təhsilləndirici və profilaktik məqsəd daşıyır.
Təhsil sistemində pedaqoji prosesin psixoloji təminatı praktik psixoloqun öhdəsinə düşən vəzifələrdən biridir. Bu, praktik psixoloji xidmətin qarşısında qoyulmuş məqsədlərdən biri kimi ontogenetik inkişaf prosesində fərdin inkişafının psixoloji qanunlara müvafiq qurulmasında pedaqoji təsirlərin rolunu nəzərə almağı vacib şərt kimi irəli sürür. Uşaqlara vaxtında psixoloji xidmət göstərilərsə, təmkinlə, ssitemli qaydada yanaşılarsa, onlarda psixoloji problemləri korreksiya yolu ilə aradan qaldırmaq mümkündür.
Pedaqoji prosesdə təhsilləndirici vəzifənin yerinə yetirilməsi təhsil (inkişafetdirici) proqramlarının psixoloji müşayiəti əsasında, tərbiəyə prosesi isə tərbiyəedici situasiyaların psixoloji təminatı vasitəsilə həyata keçiriilir. Psixoloji maarifləndirmə öz mövzusunu müəyyənləşdirərkən ümumilikdə cəmiyyətin\, ayrı – ayrı insan qrupunun və fərdlərin psixoloji maariflənməsini nəzərdə tutur. Bu prosesə psixoloqlar ümumi, xüsusi və konkret metodologiya əsasında yanaşır, insanlara daxili potensialını, irs, genetik, etnopsixoloji imkanlarını aşkar etməyin və onları özünün inkişafına yönəltməyin yollarını izah edir. Yarana biləcək problemlərin qarşısının alınması üçün profilaktik tədbirlər haqqında informasiyaların yayılması da psixoloji maarifləndirmənin mövzusuna daxildir.
Psixoloji maarifllənmədə praktik psixoloqun ən mühüm vəzifələrindən biri başqalarında özünə qarşı inam yaratmaqdır. Psixoloq ona müraciət edənin şəxsiyyətinə hörmətlə yanaşmalı, situasiyanı hərtərəfli təhlil etməli və obyektiv nəticə çıxarmalıdır.
Dostları ilə paylaş: |