Mövzu Psixoloji maarifləndirmənin əsas istiqamətləri Plan



Yüklə 31,75 Kb.
səhifə3/3
tarix29.12.2021
ölçüsü31,75 Kb.
#48870
1   2   3
3 .Psixoloji maarifləndirmənin əsas istiqamətlərimaarifləndirmənin əsas istiqamətləri.

İkinci mühüm vəzifə cəmiyyətdə psixoloji xidmətin mahiyyətini aydınlaşdırmaq, nəticələr haqqında faktlarla çıxış etmək, onun əhəmiyyətini aydınlaşdırmaq, psixoloji problemlərini güzəran psixologiyasının konterkstindən deyil, elmi kontekstdən həllinin səmərəliliyinə inandırmaqdır. Üçüncü mühüm vəzifə ayrı - ayrı insan qruplarının və fərdlərdə psixoloji mədəniyyətin yüksəldilməsinə nail olmaqdır. Psixoloji maarifləndirmənin vəzifələrini aşağıdakı kimi konkterləşdirə bilərik:

  1. İnsanları vacib psixoloji informasiyalarla təmin etmək;

  2. Bu informasiyalardan istifadə edərkən psixoloji problemlərin nizama salınması yollarını göstərmək;

  3. Özünümüdafiənin təşkilində insanlara köməklik göstərmək.

2 plan. Məktəb psixoloqunun valideynlərlə işi bir neçə istiqaməti əhatə edir. Uşaqların, şagirdlərin ailələri ilə sıx əməkdaşlıq və qarşılıqlı inam şəraitində işləmək üçün praktik psixoloq ilk növbədə xeyirxah məsləhətçi rolunda çıxış etməli, ailə\nin daxili işlərinə müdaxilə etməkdən uzaq olmalıdır. Psixoloq valideyn yığıncaqları və ailələrə getmək yolu ilə uşaqların aktual problemlərinin həll edilməsində valideynlərin yaxın həmkarı olmalı, maarifləndirmə və məsləhətvermə sahəsiəndə görəcəyi işləri konkret olaraq irəlicədən planlaşdırmalıdır.

Valideynlərlə məlumatverici – maarifləndirmə işləri ailə tərbiyəsində və ailədaxili münasibətlərdə yol verilmiş mümkün qüsurların profilaktikası məqsədilə həyata keçirilir. Bu məqsədlə valideynləri uşaq və yeniyetmələrin rəftar və davranışında pozğunluqlara səbəb olan ailə münasibətləri tipləri ilə tanış etmək lazımdır. Ailədaxili münasibətlərdəki qüsurların əsas mənbəyi ailə cütlüyü arasındakı disharmoniya və onu şərtləndirən ailə münaqişələridir. Ailə münaqişələri mürəkkəb social hadisədir.

Sağlam ailədə hər bir ailə üzvünün psixoloji rolu olur. Belə ailələrdə mütəhərrik müvazinət, ümumini əks etdirən ailə “Biz”I formalaşır, ailədaxili münasibətlərdə yarana biləcək ziddiyyətləri və münaqişələri ailənin hər bir üzvü tərəfindən sərbəst aradan qaldırmaq istəyi olur. Psixoloqun valideynlərlə aparacağı maarifləndirmə işləri valideyn cütlüyü arasındakı münasibətlərin uşaqların tərbiyəsinə təsirinə və ailə tərbiyəsi tiplərinin izahına yönəldilməlidir. Belə iş formaları söhbət - müzakirələrdən, mühazirələrdən, seminarlardan ibarət olmalıdır.

3 plan. Ailə mühitinin mənəvi – psixoloji cəhətdən qeyri -sağlam olması, ailə üzvləri arasında qarşılıqlı münasibətlərin qeyri – adekvatlığı uşağın koqnitiv sferası ilə yanaşı ünsiyyət sferasının formalaşmasına da mənfi təsir göstərir. Çox vaxt qeyri - sağlam təsirlər və həyat tərzi müxtəlif psixi pozğunluqların, normadan kənara çıxma hallarının və şəxsiyyətin harmonik inkişafının pozulmasına səbəb olur, aşağı özünüqiymətləndirmənin və aqressivliyin yaranma səbəbi kimi özünü göstərir. Valideynlərin uşaqlarına qeyri – normal yanaşma tərzi, onların şəxsiyyət keyfiyyətlərindəki əlverişsiz əlamətlər: prinsipiallıq, hədsiz tələbkarlıq, səbrsizlik, yüksək iddialılıq, eqosentrizm, tez – tez təkrarlanan nevrotik hallar, affektivlik, göstərişi sözsüz yerinə yetirməyə təhrik etmə, uşaqlara qarşı inamsızlıq, emosional kütlük və introvertlik kimi xüsusiyyətlər onlarla valideynləri arasında qarşılıqlı sevgi və ehtiramın itməsinə gətirib çıxarır.

“Çətin” uşaq və yeniyetmələrin davranış qüsurlarının profilaktikası və korreksiyası sahəsində həyata keçirilən tədbirlər bütöv bir sistem təşkil etməlidir. Bu baxımdan psixoloq ailələrlə psixoprofilaktika və korreksiya məqsədilə apardığı işlərdə bu cəhətlərə xüsusi fikir verməlidir:



  1. Ailə münasibətlərindəki disharmoniyanın və ailə tərbiyəsindəki qüsurların aradan qaldırılmasının profilaktikası məqsədilə məlumatverici – maarifləndirici işin həyata keçirilməsi;

  2. Ailə tərbiyəsi tipinin müəyyənləşdirilməsi, valideynlərin uşaqlarla münasibətini və bütövlükdə ailədaxili münasibətlərin öyrənilməsiməqsədilə diaqnostik işlərin həyata keçirilməsi;

  3. Ailə üzvləri arasında sağlam qarşılıqlı münasibətlərin bərpa edilməsi məqsədilə kompleks korreksiyaedici tədbirlərin həyata keçirilməsi və ailə tərbiyəsində özünü göstərən qüsurların korreksiyası.

Uşaq və yeniyetmələrin tərbiyəsindəki kənaraçıxma hallarının profilaktikası və korreksiyası məqsədilə psixoloq ailələrlə müvafiq profilaktik tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlamalıdır.

4 plan. Müəllim və tərbiyəçinin peşəkar fəaliyyətinin səmərəliliyi onların peşə mühiti ilə yanaşı, pedaqoji ünsiyyət bacarıqlarından, şagirdlərin yaş və psixoloji xüsusiyyətləri haqqında biliklərinin səviyyəsindən, başqa sözlə desək, peşə səriştəliliyindən əhəmiyyətli dərəcədə asılıdır.

Psixoloq bu məqsədlə pedaqoji konsilium, daimi fəaliyyət göstərən seminarlar təşkil edir, burada müəllimlərin peşə fəaliyyəti ilə bağlı müxtəlif pedaqoji – psixoloji problemlərin müzakirəsini keçirir. Belə müzakirələrdə sinif rəhbərləri, uşaq birliyi rəhbəri və məktəb rəhbərliyi də iştirak etməlidir. Müasir dövrdə müəllimin pedaqoji şüuruna, yeni pedaqoji təfəkkürə əsaslanan təhsil quruculuğu prosesində hər bir müəllim psixoloji bilik və bacarıqlara böyük tələbat hiss edir. Ona görə də, bu sahədəki mövcud boşluğu doldurmaq üçün psixoloji xidmət sisteminin və onu həyata keçirən əsas şəxs kimi məktəb psixoloqunun üzərinə bir sıra vəzifələr düşür:



  1. Müəllimlər arasında maarifləndirmə işinin və psixoloji biliklərin təbliğinin forma və metodlarının müəyyənləşdirilməsi;

  2. Müəllimlərin şagirdlərin öyrənilməsi metodları ilə tanış edilməsi;

  3. Müəllimlərin korreksiya metodu ilə tanış edilməsi.

Müasir dövrdə milli təhsil sistemimiz nəticəyönümlü və şəxsiyyətyönümlü strategiya üzrə inkişaf etməkdədir. Bu prosesdə psixoloji komponent vacib amillərdən biri kimi ciddi nəzərə alınmalıdır. Hələ XIX əsrdə təhsildə bu amilin rolunu yüksək qiymətləndirən rus ədibi tənqidçisi B.Q.Belinski yazırdı: “Psixologiyaya əsaslanmayan pedaqogika anatomiyanın mövcudluğundan xəbəri olmayan fiziologiya kimi yoxsuldur”.
Yüklə 31,75 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin