Mövzu5: Regionların sosial-iqtisadi inkişafında AİZ-nin rolu və
regionların maliyyəsi
5.1.Azad iqtisadi zonaların formalaşması və Azərbaycanda AİZ-nın
yaradilmasının zəruriliyi
5.2.Azad iqtisadi zonaların ölkə iqtisadiyyatına təsiri
5.3.Ərazi maliyyəsinin mahiyyəti və rolu
5.4.Ərazi büdcələrinin gəlirləri və xərcləri
5.5.Maliyyə sisteminin hüquqi təmzimlənməsi
5.1. Azad iqtisadi zonaların formalaşması və Azərbaycanda AİZ-nın
yaradilmasının zəruriliyi
Dünya iqtisadiyyatının inkişaf tarixi göstərir ki, əksər ölkələr iqtisadi
inkişafının ilk dövrlərində iqtisadi siyasətlərini, milli sərhədləri daxilində, bütün
məsrəflərin daxili iqtisadi potensialdan istifadə hesabına ödənilməsi üçün ən yaxşı
şərait yaratmaq istiqamətində yönəltmişlər. Məlum olduğu kimi, bu məqsədi təmin
edən yollardan biri xarici ticarət fəaliyyətidir. Xarici ticarət fəahyyətinin səmərəsi
əsasən ölkədaxili istehsalın dünya bazarında rəqabətqabiliyyətilə qiymətləndirilir.
Gömrük vergisi, normalar və qadağalar kimi tədbirlərlə xarici məhsulların ölkə
daxilindəki qiymətlərini bahalaşdıraraq və hətta bunların ölkəyə girişini qadağan
edərək yerli sənayenin qorunmasına çalışdır.
Beynəlxalq mal mübadiləsi artdıqca, bunun iqtisadi inkişafa böyük təsiri
olduğu müəyyən edilmişdir. Uzunmüddətli araşdırmalar xarici iqtisadi fəaliyyətin,
o cümlədən beynəlxalq ticarətin bütün tərəflər üçün səmərəli ola biləcəyini sübut
etmişdir. Belə fəaliyyətin həyata keçirilməsi formalarının inkişafı nəticəsində
«sərbəst zona» anlayışı meydana gəlmişdir. Dolayısı ilə ölkə sərhədləri daxihndə,
idxal edilən məhsullara qısa və ya uzun vaxt ərzi
n
də anbar xidmətləri göstərilməsi,
hətta gömrükdən keçmədən istifadə edilə biləcəyi zonaların yaradılmasının çox
faydalı olacağı və bununla beynəlxalq ticarəti asanlaşdıraraq inkişaf etdirəcəyi
tezisi azad iqtisadi zonaların iqtisadi mahiyyətini müəyyən etmişdir. Nəticədə azad
zonalar ilk dəfə, xaricdən ölkəyə gələn malların boşaldılması, başqa ölkələrə, ya da
ixrac olunmuş ölkəyə təkrar göndəriləcəyi, gömrük rəsmiləşdiril- məsində tam və
ya qismən azad bir liman olaraq meydana gəlmişdir. Beləcə Avropanın bütün
böyük ticarət mərkəzlərində «Gömrük an- trepoları» kimi idxal edilən malların
gömrük vergisi ödəmədən anbarlara yığılması və gömrük müdaxiləsi ohnadan
istifadə edilə biləcəyi yerlər yaranmağa başlarmşdır.
Sonrakı illərdə beynəlxalq əmək bölgüsü inkişaf etdikcə iqtisadi zonalar digər
başqa funksiyaları da yerinə yetirməyə başlarmşdır. Sə naye yönlü azad zonaların
yaranması AİZ-lərin inkişafının ən son naiüyyətlərindəndir.
Azad iqtisadi zonaların funksiyaları və özünə xas xüsusiyyətlərini nəzərə
alaraq müxtəlif izahlar vermək olar. Bir çox a
liml
ərin fikrincə, «Azad iqtisadi
zona»lar bir ölkənin milli sərhədləri daxilində yaradılan, lakin onun gömrük
sərhədləri xaricində olan, ölkədə həyata keçirilən xarici ticarət və digər maliyyə və
iqtisadi
tədbirlərin
dövlət tənzimlənməsinin tamamilə və ya qismən
məhdudlaşdırıldığı ərazi hissəsidir.
Bir sıra hallarda azad iqtisadi zonalar geniş idxal-ixrac imkanlarına malik
olan bir firmamn dünya bazarlarında kəskin rəqabətə qoşulmasına imkan verən
texnoloji park və nəqliyyat-yükləmə mərkəzi olaraq qəbul edi
li
r.
Başqa formada azad iqtisadi zonalar «bir beynəlxalq
lim
an və ya aeroport
yaxmhğmda qurulan, ölkənin gömrük məntəqəsindən özünəməxsus xüsusiyyətlərlə
ayrılmış, ərazisi daxihnə idxal edilmiş gömrüksüz olaraq gətirilən, saxlanılan,
müxtəlif məqsədlərə istifadə olunan, istehsal məqsədi ilə yarımfarikat kimi
istifadəsi və malların beynəlxalq gömrük məntəqəsinə keçmədiyi təqdirdə gömrük
vergisindən azad olan, digər vergi və başqa maneələrin ən aşağı səviyyəyə
endirildiyi gəhrli məntəqələr» kimi qəbul edilir.
«Azad iqtisadi zona yerli (milli) və xarici sahibkarların güzəştli iqtisadi
şərtlərlə təsərrüfat fəaliyyəti nəzərdə tutulmuş məhdud ərazi hissəsinə deyihr».
Azad iqtisadi zona anlayışlarına ədəbiyyatda başqa izahlar da verilir. Lakin
mahiyyətinə görə və əsas etibarilə yuxarıdakılar daha çox qəbul edilən və istifadə
olunandırlar.
AİZ-ə bu qədər müxtəhf izahlar verilməsinin özü hələ də onun mahiyyətinin
tamamilə açıhnarmş olduğunu göstərir. Eyni zamanda, AİZ-lərə tərif verərkən
nədənsə hə
min
ərazinin nəqliyyatın inkişafı cəhətdən mütləq əlverişli mövqedə
yerləşməsi nəzərə alınır. Bununla yanaşı həmin təriflərin hamısında xarici və milli
sahibkarlara təsərrüfat fəaliyyətində müəyyən güzəştlər edilməsi ön plana çəkilir.
Azad iqtisadi zonaların mahiyyəti, yaranması,formalaşması və inkişafı
prosesini təhlil etdikdə onları şərtləndirən əsas amilləri aşkar etmək olar. Bu
amillər aşağıdakılardan ibarətdir:
Azad iqtisadi zona sərhədləndirilmiş bir yerdir, mütləq sərhədləri çərçivəsində,
ərazisində olduğu ölkənin fiziki olaraq təcrid edilən bir hissəsidir. Qeyd olunan
hissə şəhərin bir hissəsini və ya hava, dəniz limanının bir hissəsini və ya
bütövlükdə göstərilən sahə bri tam əhatə edir və yaxud da bir liman və ya tranzit
yolları yaxınlığında yerləşir.
a)
Azad iqtisadi zonalar ölkənin xarici ticarət həcmini artırmaq; idxalı
asanlaşdırmaq; ixracı və valyuta gəlirlərini artırmaq; işsizliyi azaltmaq; xarici
sərmayəni ölkəyə cəlb edərək texnoloji avadanhqları yeniləşdirmək; sənayenin
inkişafını sürətləndirmək və s. məqsədlərlə yaradılır.
b)
Azad iqtisadi zonalar siyasi baxımdan ərazisində olduğu ölkənin sərhədləri
daxilində, lakin gömrük sərhədlərinin xaricində qəbul edilir. Bu baxımdan xarici
ticarət və gömrük təlimatları qismən və ya bütövlükdə istifadə olunmur. Azad
iqtisadi zonaya xarici dövlətlərdən gətirilən mallar idxal, gömrük vergiləri və
rüsumlarından, çıxarılan mallar isə ixrac, gömrük, vergi və rüsumlardan azaddırlar.
Bu zonaların yerləşdiyi ölkələrin özlərinə azad iqtisadi zonadan daxil olan mallar
ölkənin idxal, çıxarılan mallar isə ixracı qəbul edildiyindən, xarici ticarət və
gömrük təlimatlarına tabe olurlar.
