Mövzu 1.Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları
1.1 Regionun sosial-iqtisadi inkişafının məqsıdləri,meyarları və idarə edilmə
metodları
1.2 Regional sosial-iqtisadi inkişafın tətbiqi xüsusiyyətləri
1.3 İqtisadi rayon anlayışı.Rayonlaşmanın zəruriliyi və amilləri
1.4 Rayonlaşmanın xarici təcrübəsi və Azərbaycanda rayonlaşmanın inkişafı
1.5 Azərbaycan Respublikasının iqtisadi rayonlarının xarakteristikası
1.Regionun sosial-iqtisadi inkişafının məqsıdləri,meyarları və idarə edilmə
metodları
«İnkişaf» termini tez-tez aşağıdakı birləşmələr şəklində istifadə edilir:
iqtisadi inkişaf, sosial-iqtisadi inkişaf, Azərbaycan iqtisadiyyatının inkişafı (və ya
başqa ölkənin), regionun inkişafı, sahələrin inkişafı.
Hər halda inkişaf ifadəsi altında hər şeydən əvvəl iqtisadi sferada mütərəqqi
dəyişikliklər başa düşülür. Əgər kəmiyyət dəyişiklik- ləridirsə, onda iqtisadi
artımdan danışılır. Keyfiyyət dəyişikliklərində struktur dəyişikliklərindən və ya
inkişafın məz
m
ununun dəyişilməsindən, yaxud da iqtisadi sistemin yeni
xarakteristika almasından söhbət gedə bilər.
Xalis iqtisadi xarakteristikalarla yanaşı çox vaxt inkişafın sosial
parametrlərinə baxılır. Sosial xarakteristikalar çoxdan hər bir regionun inkişaf
dərəcəsini qiymətləndirən tamhüquqlu göstəricilərə çevrilmişdir.
İnkişaf həmişə məqsədi və ya məqsədlər sistemini müəyyən edən istiqamətə
malikdir. Əgər bu istiqamət müsbətdirsə, onda tərəqqidən, mənfidirsə tədricilik və
ya tənəzzüldən danışıla bilər. Başqa sözlə, regionların inkişafımn təbiəti həmişə
müəyyən məqsəd və ya bir neçə məqsədi nəzərdə tutur.
Regionun inkişafı çoxölçülü və çoxbaxışh prosesdir. Buna, adətən müxtəlif
sosial və iqtisadi məqsədlərinin məcmuu nöqteyi-nəzərdən baxıhr. Sosial-iqtisadi
inkişaf aşağıdakı baxışlan özündə birləşdirir:
1)
istehsahn və gəlirlərin artımı;
2)
cəmiyyətin institusional, sosial və inzibati strukturlarda dəyişikliklər;
3)
ictimai şüurda dəyişikliklər;
4)
ənənələrdə və adətlərdə dəyişikhklər.
Hazırkı dövrdə dünyanın bir çox ölkələrinin və onların regionlarının iqtisadi
inkişafımn əsas məqsədi əhalinin həyat keyfiyyətinin yaxşıfaşdırıhnasıdır. Buna
görə də sosiaf-iqtisadi inkişaf prosesi üç tərkib elementi
ni
özündə birləşdirir:
5)
əhalinin gəhrlərinin artırmaq, sağlamlığını yaxşılaşdırmaq və təhsil
səviyyəsini yüksəltmək;
6)
İnsan ləyaqətinə hörmət etməyə yönəldilmiş sosial, siyasi, iqtisadi və
institusional siste
min
formalaşması nəticəsində insanların özünəhörmətinin art
ım
ı
n
a
imkan verən şərait yaratmaq;
7)
insanların azadlıq, o cümlədən iqtisadi azadhq dərəcəsini yüksəltmək.
Ölkənin və regionların sosial-iqtisadi inkişaf səviyyəsini qiymətləndirərkən
həyat keyfiyyətinin sonuncu iki elementi heç də həmişə nəzərə alı
nmı
r, ancaq son
dövrdə iqtisad e
lmin
də və siyasi təcrübədə onlara daha çox əhəmiyyət verilir.
Hər bir regionun inkişafı çoxməqsədli və çoxmeyarh prosesdir. Regionların
inkişafının məz
m
unu çox fərqlənə bilər. Həqiqətən də Abşeron, Grəncə, Quba-
Xaçmaz, Lənkəran, Aran, Dağlıq Şirvan regionları və Bakı şəhərinin inkişafı öz
məz
m
ununa görə kəskin fərqlənir və bu fərqlər həm də hər bir regionun
xüsusiyyətləri, onun istehsal strukturu, coğrafi vəziyyəti, istehsal ixtisaslaşması və
s. ilə şərtlənir.
