Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


İstehsalın ixtisaslaşdırması planı və onun göstəriciləri



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə43/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   39   40   41   42   43   44   45   46   ...   90
YourFileName

4.3. İstehsalın ixtisaslaşdırması planı və onun göstəriciləri
 


  
 
 
 
İstehsalın  kompleks  inkişafı  planını  tərtib  etməzdən  əvvəl  kompleksə  daxil 
ediləcək  müəssisələr  ixtisaslaşdırılır.  Bu  məqsəd  üçün  istehsalın  istehsal-
ixtisaslaşması planı tərtib edilir. 
İqtisadi ədəbiyyatda istehsal ixtisaslaşması, istehsalı
n
  ixtisaslaşması planının 
göstəriciləri, ixtisaslaşan sahələrə mənsubiyyəti barədə bir çox fikirlər mövcuddur. 
Rayonun  istehsal  ixtisaslaşması  haqqında  A.E.Probst  deyir:  «...  Rayonun  istehsal 
ixtisaslaşması  dedikdə  rayonun  öz  tələbatını  ötüb  keçən  ölçüdə  müəyyən  növ 
məhsul  istehsalı  başa  düşülür.  Ançaq  istehsalın  bu  miqyasında  müəyyən  rayon 
başqa  rayonların  bu  məhsula  olan  tələbatının  ödənilməsində  və  həmçinin 
rayonlararası mübadilədə iştirak edə bilər». 
V.İ.Kistanov  rayonun  ixtisaslaşmasını  «rayonun  baş  istehsal  tərəfini  əks 
etdirən ərazi əmək bölgüsünün təzahürü» sayır. O qeyd edir ki, ərazi ixtisaslaşması 
ictimai  əmək  bölgüsündə  müxtəlif  rayonların  istehsal  istiqamətini  göstərir.  Onun 
fikrincə  rayon  ixtisaslaşmasının  əsas  problemi  müəyyənləşdirilmiş  istiqamətdə 
sahə  qruplarının  yaradılması  və  inkişafıdır  (əlverişli  şəraiti  nəzərə  almaqla). 
Rayonun bu qrup sahələri öz miqyası ilə ölkədə fərqlənir və istehlak yerindən asıh 
ucuz (və ya nadir) məhsul buraxırlar. 
İxtisaslaşma-istehsahn sahələr üzrə və ərazi qruplaşmaları üzrə aparılması və 
ya  parçalanmasıdır.  Komplekslilik  isə  əksinə  sahənin  daxihndən  sahələr  arasında 
və  ya  istehsal  ərazi-qruplaşmaları  arasında  istehsal  proseslərinin  baş  verib-
verməməsindən asılı olmayaraq onların birləşməsi prosesidir. 
Müasir  iqtisad  elmi  ayrı-ayrı  müəssisə  və  müəssisələr  qrupunun  sahə 
daxilində  ixtisaslaşmasına  kifayət  qədər  diqqət  yetirir.  Bununla  əlaqədar  olaraq 
texnoloji,  hissəvi  və  əşya  ixtisaslaşması  öyrənihr.  Lakin  məhəlli  ixtisaslaşması 
məsələlərinin  tədqiqi  böyük  çətinliklər  törədir.  Belə  ki,  söhbət  ayrı-ayrılıqda 
götürülmüş müəssisələrdən deyil, geniş ərazidə sahəvi və sahələrarası vahidlikdən 
gedir.  Belə  olduqda  texnoloji  proseslər  bir  və  ya  bir  neçə  müəssisə  çərçivəsindən 
çıxır. Onlar istehsalın sahələri arasında və istehsal daxilində mürəkkəb şəbəkə və 
geniş dəyişikliklə təzahür edirlər. Belə bir sual meydana çıxır-hansı sahəni və ya 
yarımsahəni ixtisaslaşan sahəyə aid etmək olar? 
Bəzi  iqtisadçıların  fikrincə  ixtisaslaşan  sahələrə  öz  məhsulunu  rayondan 
kənara  göndərən  sahələr  aiddir.  Lakin  rayondan  kənara  bütün  məhsul  deyil, onun 
bir  neçə  növü  göndərilir.  Bəzən  də  iqtisadi  rayonun  daxili  istehsalı  ilə  tamamilə 
əlaqəsiz olan hər hansı bir məhsul və ya kənd təsərrüfatı xammalı rayondan kənara 
göndərilir.  Belə  məhsulların  göndərilməsi  həmi
n
  rayondan  danışmada  böyük 
xüsusi çəki tutsa da, onlar ixtisaslaşmanın xarakterini əks etdirmir. Məsələn, Qusar 
rayonunun  iqtisadiyyatında  bağçılıq,  heyvandarlıq  sahələri  (üstün),  tərəvəzçilik, 
kartofçuluq, taxılçılıq sahələri (nisbətən seçilən) mühüm yer tutmasına baxmayaraq 
əmtəəlik  məhsulun  tərkibində  dərman  bitkiləri,  giləmeyvə,  xüsusilə  çaytikanı 
seçilir. Əlbəttə, bu sahələr yabanı inkişaf edir, yığım və qurutma prosesindən başqa 
xərclər çəkilmir. Bunları ixtisaslaşan sahə adlandırmaq o
lm
az. 
İ.D.Silayevə  görə  ərazi  ixtisaslaşmasının  səviyyəsi,  istehsalı

mərkəzləşdirilməsi 
və  ayrılması,  sahənin  rayon  istehsal  quruluşunda  VƏ  bütövlükdə  ölkənin  istehsal 
quruluşunda xüsusi çəkisinin səviyyəsindən asılıdır. 