ç) Azad iqtisadi zonalar müvafiq qanunla yaradılan idarəetmə strukturları,
digər rəsmi təşkilatlar və idarələr tərəfindən idarə olunurlar.
c)
Azad iqtisadi zonalar yaradılmamn ilkin mərhələsində aşağıdakı
fəaliyyətlərdən biri və ya bir neçəsini yerinə yetirə bilərlər: yükləmə; boşaltma;
anbarlama; təmizləmə; montaj; üzləmə; idxal; sənaye fəaliyyətləri və digər
xidmətlər;
d)
Azad iqtisadi zonalarda bütün fəaliyyətlər konvertləşən dönərliyi olan
valyuta ilə aparılır;
ə) Azad iqtisadi zonalar haqqında qanun çərçivəsində yerli və xarici fiziki və
hüquqi şəxslər hər cür fəaliyyətlə məşğul ola bilərlər;
e)
Azad iqtisadi zona ilə siyasi sərhədləri daxilində yerləşdiyi ölkə arasında
görülə biləcək qanunsuz işlərin (məsələn, qaçaqmalçılıq) qarşısım almaq məqsədi
ilə azad iqtisadi zonaların sərhədləri tikilərək və ya çəpərlənərək hüquq mühafizə
orqanlarının nəzarəti altına alınır. Ümumiyyətlə, ölkənin gömrük təşkilatı bu
zonaları dolayı və ya birbaşa nəzarət altında saxlayır.
Azad iqtisadi zonalar təsərrüfat fəahyyətində sərbəstliyin dərəcəsinə görə iki
yerə bölünür:
1.
Açıq azad iqtisadi zonalar;
2.
Qapalı azad iqtisadi zonalar.
Açıq azad iqtisadi zonalarda hər cür iqtisadi fəaliyyətlərin həyata
keçirilməsinə icazə verilir. Belə zonalarda mənsub olduğu ölkə
nin
qanun və
təlimatları
nın
heç biri tətbiq edilmir.
Qapalı azad iqtisadi zonalarda isə iqtisadi əhəmiyyətli bəzi fəaliyyət
növlərinin reallaşmasına icazə verilir. Bu zonalarda beynəlxalq qanun və
təlimatlarla yanaşı, mənsub olduğu ölkəyə aid qanun və təlimatların bir qismi də
tətbiq edilir. Azad iqtisadi zonada həyata keçirilən fəaliyyət növləri həm də ölkənin
qanun və təli
m
atlarına tabeçilik baxımından seçilən bu cür zonalar qapah azad
iqtisadi zonalardır.
Azad iqtisadi zona formalarını bir-birindən iki meyara görə fərqləndirmək
mümkündür.
Birinci meyar azad iqtisadi zonalarda həyata keçirilən fəa- hyyətin növü ilə
bağlıdır. Azad iqtisadi zona
n
ı
n
fəaliyyəti sadəcə ticarət və ya birgə ticarət və
sənaye fəaliyyəti də ola bilər. AİZ-lər 1960-cı illərin ortasından etibarən
gömrüksüz idxalat, saxlama,
ma
lların müxtəlif istehsal proseslərində olması və
yenidən ixrac edilməsi
kimi
fəaliyyətlər göstərən zonalardan, daha çox ticarət və
sənaye fəaliyyətlərinin üstünlük təşkil etdiyi zonalaradək genişmiqyaslı bir yol
keçmişdir.
İnkişaf etmiş ölkələrdə azad iqtisadi zonaların çoxu ilkin olaraq ticarətə
üstünlük vermişdir. İnkişaf etməkdə olan ölkələrdə isə sənaye məqsədli AİZ-lərə
meyil getdikcə artmaqdadır.
İkinci meyara zonanın fəaliyyətlərinin daxili bazara və ya ixracata meyilli
olduğunu müəyyənləşdirilməsinə əsaslanır.
AİZ-ləri yuxarıda göstərilənmeyar əsaslanaraq iki əsas qrupa bölmək olar:
1.
Azad iqtisadi zonaları;
2.
Azad istehsal zonaları.
Sürətlə artmaqda olan digər xüsusiyyətləri də nəzərə alınmaqla aşağıdakı yeni
qrupları da göstərmək olar:
3.
Azad banklar zonası;
4.
Sığortaçılıq zonası;
5.
Gömrüksüz satış mağazaları;
6.
Azad hava limanları.
Dostları ilə paylaş: |