Regionun sosial-iqtisadi inkişafının məqsədləri ki
mi
gəlirlərin artımı, təhsilin,
qidalanma və səhiyyənin yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, ətraf
mühitin sağlamlaşdırıhnası, imkanların bərabərliyi, şəxsi azadlığın genişlənməsi,
mədəni həyatın zənginləşdi- rilməsindən istifadə olunur. Bu məqsədlərdən bəziləri
oxşardır. Lakin müəyyən şərtlərdə onların köklü fərqləri ola bilər.
Regionların inkişafı məqsədlərinə müvafiq olaraq meyarlar (inkişaf
xarakteristikaları) və bu meyarları ölçən göstəricilər sistemi qurulur. İnkişafın
məqsədləri və sərvətlərin iyerarxiyasına görə ölkələr və regionlar arasında bəzi
fərqlərə baxmayaraq beynəlxalq təşkilatlar arasında bəzi universal inteqral
göstəricilərlə qiymətləndirihrlər. Bu göstəricilərdən biri də BMT-nin İnkişafı
Proqramı çərçivəsində işlənib hazırlanan insanın inkişafı indeksidir. Bu göstərici
ölkəni 00- dan 1-ə qədər yüksələn əhəmiyyətinə (vacibliyinə) görə sıraya düzür.
Bu halda hesablama üçün iqtisadi inkişafın üç göstəricisindən istifadə olunur:
-doğulandan gözlənilən ömür müddəti;
-zehni potensial (yaşlı əhalinin savadlılığı və təhsil vermə
n
i
n
orta müddəti);
-valyutanın alıcıhq qabiliyyəti və gəlirin faydahhğınm son həddinin
azalmasını nəzərə almaqla adambaşına düşən gəlirin həcmi.
Beynəlxalq təhhldə olduğu kimi regionlararası müqayisədə də insanın inkişafı
indeksindən və başqa analoji göstəricilərdən istifadə etmək olar.
İnteqral göstəricilərlə yanaşı regionun inkişafının müxtəlif istisna
göstəricilərindən də istifadə etmək olar. Bunlara daxildir:
1) əhalinin hər nəfərinə düşən milli gəlir; 2)müxtəlif maddi nemətlərin istehlak
səviyyəsi; 3)gəlirlərin diferensiallaşması dərəcəsi; 4)yaşama müddəti
(ömür); 4)fiziki sağlamlıq səviyyəsi;5)təhsil səviyyəsi; 6)əhalinin xoşbəxtlik
dərəcəsi.
Uzunmüddətli və qısamüddətli məqsədlərə və bunlara uyğun ölkənin iqtisadi
inkişaf meyarlarını ayırmaq məqsədəuyğundur. Uzunmüddətli məqsədlər arasında
sənayeləşmiş cəmiyyətin yaranması və inkişafı, gələcək nəsillər üçün
yüksəkixtisaslı iş yerlərini yaratmaq, səhiyyənin, təhsilin və mədəniyyətin
səviyyəsi də daxil olmaqla ölkənin bütün vətəndaşlarının həyat səviyyəsinin
yüksəldilməsi vardır.
Qısamüddətli məqsədlər kimi böhranın aradan qaldırılması və növbəti ildə,
kvartalda, ayda və s. ümumi milli məhsullar artımımn konkret həcmlərinə nail
olmaq və başqalara baxmaq olar. Uzunmüddətli və qısamüddətli məqsədlər öz
mahiyyətinə görə güclü fərqlənir, onlara nail olmaq tədbirləri də həmçinin eyni
deyildir.
İqtisadi inkişafın meyarları heç də həmişə məqsədlərin və ya məqsədli
oriyenterlərin rolunu oynaya bilməz və əksinə. Çox vaxt regional inkişafın faktiki
məqsədləri kimi müvəffəqiyyətlə inkişafın zəruri şəraiti rolunu oynayan aralıq
vəzifələr çıxış edir. Regionun və ya şəhərin inkişafının belə taktiki məqsədləri
arasında aşağıdakıları göstərmək olar:
-yeni biznes növlərinin cəlb edihnəsi;
-mövcud biznesin genişləndirilməsi;
-kiçik biznesin inkişafı;
-şəhərin mərkəzinin inkişafı;
-sənayenin inkişafı;
-xidmət sferasının inkişafı;
-region əhalisi
n
i
n
məşğulluq səviyyəsinin yüksəldilməsi.
Regionun iqtisadi inkişaf səviyyəsinin müəyyən edilməsində
maddi nemətlər istehsalı və istehlakı səviyyəsini və əhalinin hər nəfərinə (ümumi
daxili məhsul (ÜDM), ümumi milli gəlir (ÜMM), əhalinin hər nəfərinə real ÜMM,
bu göstəricilərin artım sürəti) bu səviyyənin artımı kimi ənənəvi göstəricilərin
böyük əhəmiyyəti vardır.
İnkişaf dinamikasını qiymətləndirmək üçün regionda iqtisadi artım sürətini
qiymətləndirən: adambaşına gəlirin artı
m
sürətləri, əmək məhsuldarlığı, habelə
istehsalın və cəmiyyətin struktur transformasiyasının sürətləri kimi göstəricilərdən
istifadə etmək məqsədəuyğundur.
ÜDM, adambaşına gəlir, əmək məhsuldarlığı və onların artım sürəti kimi
təmiz iqtisadi göstəricilər regionun sosial-iqtisadi inkişafını tam şəkildə
qiymətləndirə bi
lm
ə/. Ömür müddəti, əhalinin sağlamlıq səviyyəsi, onun təhsil və
ixtisas səviyyəsi, habelə istehsalda və cəmiyyətdə struktur dəyişiklikləri
göstəriciləri də əhəmiyyət kəsb etmir.
Ənənəvi olaraq ölkələr və regionlar sərvət nöqteyi-nəzərdən meşələrə, faydalı
qazıntılara, torpağa, təbii şəraitə, əsas fondlara, coğrafi vəziyyətə görə
qiymətləndirilir. Dəyərin çox hissəsini yaradan qeyri- maddi istehsal sferasına dair
yeni təsəvvür ölkə və regionlarm sərvətinin qiymətləndirilməsi meyarlarını
dəyişdirir.
İxtisaslı işçi qüvvəsinin, idarəetmə texnologiyaların, bazar
infrastrukturunun, biznes şəbəkəsinin, təşkilat mədəniyyətinin mövcudluğu birinci
yerə irəli sürülür. İqtisadi inkişafın yeni mənbələri və amillərinə dair yeni
baxışlara, yəni bütövlükdə ölkənin iqtisadi inkişafının istiqamətlərinə və sürətlərinə
həlledici təsir göstərən təhsilə, ehnə, tibbə, telekommunikasiyalara, menecmentin
şərtlərinə yenidən baxmağı tələb edir.
Beləliklə, region səviyyəsində aşağıdakı meyarları və onlara müvafiq sosial-
iqtisadi inkişaf göstəricilərini gözdən keçirmək olar:
1)ÜMM və ya ÜDM (mütləq həcmi və əhalinin hər nəfərinə) və bu göstəricilərin
artım sürətləri;
2)əhahnin gəlirlərinin orta səviyyəsi və onların diferensiallaşması dərəcəsi;
3)ömür müddəti, i
n
sanların fiziki və psixoloji sağlamhq səviyyəsi;
4)təhsil səviyyəsi;
5)maddi nemətlərin və xidmətlərin (ərzaq məhsuUarı, mənzil, telefon xidmətləri)
istehlak səviyyəsi, ev təsərrüfatlarımn uzun müddət istifadə olunan mallarla tə
min
olunması;
6)sağlamlıq səviyyəsi (poliklinikalarla, xəstəxanalarla, apteklərlə, diaqnostika
mərkəzləri ilə və təcili yardım xidmətləri ilə təmin olunması, göstərilən tibbi
xidmətlərin keyfiyyəti);
7)ətraf mühitin vəziyyəti;
8)insanların mədəni həyatının zənginləşdirilməsi.
Regionun iqtisadi inkişafının qiymətləndirilməsinin standart üsulu istehsal
səviyyəsinin qiymətləndirilməsidir.Belə qiymətləndirmə bu gün birtərəflidir və
kifayət deyildir. Ölkələrin iqtisadi inkişafının qiymətləndirilməsinə beynəlxalq
təşkilatların işləyib hazırladıqları yanaşmalar regionun inkişaf səviyyəsinin
qiymətləndirilməsində yalnız istehsalın həcminə deyil, həmçinin də təhsil, səhiyyə,
ətraf mühitin vəziyyəti, iqtisadi sferada imkanların bərabərliyi, şəxsi azadlıq və
həyat mədəniyyəti kimi istiqamətlərini də nəzərə almağa məcbur edir. Tamamilə
yerinə düşür ki, regionun inkişafının inteqral göstəricisi kimi müxtəlif ölkələrin
inkişafını qiymətləndirmək üçün BMT-nin İnkişaf Proqramında tətbiq olunan
insanın İnkişaf indekslərindən istifadə etmək olar.
Hal-hazırda Azərbaycan şəhərlərinin şəhərətrafı ərazilərinin çoxunda daim
çoxalan zibilliklər mövcuddur. Daça qəsəbələri deyilən yaşayış məntəqələri
özlərinin tullantıları yığılan anbarlarla bitişik yerləşmişdir. Torpaqların xeyli
hissəsi həmişəhk ekoloji sferadakı cəhalətin təsirinə düşür, əvəzsiz itir, mahyyə
vəsaiti
n
i
n
ümumən çatış- maması ilə əlaqədar təsərrüfat dövriyyəsindən çıxır. Bu,
əhahnin rifahının kompleks ekoloji problemlərdən ya
lnız
bir istiqamətidir.
Bir sıra şəhərlər suyun və havamn yol verilən normadan qat-qat artıq
çirklənməsi ilə xarakterizə olunur. Xeyli miqdarda məhsuldar torpaqlar hər il
əvəzsiz kənd təsərrüfatı dövriyyəsindən çıxır. Bütün mənfi ekoloji meyillər
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı vəziyyətinə təsir göstərir.
Regionun, şəhərin və ya rayonun, yəni hər səviyyədə yerli hakimiyyət
orqanları iki əsas funksiyanı yerinə yetirir: əhaliyə və müəssisələrə xidmət
göstərmək (yolların qorunması, su, istilik və enerji təchizatı, zibilin yığışdırılması,
parkların və istirahət yerlərinin mühafizəsi və s.) və tabeçiliyində olan ərazilərin
sosial-iqtisadi inkişafını idarə etmək.
İnkişafın idarə edihnəsi müxtəlifsəpkili strategiyaların, proqramların konkret
fəaliyyətin köməyilə həyata keçirilə bilər, bununla da yerli idarəetmə orqanları
region iqtisadiyyatının inkişafını stimullaşdırmağa, yeni iş yerlərini yaratmağa,
vergi bazasını artırmağa, yerli cəmiyyəti maraqlandıran müəyyən iqtisadi aktivlik
növləri üçün imkanları genişləndirməyə çalışır.
İqtisadi inkişafın gedişinə regional idarənin bütün mümkün metodlarını
aşağıdakı kimi dürüst ifadə etmək olar:
1)
işgüzar aktivliyi inkişaf etdirmək üçün regionda əlverişli ümumi şərait
yaratmaq;
2)
işgüzar aktivliyi tənzimləmək;
3)
region idarəsi ilə biznesin birbaşa kooperasiyası.
Regional inkişafın idarə edilməsinin bu metodlarına baxaq.
Bu şərtlərə bazar infrastrukturunun, torpağın və iqtisadi aktivliyin yeni
növlərini inkişaf etdirmək üçün onun hüquqi əsaslarının olması, yaxşı inkişaf etmiş
nəqliyyat, rabitə, ofis təsərrüfatı və s. daxil etmək olar.
Qərb ölkələrində idarə tez-tez regional infrastruktura investisiyaları, torpaq
sahələrinin yenidən təşkili üzrə müəyyən tədbirlər həyata keçirir, habelə regiona
yeni biznes növlərini cəlb etmək üçün regional marketinq çərçivəsində iş aparır.
Bazar münasibətlərinin təşəkkülü şəraitində Azərbaycan regionlarının idarələri bu
dolayı təsir növləri ilə yanaşı, bazar i
n
frastrukturunun əsasını təşkil edən yeni
institutlara da birbaşa yardum həyata keçirir.
Bütün növlərdə biznes üçün baza sayılan yollar, telefon, şəhər vağzalları,
aeroport və başqa i
nf
rastrukturun yaradılması və möhkəmləndirilməsi üzrə aktiv
hərəkət ənənəvidir. Torpaqda da həmçinin məqsədyönlü hərəkəti həyata keçirmək
olar torpaq sahələrini birləşdirmək və xırdalamaq, satın ahnaq və satmaq, icarəyə
vermək və hətta əvəzsiz istifadəyə vermək və s. regionda həm ümumi istiqamət,
həm də yeni işgüzar aktivhyin intensivliyi torpağa münasibətdə konkret hərəkətdən
asılıdır.
Hər hansı regionun iqtisadi inkişafının müstəqil a
mili
k
im
i son illərdə
beynəlxalq amil üzə çıxdı: beynəlxalq əlaqələr nə qədər intensiv olarsa, bir qayda
olaraq region iqtisadiyyatının inkişafına da bir o qədər çox təkan verəcəkdir.
Regiona xarici investisiyaların cəlb edilməsi, beynəlxalq əlaqələrin və beynəlxalq
ticarətin köməyi bütövlükdə iqtisadi inkişafın nisbətən müstəqil və son dərəcə
səmərəh alətinə çevriir.
Dostları ilə paylaş: |