4.5. Regional inkişafın hüquqi tənzimlənməsi
Xarici ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı yalnız hüquq
əsasında və hüququn köməyilə normal fəaliyyət göstərə bilər. Məlumdur ki, bazar
iqtisadiyyatı sisteminin səmərəli fəaliyyətinə imkan verən, ictimai həyatın hüquqi
əsaslarının təmin edilməsi dövlətin vacib funksiyalarından biri sayılır. Beləliklə,
dövlət özü nəinki bazar iqtisadiyyatı sisteminin təşkilatçısı, həmçinin də onun fəal
iştirakçısına çevrilir. Bununla əlaqədar olaraq dövlət onu vahid hüquqi baza ilə
təmin etməli, onun fəaliyyətinin vahid normativ-qanunverici əsaslarını təşkil etməli
və onun tələblərinə uyğun olaraq aktiv iştirakçısı kimi fəaliyyət göstərməlidir.
İctimai istehsalın bütün iştirakçılarımn mənafelərini daha yaxşı
əlaqələndirmək əsasında ictimai inkişafın məqsədlərinə nail olmaq üçün
Azərbaycan Respublikası və onun subyektləri arasında, təsərrüfat subyektləri və
dövlət arasında, dövlət və onun vətəndaşları arasında, vətəndaşlar və təsərrüfat
subyektləri arasında, vətəndaşlar arasında olan münasibətləri müəyyənləşdirməli
və tənz
im
ləməlidir ki, bu işi məhz hüquq yerinə yetirir.
Hüquq dövlətin müəyyən etdiyi və sanksiyalaşdırdığı ictimai davramş
qaydalarımn (normaların) məcmundur, ona riayət etmək hər bir vətəndaşın (fiziki
və ya hüquqi şəxsin), həmin dövlətin və ya başqa dövlətlərdən onun ərazisinə gələn
hər bir vətəndaşın, dövlətin özünün borcudur. Hüquq, icazə verən və qadağan edən
normativləri işləyib hazırlamaqla cəmiyyətdə i
n
sanların birgə yaşayışını qaydaya
sahnaq üçün zəruridir.
Azərbaycan Respubhkası Konstitusiyasına əsasən Azərbaycan hüquqi dövlətdir.
Hüquqi dövlətdə dövlətlə onun subyektləri ara sında qanunvericilik, dövlət
idarəetmə və məhkəmə funksiyaları bölüşdürülməlidir.
Dövrü olaraq qəbul olunan qanunlar, qanunvericilik aktları, fərman və
sərəncamlar yalmz Respublika Konstitusiyasının müddəalarına uyğun olmalıdır.
Qanunvericilik sahəsində başlıca element konstitusiya hüququdur. O, hər
şeydən əvvəl qanunların və digər qanunvericilik aktlarının hazırlanması və ləğv
edilməsinin kimə həvalə edilməsini, qanunun hərəkət dairəsini, hər bir şəxsə hansı
hüquqların verilməsini müəyyən edir. Orada başqa qanunvericilik aktlarının
mahiyyəti də əks olunur. Azərbaycan Respublikasının mənafeyinə müvafiq olaraq
qanunvericilik orqanları müxtəlif sahələr, fəaliyyət növləri və başqa istiqamətlərdə
ardıcıl olaraq qanunlar və qanunvericilik aktları işləyir və təsdiq edir.
İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə fəahyyətin müxtəhf növlərini reklam
edən hüquq institutları və sahələri formalaşmışdır. Məsələn, dövlətin idarə edilməsi
sahəsində qanunvericihk inzibati hüquqa, sahibkarlıq sahəsində isə vətəndaşlıq
hüququ ilə yanaşı təsərrüfat, sahibkarlıq, fərdi, ticarət hüququ ilə müəyyən edihr,
onları şərh edən prosesual-hüquqi sənədlər işlənib hazırlamr. Təcrübə göstərir ki,
Azərbaycan Respublikasında özündə iki bloku: təşkilati- hüquqi və iqtisadi-hüquqi
blokları birləşdirən qanunvericihk sistemi formalaşmışdır. Bunlar tamamlanmağı
və əlavələr tələb edir. Birinci bloku formalaşdıran qanunlara obyektli - ünva
nlı
k
im
i
yanaşmaq olar. Onlar bilavasitə ünvanlanan və yerinə yetirilməsi məcburi olan,
səlahiyyətini müəyyən edən, bazar münasibətləri strukturları üçün təşkilati-
qanunverici norma və qaydalar xarakterlidir. Onlara Azərbaycan Respublikasımn
aşağıdakı qanunlarını daxil etmək olar: «Müəssisələr haqqmda» Azərbaycan
Respublikasımn Qanunu, «Sa- hibkarlıq fəaliyyəti haqqmda» Azərbaycan
Respublikasının Qanunu, «Banklar və ba
nk
fəaliyyəti haqqmda» Azərbaycan
Respublikası Qanunu, «Torpaq haqqmda» Azərbaycan Respublikası Qanunu,
«Yerin təni haqqmda» Azərbaycan Respublikası Qanunu və s.
İqtisadi-hüquqi bloku formalaşdıran qanunlara məz
m
un etibarilə fu
nk
sional-
ünva
nlı
kimi baxmaq olar, belə ki, onların yerinə yetirilməsi fu
n
ksional
təyinatlarına müvafiq olaraq, bütün hüquq münasibətləri subyektləri üçün məcburi
olub, iqtisadi-qanunverici norma və qaydalar xarakterlidir. Belə qanunlara
«Antiinhisar fəahyyəti haqqmda» Azərbaycan Respublikası Qanunu, «Məşğulluq
haq- qmda» Azərbaycan Respublikası Qanunu, «Kollektiv müqavilələr və sazişlər
haqqında» Azərbaycan Respublikası qanunu və s. daxildir.
İctimai inkişaf prosesini tənzimləmək üçün normativ norma və qaydalar
xarakterli qanunaltı aktlar qəbul edihr. Onlara Azərbaycan Respublikası
Prezidentinin fərmanları, qərarlar, əsasnamələr, sazişlər və s. daxildir.
Dövlət başçısının normativ aktı kimi prezidentin fərmam qanunvericilik
baxımından qaydaya salınmamış fəahyyəti tənzimləyir, yaxud da qüvvədə olan
qanun yeni tələblərə, şərtlərə cavab vermədiyindən kökündən dəyişdirilməsi vacib
olan və öz məzmununa görə həm qanunlar, həm də fərmanlar kimi istifadə etməklə
başqa qanunvericilik aktları ohnadıqda, bu cür fəaliyyəti tənzimləyir.
Qeyd etmək lazımdır ki, hələlik respublikada regionların, onların qanunverici
və idarəedici orqanlarının olmaması bazar iqtisadiyyatına keçid istiqamətində
aparılan islahatları xeyli ləngidir.
Qeyd edilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Azərbaycan
Respublikasında hüquqi dövlət kimi bazar iqtisadiyyatı siste
mi
nin vahid normativ-
qanunvericilik bazası formalaşmalıdır. Bu da onun subyektlərinin, eləcə də ictimai
istehsalın bütün iştirakçılarının hüquq bərabərhyini təmin edir, eyni zamanda,
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ümumi bəyənilmiş
beynəlxalq hüquq prinsiplərini və sosial müdafiə və sosial təminat normalarını
rəhbər tutaraq vətəndaşların və insanların hüquq və azadlıqlarına tə
mi
nat verir.
|