2)Pedaqoqun peşəkar kompotentliyinin digər tərəfi pedaqoji ünsiyyətin kompotentliyinə aiddir. Bunlar aşağıdakılardır: -ünsiyyətin vasitələri.Pedaqoji etika
-pedaqoji bacarıqlar
-ünsiyyətin digər iştirakçılarının mövqelərini nəzərə almaq
-əməkdaşların təcrübələrini öyrənmək və qiymətləndirmək bacarığı
-şəxsiyyətin peşəkar keyfiyyətləri, pedaqoji empatiya.,, emosional özünütənzim
3)Şəxsi – fərdi kompotentlik. Onları aşağıdakı kimi qrtuplaşdırmaq olr: - şəxsiyyətin psixikasına dair biliklər
-pedaqoji bacarıqlar
-şagirdlərin şəxsiyyətlərini inkişaf etdirmək və onları öyrənmək
-pedaqoji əməkdə mənəvi dəyərləri anlamaq və qorumaq
-özünün şəxsi və peşəkar inkişaf planlarını qurma və gerçəkləşdirmə bacarıqları
-əmək məhsuldarlığını qoruyub saxlamaq bacarığı
-pedaqoji məqsədgüdmə
- pedaqoji qabiliyyətlər.
Qiymətləndirmə şagirdlərin biliklərin mənimsəmə imkanlarının, onun səviyyələrini müəyyənləşdirməyə, məktəb proqramının həyata keçirilməsinin nəticələrinin konkretləşdirilməsinə imkan verir.
Dərsdə şagirdin qabiliyyətlərinə, bilik səviyyəsinə, yerinə yetirdiyi tapşırığa verilən qiymət yalnız onun biliklərə olan münasibətini deyil, həm də onun şəxsiyyətinin inkişafını səciyyələndirir.
İnsan sosial varlıqdır.O başqasının verəcəyi qiyməti gözləyir və bəzən onu qabaqcadan görür. Qiymətləndirmə onun şəxsiyyətinə təsir göstərir, fəaliyyətinin bu və ya digər istiqamətə yönəlməsini şərtləndirir.
Məşhur Rus pedaqoqu və psixoloqu P.F.Kapterev müəyyən etmişdir ki, şagirdlərdə sosial qiymətləndirməyə meylin inkişafı, başqalarının onlar haqqında necə düşündüklərini qiymətləndirmək, onlara hörmət edilməsi və onların müvəffəqiyyət və ya müvəffəqiyyəsizliyinin hansı səviyyədə olmasının bilmələri qaynağından bəhrələnir.
S.L.Rubinşteynin fikrincə isə qiymətləndirmə özünəməxsus psixoloji ölçülərə malikdir. Qiymətləndirmə fəaliyyətin məqsədi deyil nəticəsi olmalıdır.
B.Q.Ananyev haqlı olaraq göstərir ki, bir sıra intellektual gərdinlik situasiyalarının və görülən işə pedaqoji qiymətləndirmənin olmaması depressiv təsir göstərir.
Məktəbdə qiymətləndirmə adətən biliklərin yoxlanılması prosesində təzahür edir. Biliklərin yoxlanılması və qiymətləndirilməsi nəinki şagirdlərin dərsi qavrama və anlama səviyyəsini yüksəldir, həm də onların təlim materiallarına münasibətini müəyyənləşdirməyə imkan verir.
Ümumiyyətlə götürdükdə müəllimin qiymətləndirmə meyarları əsasən iki istiqamətdə aparılır:
1.Təlim materialı haqqında biliklərə görə
2.Bu materialın başa düşülməsi dərəcəsinə və tapşırıqların yerinə yetirilməsi səviyyəsinə görə.
Qiymətləndirmə şagirdə anladır ki, hər hansı işdə müvəffəqiyyət yalnız gərdin və davamlı əməyin nəticəsində mümkündür. Bundan əlavə qiymətləndirmə şagirdə öz gərgin əməyinin nəticəsindən zövq almağa, onunla fəxr etməyə şərait yaradır. Qiymətləndirmə təlim və şagird üçün vacib olan özünütəsdiqin əsasını qoyur. Şagirdin öz imkanlarının gerçəkləşdirməsinə stimul verir.
Görkəmli rus psixoloqu L.S.Vıqotski göstərir ki, “uşaq öz hərəkətlərinin son nəticələrini bilməlidir.Bu bilik pedaqoqların əlində gözəl tərbiyə vasitəsidir”. Rəqəmli qiymətləndirməyə müəllif öz neqativ münasibətini bildirir. O qeyd edir ki, şagird yalnız ona görə oxuyur ki, təlimdə pis qiymət almasınş
Qiymətin şagirdin əhval-ruhiyyəsinə, onun şəxsiyyətinin inkişafına təsirini A.P.Petrovski aşağıdakı kimi xarakterizə edir:
-“Zəfər çalan”-beş
Ümid verən –dörd
-adət olunmuş –üç
-darıxdırıcı –iki
Pedaqoji- psixoloji ədəbiyyatda qiymətləndirmə ilə bağlı bir sıra tövsiyyələr verilmişdir. Onlardan:
-Qrammatik səhvlərə görə qiyməti aşağı salmaq olmaz
-Verilmiş tapşırıqlardan imtina və ya onların nəticələrinə görə
-Dərsdə fəallığa, bir yerdə qərar tutmamağa görə qiyməti aşağı salmaq olmaz