Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə19/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   15   16   17   18   19   20   21   22   ...   90
YourFileName

          Naxçıvan  iqtisadi  rayonu.  Naxçıvan  Muxtar  Respublikası  şəklində 
fəaliyyət  göstərən  bu  region  şimaldan  və  şərqdən  Ermənistanla,  cənubdan  İranla 
(163 km) və Türkiyə ilə (11 km) həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 5,5 
min kv. km olmaqla ölkə ərazisinin 6,3%-ni, əhalisi
n
i
n
 ümumi sayı 369,8 min nəfər 
olmaqla respublika əhalisi
n
i
n
 4,5%-ni təşkil edir. 
Naxçıvan iqtisadi rayonunun zəngin təbii ehtiyatları - molib- den, polimetal 
filizlər,  daşduz,  dolomit,  mərmər,  tikinti  materialları  yataqları  vardır.  Eyni 
zamanda,  region  Badamh,  Sirab,  Vayxır  və  s. kimi  200-dən  çox  qiymətli  mineral 
su  bulaqlarına  malikdir.  Azərbaycan  Respublikasının  molibden  və  dolomit 
ehtiyatlarımn hamısı, mineral su ehtiyatlarının 60%-i Naxçıvan iqtisadi rayonunun 
payına düşür. 
Naxçıvan  iqtisadi  rayonu  inkişaf  etməkdə  olan  sənaye  və  çoxsahəli  kənd 
təsərrüfatına  malikdir.  Azərbaycan  Respublikası  sənayesinin  2,6%-i,  kənd 
təsərrüfatı  məhsulunun  3,6%-i  bu regionun payına düşür. Elektroenergetika  (Araz 
SES), elektrotexnika (Naxçıvan), alüminium qablar, mebel (Naxçıvan), avtomobil 
təmiri  (Şahbuz)  müəssisələri  sənayenin  aparıcı  sahələridir.  Tikinti  materialları 
sənayesi  üzrə  dəmirbeton  konstruksiyaları  (Naxçıvan,  Şərur),  üzlük  materialları 
zavodları, qum-çınqıl karxanası fəaliyyət göstərir. 
«Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı»nda  2004-2008-ci  illərdə  yuxarıda  göstərilən  problemlərin  müəyyən 
hissəsinin aradan qaldırılması yolları və tədbirləri göstərilmişidr. 
Perspektivdə  Azərbaycan  Respublikasının  regional  siyasətini  işləyib 
hazırlayan  zaman  respublikada  neft-qaz  hasilatının  müəyyən  müddətə  sürətlə 
artımı  və  maliyyə  imkanlarının  yaxşılaşdırılması  üçün  aşağıdakılar  nəzərə 
alınmalıdır. 
1. 
Azərbaycanın  müxtəlif  ərazilərində  aşkarlanmış  faydalı  qazıntıların 
mənimsənilməsində  (Balakən,  Gədəbəy,  Daşkəsən,  Tovuz  və  başqaları)  dövlət 
əhəmiyyətini nəzərə almaqla səmərəliliyə üstünlük verməklə mə
n
i
m
səmək; 
2. 
Respublikanın «problem» rayonlarının və ekstremal şəraitdə olan ərazilərin 
təsərrüfat  dövriyyəsinə  cəlb  etmək,  həmin  ərazilərdə  yaşayan  əhalinin  əmək 
vərdişlərini,  tarixi  və  etnik  adət-ənənələrini  nəzərə  alaraq  əvvəllər  mövcud  olmuş 


  
istehsal  sahələrini  bərpa  etmək,  istehsalı  stimullaşdırmaq  (pendir,  xalça,  gəbə, 
kilim,  gil  qablar,  misgərlik  və  s.),  işsizlik  və  yol-nəqliyyat  şəraitinə  görə  bu 
əraziləri  tərk  etmiş  əməkqabiliyyətli  əhalinin  yurd-yuvalarına  qayıtmasına  şərait 
yaratmaq  (Quba,  Qusar,  Dəvəçi,  Siyəzən,  Gədəbəy,  Daşkəsən,  Qəbələ,  İsmayıllı, 
Oğuz,  Şamaxı)  və  başqa  rayonlarda  belə  şərait  var  və  Azərbaycan  Respublikası 
Prezidenti  bu  cür  rayonların  sosial-iqtisadi  inkişafının  sürətləndiri
lm
əsinə  dair 
əlavə  tədbirlər  haqqında  sərəncam  da  imzalayıb.  Lakin  bu sərəncam  ya
lnız
  2004-
2008-ci illəri əhatə edən dövlət proqramının yerinə yetirilməsinə aiddir; 
3. 
Ən  mühüm  və  vacib  məsələlərdən  biri  dağlıq  və  dağətəyi  regionların 
hamısına aid olan, əsasən dövlətin müdaxiləsi ilə həyata keçirilməsi mümkün olan 
infrastrukturun, xüsusilə yol-nəqliyyat sisteminin inkişaf etdirilməsidir; 
4. 
Azərbaycanın  regionlarında  tarixən  sürətlə  inkişaf  etmiş  və  regionların 
kompleks inkişafını təmin etmiş pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik, 
çayçılıq  və  çəltikçiliyi  inkişaf  etdirmək,  ərazilərin  istehsal  ixtisaslaşması  və 
kompleks inkişafını təmin edən tədbirlər kompleksini hazırlayıb həyata keçirmək. 
5. 
Son  illərdə  neft  sektorunun  sürətlə  inkişafı  haqqında  Azərbaycan 
Respublikasının maliyyə imkanları xeyli artmışdır. Bunu nəzərə alaraq regionların 
gələcək inkişaf istiqamətlərini müəyyən edərkən onları üç qrupa bölmək lazımdır: 
6. 
sürətlə inkişaf edən iqtisadi rayonlar; 
7. 
depressiv iqtisadi rayonlar; 
8. 
iqtisadi inkişaf səviyyəsinə görə aralıq mövqe tutan rayonlar. 
9. 
Tədqiqatlar  göstərir  ki,  respublikanın  regionlarında  əhalinin  həyat 
səviyyəsi  göstəricilərinə  görə  kəskin  fərqləri  mövcuddur.  Əhalinin  hər 
nəfərinə  düşən  pul  gəlirləri  və  əmtəə  dövriyyəsinin  həcmi,  əhali
n
i
n
  hər 
10.000  nəfərinə  düşən  xəstəxana  çarpayılarının,  həkimlə  rin  və  orta  tibb 
işçilərinin sayı, ümumtəhsil məktəbləri
n
i
n
 ixtisaslı müəll
im
 kadrları ilə tə
min
 
olunması  və  başqa  göstəricilər  bunu  təsdiq  edir.  Yeni  proqramlarda  bu 
fərqlərin mərhələ-mərhələ aradan qaldırılması nəzərdə tutulmalıdır. 
10. 
Regional  siyasətin  dünya  təcrübəsinə  əsaslanaraq  ölkənin  bütün 
əhalisinin  mənafe  birliyini  əsas  götürməklə  istehsalın  ixtisaslaşması  əsasında 
region təsərrüfatının kompleks inkişafına üstünlük vermək. Azərbaycanda o
n
il
li
klər 
ərzi
n
də  sınaqdan  çıxarılmış  və  üstülükləri  həyat  təcrübəsində  müşahidə  olunmuş 
istehsal  kompleksləri  ohnuşdur.  İndiki  şəraitdə  onları  bərpa  etmək  və  sürətlə 
inkişaf  etdirmək  lazımdır.  Bu  həm  regionların  hər  cür  resurslarından  tam  və 
səmərəh  istifadə  etməyə,  həm  tuUantısız  istehsalı  yaratmağa,  həm  də  məşğulluğu 

min
 etməyə 
imk
an verər. 
11. 
Regionların  sosial-iqtisadi  inkişaf  siyasətinin,  yəni  regional  inkişaf 
konsepsiyasının  işlənib  hazırlanmasında  nəzərə  alınmalı  problemlərdən  biri  də 
infrastrukturun  inkişafıdır.  Bazar  infrastrukturunun  inkişafında  xeyh  irəhləyişlər 
mövcuddur.  Lakin  demək  olar  ki,  respublikamn  bütün  regionlarında  istehsal  və 
sosial  infrastrukturun  inkişafında  gerilik  müşahidə  olunur.  Bakı  şəhəri,  Abşeron, 
Gəncə-  Qazax  iqtisadi  rayonları  mütəsna  ohnaqla  (kommunikasiya  və  bir  sıra 
xidmət sahələrində burada da mövcuddur) bütün regionlarda yol- nəqhyyat, rabitə, 
enerji  təchizatı, su təc
hiz
atı və başqa istiqamətlərdə tədbirlər nəzərdə tutulmalıdır. 
(Dövlət  qurumlarının  hesablamalarına  görə  respubhkanın  165-dən  artıq  dağ 
kəndlərində bu sahədə gərgin vəziyyət mövcuddur). 
12. 
Dağlıq  və  dağətəyi  rayonların  ən  mühüm  və  hə
ll
i
n
i  gözləyən 


  
problemlərdən  biri  məşğulluqdur.  Tarixən  bu  ərazilərdə  heyvandarlıq  sürətlə 
inkişaf  etmiş,  əhalinin  əsas  hissəsi  heyvandarlıqda  və  yemçi-  likdə  məşğul 
olmuşdur.  Əvvəlki  illərlə  müqayisədə  bu  ərazilərdə  mal-  qaranın,  xüsusilə 
qoyunların  sayı  xeyli  azalmış,  əməkqabiliyyətli  əhalinin  isə  50,0%-dən  çoxu  iş 
yerləri olmadığına görə başqa ölkələrə və ya respublikanın şəhərlərinə getmişdir. 
13. 
Əhali
n
in  sanatoriya-kurort  müalicəsi  və  sağlamlığını  təmin  etmək  üçün 
Xaçmaz,  Qusar,  Xızı,  Lənkəran,  Masallı,  Ağstafa,  Şəki,  Zaqatala,  İsmayıllı, 
Balakən,  Şamaxı  rayonlarında,  Naftalan  şəhərində  və  Abşeron  yarımadasında 
mövcud  olmuş  sanatoriya-kurort  müəssisələrini  yenidən  qurmaq,  genişləndirmək, 
yeni  müalicə  müəssisələrini  və  istirahət  komplekslərinin  yaradılması  kompleksi 
proqramda  öz  əksini  tapmalıdır.  Bu,  həm  də  qeyd  olunan  rayonlarda  məşğulluğa 
təsir göstərə bilər. 
         14.Regionlarda  kənd  təsərrüfatı  istehsalını  sürətlə  inkişaf  etdirmək  üçün 
onların ixtisaslaşma istiqamətlərini nəzərə alaraq müxtəlif serviz xidmətlərini təşkil 
etmək, həm də fermerlərdən və bu qəbildən olan digər kənd təsərrüfatı ilə məşğul 
olan  sahibkarların  gücü  çatmayan,  lakin  vacib  tədbir  kimi  meliorasiya-irriqasiya 
işləri
n
i həyata keçirmək, kənd təsərrüfatı məhsulları bazarlarını yaratmaq lazımdır. 
Son illərdə taxıl, tütün, barama, pambıq, meyvə və üzüm istehsalının azalmasının 
əsas səbəbi bu bazarın olmamasıdır. 
 
 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin