I qrup uşaqlarda fəaliyyətin ixtiyari tənzimi formalarının formalaşmaması ilə şərtlənmiş idrak proseslərinin bəzi formalarının inkişafdan qalması;
II qrup uşaqların psixi qüsurlarının strukturunda aparıcı amil əksinə, idrak proseslərinin inkişafdan qalması ilə şərtlənmiş fəaliyyətin ixtiyari formalarının tənziminin inkişafdan qalması.
Psixi inkişafda geridəqalma halları müşahidə olunan I qrupa aid edilən uşaqların davranışında aşağıdakı xüsusiyyətlər özünü göstərir: canlı və vasitəsiz emosional reaksiyalar, onların davamsızlığı, dərin həyəcanlanmanın olmaması, situasiyanı qiymətləndirə bilməmək, sadəlövlük, oyun maraqlarının təlim maraqları üzərində üstünlüyü, iradi fəaliyyətdə səyin olmaması.
Belə uşaqlarda özünənəzarət qabiliyyəti zəif olur. Onlar fəaliyyətlərini proqramlaşdırmaqda, hərəki və intellektual xarakterli tapşırıqların yerinə yetirilməsində çətinlik çəkirlər.
Dostları ilə paylaş: |