  
Məhəlli ixtisaslaşması sahə, əşya ixtisaslaşmasından daha geniş  məfhumdur, 
o, bütün iqtisadi rayonun ərazi kompleksinin sahələr- arası proseslərini əhatə edir, 
məhəlli  ixtisaslaşması  ümumdövlət  əmək  bölgüsü,  rayondaxili  istehsal  quruluşu, 
sahələr  arasında  qarşıhqh  əlaqənin  səviyyəsi  və  habelə  istehsalın  və  əhalinin 
tələbinin ödə
nilm
əsi ilə uzlaşır. 
V.S.Nemçinovun,  M.L.Rozenfeldin  və  başqalarının  işlərində  ixtisaslaşan 
sahəni ayırd etmək üçün rayonun əmtəəliliyinə diqqət verilməlidir. 
R.M.Amraliyev hesab edir ki, rayon ixtisaslaşması ölkədə və sahənin rayonda 
məhsul  istehsal  və  kənara  aparılması  üzrə  yerini  müəyyənləşdirən  göstəricilər 
qrupu vasitəsilə ifadə olunur. 
T.K.Papova,  A.İ.Vedişev,  Q.İ.Qranik  və  başqaları  rayonun  ixtisaslaşmasını 
rayonlararası  mübadilədə  və  respublikada  istehsalda  eyni  zamanda,  böyük  xüsusi 
çəkiyə malik sahələrdə görürlər. 
A.B.MarIoyin bunun üçün qarışıq göstəricilər indeksini irəh sürür. 
Rayon  istehsal  fəaliyyətinin  əsası  kimi  ərazi  ixtisaslaşmasımn  V.V.Kistanov 
tərəfindən  müəyyənləşdirihnəsindən  o  nəticə  çıxır  ki,  onun  əsas  göstəriciləri 
rayonun  sahəsini  ölkə  (respublika,  zona)  və  ümumrayon  istehsalında  roluna 
bilavasitə  təsir  edən  göstəricilər  ola  bilər.  Bununla  da  müəyyən  sahənin 
rayonlararası əhəmiyyəti də müəyyən olunur. Adətən, rayon ixtisaslaşmasını onun 
ölkənin  sahə  istehsalında  və  ya  ümumrayon  istehsalında  xüsusi  çəkisinə  görə 
müəyyən  edirlər.  V.V.Kistanovun  fikrincə  müəyyən  sahədə  rayonun  ixtisaslaşma 
təbiətini müəyyən etmək üçün aşağıdakı indekslərdən istifadə olunmalıdır: 
-  rayonun  sənayesi  və  ya  kənd  təsərrüfatının  müəyyən  sahəsinin  məhsul 
istehsalının  respublikada,  zonada  həmin  məhsul  istehsahnda  və  ya  bütövlükdə 
respublika sənayesi və ya kənd təsərrüfatında xüsusi çəkisi 
(Cyi).
 
İstehsalın ixtisaslaşması planı aşağıdakı göstəricilər üzrə işlənib hazırla

r: 

rayonun ümumi istehsalında sahənin xüsusi çəkisi

bütövlükdə  ölkə  üzrə  bu  və  ya  digər  sahənin  məhsulunda  rayonun  hə
min
 
sahəsinin xüsusi çəkisi; 

ölkə  üzrə  sənayenin  bu  və  ya  digər  sahəsinin  məhsulunda  rayonun  hə
min
 
sahəsinin xüsusi çəkisi; 

ölkə üzrə kənd təsərrüfatı istehsahmn bu və ya digər sahəsinin məhsulunda 
rayonun hə
min
 sahəsinin xüsusi çəkisi; 

ölkə  üzrə  1  nəfərə  istehsal  olunan  məhsulda  (ixtisaslaşan  sahənin 
məhsulunda) rayonda 1 nəfərə düşən məhsulun xüsusi çəkisi; 

ölkə  üzrə  ixtisaslaşan  sahədə  çahşan  əməkqabiliyyətlilərdə  rayon  üzrə 
sahədə işləyənlərin xüsusi çəkisi; 

ölkə  üzrə sahənin  əmtəə
li
k  məhsulunda  rayonun  həmin  sahəsinin  əmtəəlik 
məhsulunun xüsusi çəkisi. 
Hazırda  mövcud  metodik  materiallarda  ixtisaslaşan  sahəni  müəyyən  etmək 
üçün aşağıdakı göstəricilərdən istifadə etmək məsləhət görülür: 
Muxtar  respublikanın  və  iqtsiadi  rayonların  planlaşdırıcı  orqanları  inzibati 
vahidlər  üzrə  ixtisaslaşan  sahəni  müəyyən  etdikdən  sonra  istehsalın  kompleks 
inkişafı planın tərtibinə başlayır. 
 
 
 
Prs 
Prs 


  

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin