Naxçıvan iqtisadi rayonu. Naxçıvan Muxtar Respublikası şəklində
fəaliyyət göstərən bu region şimaldan və şərqdən Ermənistanla, cənubdan İranla
(163 km) və Türkiyə ilə (11 km) həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 5,5
min kv. km olmaqla ölkə ərazisinin 6,3%-ni, əhalisi
n
i
n
ümumi sayı 369,8 min nəfər
olmaqla respublika əhalisi
n
i
n
4,5%-ni təşkil edir.
Naxçıvan iqtisadi rayonunun zəngin təbii ehtiyatları - molib- den, polimetal
filizlər, daşduz, dolomit, mərmər, tikinti materialları yataqları vardır. Eyni
zamanda, region Badamh, Sirab, Vayxır və s. kimi 200-dən çox qiymətli mineral
su bulaqlarına malikdir. Azərbaycan Respublikasının molibden və dolomit
ehtiyatlarımn hamısı, mineral su ehtiyatlarının 60%-i Naxçıvan iqtisadi rayonunun
payına düşür.
Naxçıvan iqtisadi rayonu inkişaf etməkdə olan sənaye və çoxsahəli kənd
təsərrüfatına malikdir. Azərbaycan Respublikası sənayesinin 2,6%-i, kənd
təsərrüfatı məhsulunun 3,6%-i bu regionun payına düşür. Elektroenergetika (Araz
SES), elektrotexnika (Naxçıvan), alüminium qablar, mebel (Naxçıvan), avtomobil
təmiri (Şahbuz) müəssisələri sənayenin aparıcı sahələridir. Tikinti materialları
sənayesi üzrə dəmirbeton konstruksiyaları (Naxçıvan, Şərur), üzlük materialları
zavodları, qum-çınqıl karxanası fəaliyyət göstərir.
«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı»nda 2004-2008-ci illərdə yuxarıda göstərilən problemlərin müəyyən
hissəsinin aradan qaldırılması yolları və tədbirləri göstərilmişidr.
Perspektivdə Azərbaycan Respublikasının regional siyasətini işləyib
hazırlayan zaman respublikada neft-qaz hasilatının müəyyən müddətə sürətlə
artımı və maliyyə imkanlarının yaxşılaşdırılması üçün aşağıdakılar nəzərə
alınmalıdır.
1.
Azərbaycanın müxtəlif ərazilərində aşkarlanmış faydalı qazıntıların
mənimsənilməsində (Balakən, Gədəbəy, Daşkəsən, Tovuz və başqaları) dövlət
əhəmiyyətini nəzərə almaqla səmərəliliyə üstünlük verməklə mə
n
i
m
səmək;
2.
Respublikanın «problem» rayonlarının və ekstremal şəraitdə olan ərazilərin
təsərrüfat dövriyyəsinə cəlb etmək, həmin ərazilərdə yaşayan əhalinin əmək
vərdişlərini, tarixi və etnik adət-ənənələrini nəzərə alaraq əvvəllər mövcud olmuş
istehsal sahələrini bərpa etmək, istehsalı stimullaşdırmaq (pendir, xalça, gəbə,
kilim, gil qablar, misgərlik və s.), işsizlik və yol-nəqliyyat şəraitinə görə bu
əraziləri tərk etmiş əməkqabiliyyətli əhalinin yurd-yuvalarına qayıtmasına şərait
yaratmaq (Quba, Qusar, Dəvəçi, Siyəzən, Gədəbəy, Daşkəsən, Qəbələ, İsmayıllı,
Oğuz, Şamaxı) və başqa rayonlarda belə şərait var və Azərbaycan Respublikası
Prezidenti bu cür rayonların sosial-iqtisadi inkişafının sürətləndiri
lm
əsinə dair
əlavə tədbirlər haqqında sərəncam da imzalayıb. Lakin bu sərəncam ya
lnız
2004-
2008-ci illəri əhatə edən dövlət proqramının yerinə yetirilməsinə aiddir;
3.
Ən mühüm və vacib məsələlərdən biri dağlıq və dağətəyi regionların
hamısına aid olan, əsasən dövlətin müdaxiləsi ilə həyata keçirilməsi mümkün olan
infrastrukturun, xüsusilə yol-nəqliyyat sisteminin inkişaf etdirilməsidir;
4.
Azərbaycanın regionlarında tarixən sürətlə inkişaf etmiş və regionların
kompleks inkişafını təmin etmiş pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik,
çayçılıq və çəltikçiliyi inkişaf etdirmək, ərazilərin istehsal ixtisaslaşması və
kompleks inkişafını təmin edən tədbirlər kompleksini hazırlayıb həyata keçirmək.
5.
Son illərdə neft sektorunun sürətlə inkişafı haqqında Azərbaycan
Respublikasının maliyyə imkanları xeyli artmışdır. Bunu nəzərə alaraq regionların
gələcək inkişaf istiqamətlərini müəyyən edərkən onları üç qrupa bölmək lazımdır:
6.
sürətlə inkişaf edən iqtisadi rayonlar;
7.
depressiv iqtisadi rayonlar;
8.
iqtisadi inkişaf səviyyəsinə görə aralıq mövqe tutan rayonlar.
9.
Tədqiqatlar göstərir ki, respublikanın regionlarında əhalinin həyat
səviyyəsi göstəricilərinə görə kəskin fərqləri mövcuddur. Əhalinin hər
nəfərinə düşən pul gəlirləri və əmtəə dövriyyəsinin həcmi, əhali
n
i
n
hər
10.000 nəfərinə düşən xəstəxana çarpayılarının, həkimlə rin və orta tibb
işçilərinin sayı, ümumtəhsil məktəbləri
n
i
n
ixtisaslı müəll
im
kadrları ilə tə
min
olunması və başqa göstəricilər bunu təsdiq edir. Yeni proqramlarda bu
fərqlərin mərhələ-mərhələ aradan qaldırılması nəzərdə tutulmalıdır.
10.
Regional siyasətin dünya təcrübəsinə əsaslanaraq ölkənin bütün
əhalisinin mənafe birliyini əsas götürməklə istehsalın ixtisaslaşması əsasında
region təsərrüfatının kompleks inkişafına üstünlük vermək. Azərbaycanda o
n
il
li
klər
ərzi
n
də sınaqdan çıxarılmış və üstülükləri həyat təcrübəsində müşahidə olunmuş
istehsal kompleksləri ohnuşdur. İndiki şəraitdə onları bərpa etmək və sürətlə
inkişaf etdirmək lazımdır. Bu həm regionların hər cür resurslarından tam və
səmərəh istifadə etməyə, həm tuUantısız istehsalı yaratmağa, həm də məşğulluğu
tə
min
etməyə
imk
an verər.
11.
Regionların sosial-iqtisadi inkişaf siyasətinin, yəni regional inkişaf
konsepsiyasının işlənib hazırlanmasında nəzərə alınmalı problemlərdən biri də
infrastrukturun inkişafıdır. Bazar infrastrukturunun inkişafında xeyh irəhləyişlər
mövcuddur. Lakin demək olar ki, respublikamn bütün regionlarında istehsal və
sosial infrastrukturun inkişafında gerilik müşahidə olunur. Bakı şəhəri, Abşeron,
Gəncə- Qazax iqtisadi rayonları mütəsna ohnaqla (kommunikasiya və bir sıra
xidmət sahələrində burada da mövcuddur) bütün regionlarda yol- nəqhyyat, rabitə,
enerji təchizatı, su təc
hiz
atı və başqa istiqamətlərdə tədbirlər nəzərdə tutulmalıdır.
(Dövlət qurumlarının hesablamalarına görə respubhkanın 165-dən artıq dağ
kəndlərində bu sahədə gərgin vəziyyət mövcuddur).
12.
Dağlıq və dağətəyi rayonların ən mühüm və hə
ll
i
n
i gözləyən
problemlərdən biri məşğulluqdur. Tarixən bu ərazilərdə heyvandarlıq sürətlə
inkişaf etmiş, əhalinin əsas hissəsi heyvandarlıqda və yemçi- likdə məşğul
olmuşdur. Əvvəlki illərlə müqayisədə bu ərazilərdə mal- qaranın, xüsusilə
qoyunların sayı xeyli azalmış, əməkqabiliyyətli əhalinin isə 50,0%-dən çoxu iş
yerləri olmadığına görə başqa ölkələrə və ya respublikanın şəhərlərinə getmişdir.
13.
Əhali
n
in sanatoriya-kurort müalicəsi və sağlamlığını təmin etmək üçün
Xaçmaz, Qusar, Xızı, Lənkəran, Masallı, Ağstafa, Şəki, Zaqatala, İsmayıllı,
Balakən, Şamaxı rayonlarında, Naftalan şəhərində və Abşeron yarımadasında
mövcud olmuş sanatoriya-kurort müəssisələrini yenidən qurmaq, genişləndirmək,
yeni müalicə müəssisələrini və istirahət komplekslərinin yaradılması kompleksi
proqramda öz əksini tapmalıdır. Bu, həm də qeyd olunan rayonlarda məşğulluğa
təsir göstərə bilər.
14.Regionlarda kənd təsərrüfatı istehsalını sürətlə inkişaf etdirmək üçün
onların ixtisaslaşma istiqamətlərini nəzərə alaraq müxtəlif serviz xidmətlərini təşkil
etmək, həm də fermerlərdən və bu qəbildən olan digər kənd təsərrüfatı ilə məşğul
olan sahibkarların gücü çatmayan, lakin vacib tədbir kimi meliorasiya-irriqasiya
işləri
n
i həyata keçirmək, kənd təsərrüfatı məhsulları bazarlarını yaratmaq lazımdır.
Son illərdə taxıl, tütün, barama, pambıq, meyvə və üzüm istehsalının azalmasının
əsas səbəbi bu bazarın olmamasıdır.
Dostları ilə paylaş: |