Mövzu Qaçqın və məcburi köçkünlərlə sosial işin xüsusiyyətləri və əsas istiqamətləri


Qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət etmiş şəxsin bir sıra hüquq və vəzifələri mövcuddur. Beləliklə



Yüklə 59,03 Kb.
səhifə2/3
tarix05.04.2022
ölçüsü59,03 Kb.
#54779
1   2   3
Mühazire 4

Qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət etmiş şəxsin bir sıra hüquq və vəzifələri mövcuddur. Beləliklə, qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxsə aşağıdakı hüquqlar verilir:

  • Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq;

  • tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;

  • müvəqqəti işə düzəlmək;

  • tibb yardımı almaq;

  • qaçqın statusu verilməsi məsələsi həll edilənədək onunla gələn ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilmək və saxlanılmaq;

  • öz dininə sərbəst etiqad etmək;

  • BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının nümayəndəsi ilə əlaqə saxlamaq.

Eyni zamanda, qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxs;

  • qaçqın statusu verilməsi məsələsinin həlli üçün zəruri məlumatı Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanlarına təqdim etməli;

  • Azərbaycan Respublikasının ərazisində olmağın mövcud qanunvericiliklə müəyyənləşdirilmiş qaydasını gözləməli;

  • məcburi dövlət daktiloskopik qeydiyyatından keçməli;

  • səhiyyə orqanlarının tələbi ilə tibbi müayinədən keçməlidir.

Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması xüsusi qaydası müəyyən edilmişdir. Belə ki, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəqeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.

Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir.

Məlum olduğu kimi, müasir dövrdə bir sıra hallarda qaçqın və məcburi köçkün, o cümlədən digər statuslardan sui-istifadə cəhdlərinə də rast gəlinir. Bu məqamı nəzərə alaraq, sözügedən statusun verilməsindən imtina edilməsiimkanları da nəzərdə tutulur. Belə imkanlar da ciddi, xüsusi hüquqi proseduralar çərçivəsində reallaşdırılır.

Məsələn, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.



Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır.

Eyni zamanda, təcrübədə elə hallara rast gəlinir ki, artıq qaçqın statusualmış şəxsin həmin statusa praktiki baxımdan ehtiyacı qalmır. O zaman şəxsin həmi statusdan məhrum edilməsi, yəni Qaçqın statusunun itirilməsi isə, aşağıdakı hallarda reallaşdırılır:

  • vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə;

  • öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə etdikdə;

  • Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə;

  • təqiblərdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda;

  • qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə (vətəndaşı olduqları dövlətin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla);

  • müəyyən vətəndaşlığı olmayan şəxs onun qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə əvvəl adətən yaşadığı ölkəyə qayıda bildikdə (əvvəl adətən yaşadıqları ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla).


Yüklə 59,03 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin