b) Qavrayışın psixodiaqnostikası
Kiçik yaşlı məktəblilərdə qavrayışı inkişaf səviyyəsinin tədqiq edilməsində geniş istifadə olunan diaqnostik metodikalardan biri “Sujetli şəkillərin izahı”dır. Bu metodikadan uşaqlarda intellektual və emosional sferanın tədqiqi məqsədilə istifadə olunur.
Təcrübəni aparmaq üçün müxtəlif sujetli şəkillər dəsti lazımdır. Yaxşı olar ki, onların sırasında şən və kədərli, sadə və mürəkkəb sujetli şəkillər olsun. Bu məqsədlə şəkil reproduksiyalarından istifadə oluna bilər. Təklif olunan metodika çox sadədir: uşağa hər hansı bir şəkil göstərilir və orada nə təsvir olunduğunu söyləmək, nadir hallarda fikrini əsaslandırmaq tələb olunur. Bu zaman diqqət yetirmək lazımdır ki, uşaq şəkillərə nə dərəcədə fəal və həvəslə baxır. Bəzən uşağın arzusu ilə şəkilə baxma müddətini artırmaq olar. Şəkillər üzrə iş zamanı onların fəaliyyəti qeyd olunur. Bu metodika əsasında uşaqlarda nitqin hədsiz lakonik (qısa) və ya mükəmməl olması, onun qrammatik cəhətdən
düzgünlüyü, lüğət fondunun zəngin və ya kasıb olmasını müəyyən etmək, şəkildəki adamların mimik vəziyyətinin təhlili əsasında uşaqların emosional mühakimə qabiliyyətini öyrənmək mümkündür.
Dostları ilə paylaş: |