzində təlim maraqları durur.
Pedaqoji psixologiyada , eləcə də ali məktəb psixologiyasında bu kontekstdə fundamental faktlar vardır. Onlar əsaslı surətdə göstərir ki, təlim uğurları təkcə tələbənin təlimə qabilliyi, bütövlükdə qabiliyyəti ilə deyil, həm də təlim motivasiyası ilə müəyyən olunur. Başqa sözlə desək, onun “yaxşı oxuması” üçün bütün digər şərtlərlə yanaşı, həm də təlim motivasiyasının formalaşması zəruridir.
Anatol Frans deyirdi, zor gücünə verilən biliklər ağlı boğur.
Amerika psixoloqu H.C.Ayzenkin fikirləri. (danışmaq)
Rus alimi A.K.Markova və onun əməkdaşları göstərirlər ki, tədris proqramının hər bir bölməsinin öyrənilməsi üç əsas mərhələdən ibarət olmalıdır:

  1. Motivasiya mərhələsi

  2. Əməliyyat- idrak mərhələsi

  3. Refleksiv- qiymətləndirmə mərhələsi

Maraqlar motivasiya mərhələsində oyanır, bəzən dı sözün əsl mənasında əmələ gəlməyə başlayır, ikinci və üçüncü mərhələdə isə formalaşır.
Maraq psixoloji fenomendir(subyektiv). Onun yönəldiyi fəaliyyət sahəsində isə obyektiv surətdə mürəkkəb, hətta təzadlı ziddiyyətlər meydana çıxır. Bu obyektiv çətinlikləri təkcə maraq gücü ilə aradan qaldırmaq olar, Nəzəri baxımda bəlkə də olar, praktik aspektdə isə əslində mümkün deyil.
Marağın inkişafı və tərbiyəsi yolu iradə sahəsindən keçır.



Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin