ç) Azad iqtisadi zonalar müvafiq qanunla yaradılan idarəetmə strukturları,
digər rəsmi təşkilatlar və idarələr tərəfindən idarə olunurlar.
c)
Azad iqtisadi zonalar yaradılmamn ilkin mərhələsində aşağıdakı
fəaliyyətlərdən biri və ya bir neçəsini yerinə yetirə bilərlər: yükləmə; boşaltma;
anbarlama; təmizləmə; montaj; üzləmə; idxal; sənaye fəaliyyətləri və digər
xidmətlər;
d)
Azad iqtisadi zonalarda bütün fəaliyyətlər konvertləşən dönərliyi olan
valyuta ilə aparılır;
ə) Azad iqtisadi zonalar haqqında qanun çərçivəsində yerli və xarici fiziki və
hüquqi şəxslər hər cür fəaliyyətlə məşğul ola
bilərlər;
e)
Azad iqtisadi zona ilə siyasi sərhədləri daxilində yerləşdiyi ölkə arasında
görülə biləcək qanunsuz işlərin (məsələn, qaçaqmalçılıq) qarşısım almaq məqsədi
ilə azad iqtisadi zonaların sərhədləri tikilərək və ya çəpərlənərək hüquq mühafizə
orqanlarının nəzarəti altına alınır. Ümumiyyətlə, ölkənin gömrük təşkilatı bu
zonaları dolayı və ya birbaşa nəzarət altında saxlayır.
Azad iqtisadi zonalar təsərrüfat fəahyyətində sərbəstliyin dərəcəsinə görə iki
yerə bölünür:
1.
Açıq azad iqtisadi zonalar;
2.
Qapalı azad iqtisadi zonalar.
Açıq azad iqtisadi zonalarda hər cür iqtisadi fəaliyyətlərin həyata
keçirilməsinə icazə verilir. Belə zonalarda mənsub olduğu ölkə
nin
qanun və
təlimatları
nın
heç biri tətbiq edilmir.
Qapalı azad iqtisadi zonalarda isə iqtisadi əhəmiyyətli bəzi fəaliyyət
növlərinin reallaşmasına icazə verilir. Bu zonalarda beynəlxalq qanun və
təlimatlarla yanaşı, mənsub olduğu ölkəyə aid qanun və təlimatların bir qismi də
tətbiq edilir. Azad iqtisadi zonada həyata keçirilən fəaliyyət növləri həm də ölkənin
qanun və təli
m
atlarına tabeçilik baxımından seçilən bu cür zonalar qapah azad
iqtisadi zonalardır.
Azad iqtisadi zona formalarını bir-birindən iki meyara görə fərqləndirmək
mümkündür.
Birinci meyar azad iqtisadi zonalarda həyata keçirilən fəa- hyyətin növü ilə
bağlıdır. Azad iqtisadi zona
n
ı
n
fəaliyyəti sadəcə ticarət və ya birgə ticarət və
sənaye fəaliyyəti də ola bilər. AİZ-lər 1960-cı illərin ortasından etibarən
gömrüksüz idxalat, saxlama,
ma
lların müxtəlif istehsal proseslərində olması və
yenidən ixrac edilməsi
kimi
fəaliyyətlər göstərən zonalardan, daha çox ticarət və
sənaye fəaliyyətlərinin üstünlük təşkil etdiyi zonalaradək genişmiqyaslı bir yol
keçmişdir.
İnkişaf etmiş ölkələrdə azad iqtisadi zonaların çoxu ilkin olaraq ticarətə
üstünlük vermişdir. İnkişaf etməkdə olan ölkələrdə isə sənaye məqsədli AİZ-lərə
meyil getdikcə artmaqdadır.
İkinci meyara zonanın fəaliyyətlərinin daxili bazara və ya ixracata meyilli
olduğunu müəyyənləşdirilməsinə əsaslanır.
AİZ-ləri yuxarıda göstərilənmeyar əsaslanaraq iki əsas qrupa bölmək olar:
1.
Azad iqtisadi zonaları;
2.
Azad istehsal zonaları.
Sürətlə artmaqda olan digər xüsusiyyətləri də nəzərə alınmaqla aşağıdakı yeni
qrupları da göstərmək olar:
3.
Azad banklar zonası;
4.
Sığortaçılıq zonası;
5.
Gömrüksüz satış mağazaları;
6.
Azad hava limanları.
Dostları ilə paylaş: