Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


Sahibkarhq fəaliyyətinin hüquqi tənzimlənməsi



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə65/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   61   62   63   64   65   66   67   68   ...   90
YourFileName

      6.2.Sahibkarhq fəaliyyətinin hüquqi tənzimlənməsi 
 
 
Sahibkarlıq  adı  altında  vətəndaşların  mənfəəti  və  ya  şəxsi  gəlirinin  əldə 
olunmasına yönələn, öz adından və ya hüquqi şəxsin adından və ya hüquqi şəxsin 
hüquqi  məsuhyyəti  altında  həyata  keçirilən  təşəbbüslü  fəaliyyəti  başa  düşülür. 


  
Sahibkar  qanunla  qadağan  edilməyən,  əmtəə  istehsalı,  kommersiya  vasitəçiliyi, 
ticarət-tədarük,  məs-  ləhətçilik  və  ya  digər  fəaliyyəti,  eləcə də qiymətli kağızlarla 
əməliyyatlar daxil olmaqla istənilən növ təsərrüfat fəaliyyətini həyata keçirə bilər. 
Bu  sahibkarlıq  formaları  vətəndaşların  mülkiyyəti,  eləcə  də  qanuni  əsaslarla  əldə 
edilən və istifadə olunan əmlak əsasında həyata keçirilir. 
Respublikamızda  sahibkarlıq  fəaliyyətinin  əsasları  Azərbaycan  Respublikasının 
1992-ci  il  tarixli  «Sahibkarlıq  fəalyyyəti  haqqmda»  Qanunla  reqlamentləşir. 
Qanunda  şəxsi  və  ictimai  təşəbbüsün  inkişafı  üçün  hüquqi  əsaslar  verilmiş, 
cəmiyyət  və  dövlət  qarşısında  sahibkarlıq  subyektlərinin  hüquq  və  cavabdehliyi 
müəyyən edilmişdir. Sahib karlıq subyektlərinə fərdi şəxslər, sə
hm
dar cəməyyətləri 
və digər birliklər aiddir. 
Qanuna  müvafiq  olaraq  sahibkarlıq  fəaliyyətinin  hər  bir  subyekti  aşağıdakı 
hüquqlara ma
li
kdir: 

müəssisələrin  təsis  edilməsi  və  ya  yenidən  təşkil  edilməsi  yolu  ilə 
sahibkarlıq  fəaliyyətini  başlamaq  və  aparmaq,  eləcə  də  müəssisənin  əmlakımn 
mülkiyyətçisi  ilə  müqavilə  bağlamaq,  bankların  təsisatlarında  hesablar  açmaq, 
bütün növ hesablaşma, kredit və kassa əməliyyatlarım həyata keçirmək; 

müqavilə əsasında maliyyə vəsaitlərini ahnaq və istifadə etmək, intellektual 
mülkiyyət  obyektlərini,  vətəndaşların  və  hüquqi  şəxslərin  mülkiyyətini  və 
mülkiyyət hüququnu cəlb etmək və istifadə etmək; 

istehsal  proqramım  müstəqil  formalaşdırmaq,  öz  məhsulla-  rımn 
istehlakçılarını  və  təchizatçılarım  seçmək,  ona  respublika  qa-  nunvericihyi  və 
müqavilələr çərçivəsində ayrı-ayrı qiymətlər təyin etmək; 

xarici iqtisadi fəaliyyəti həyata keçirmək, valyuta əməliyyatlarım aparmaq; 

müəssisənin  idarə  edilməsi  üzrə  inzibati-sərəncamverici  fəa-  hyyəti  həyata 
keçirmək; 

müəssisə  adından  və  ya  mövcud  qanunvericiliyə  və  müəssisənin 
nizamnaməsinə  müvafiq  olaraq  müstəqil  şəkildə  işçiləri  işə  qəbul  etmək  və  işdən 
azad etmək; 

Azərbaycan  Respublikası  qanunvericiliyinə,  müqaviləyə  və  müəssisənin 
nizamnaməsinə  müvafiq  olaraq  vergiləri  və  digər  məcburi  ödəmələri  (tədiyyələri) 
ödədikdən  sonra  müəssisənin  sahibkarhq  fəaliyyətindən  əldə  olunan  mənfəətin 
qalan hissəsinə sərbəst şəkildə sərəncam vermək; 

dövlət sosial-təminat, tibbi və sosial sığorta sisteminin xidmətindən istifadə 
etmək; 

sahibkarların ittifaqlarını, assosiasiyalarını və digər birliklərini yaratmaq; 

vətəndaşların,  hüquqi  şəxslərin,  dövlət  idarəetmə  orqanlarının  hərəkətlərini 
qanunla  müəyyən  edilmiş  qaydada  məhkəmədə  (iqtisad  məhkəməsi)  iddia 
qaldırmaq.  Bu  qanunla,  eyni  zamanda,  sahibkarların  vəzifə  borçları  da  müəyyən 
olunur. Sahibkar borcludur: 

Azərbaycan  Respublikası  qanunvericiliyindən  irəli  gələn  vəzifələri  onlar 
tərəfindən  (sahibkarlar)  bağlanmış  müqavilələrdən,  o  cümlədən,  müəssisənin 
əmlakının mülkiyyətçisi ilə müqavilə üzrə çıxan öhdəliklərini yerinə yetirməyə; 

müəssisənin maliyyə vəziyyətindən asılı olmayaraq bağlanmış müqavilələrə 
əsasən müəssisə
n
i
n
 bütün işçiləri ilə tam şəkildə hesablaşmalar aparmağa; 

Azərbaycan  Respublikası  qanunvericiliyinə  müvafiq  olaraq  sərbəst  və  ya 
müəssisənin adı ilə muzdla işləyən vətəndaşlarla və təşkilatlarla əmək müqavilələri 


  
bağlamağa; 

Azərbaycan  Respublikası  qanunvericiliyinə  və  kollektiv  müqavilələrə 
müvafiq  olaraq  muzdla  işləyənlərə  əmək  fəaliyyəti  üçün  şəraiti  təmin  edərək 
vətəndaşların  sosial,  tibbi  və  digər  məcburi  sığortalanma  növlərini  həyata 
keçirməyə; 

əlillərin  və  digər  məhdudlaşdırılmış  əməkqabiliyyətli  şəxslərin  sosial 
sığortası  üzrə  mərkəzi  və  yerli  hakimiyyət  orqanlarının  qərarlarını  həyata 
keçirməyə; 

müəssisənin  gəlirləri  haqqında  deklorasiyanı  vaxtında  təqdim  etməyə  və 
Azərbaycan  Respublikası  qanunvericiliyilə  nəzərdə  tutulmuş  (müəyyən  edilmiş) 
qaydada və ölçüdə vergiləri vaxtında ödəməyə; 

kreditorlar  qarşısında  öhdəliklərin  yerinə  yetirilməsinin  (icra  edilməsinin) 
qeyri-mümkünlüyü  haqqında,  müəssisələrin  müflisləşməsi  haqqında  xəbər 
verməyə. 
           Müasir  sahibkar  sahibkarlığın  hüquqi  statusunu  (sahibkarın  hüquqlarını, 
öhdəliklərini və məsuliyyətini), eləcə də sahibkarlıq fəaliyyətinin idarə edilməsinin 
qanunauyğunluqlarını və prinsiplərini bi
lm
əlidir. Sahibkarlığın ictimai məz
m
ununu 
təhlil edərək üç əsas tərkib hissəsini ayırırlar: sahibkarlıq iqtisadi kateqoriya kimi; 
sahibkarlıq təsərrüfatçılıq metodu kimi; sahibkarlıq iqtisadi təfəkkür tipi kimi. 
             Sahibkar  -
  kifayət  qədər  azad  fəaliyyətə  ma
li
k  olan  müstəqil  təsərrüfatçılıq 
subyekti  olaraq  mi
n
imum  xərclə  maksimum  gəlir  etməyə  can  atır.  Ona  iki  yolla 
nail olmaq  mümkündür:  məhsulun qiymətinin  yüksəldilməsi  yolu  ilə və istehsala 
çəkilən xərclərin aşağı sa
lınm
ası yolu ilə. 
           Rəqabət  və  sərbəst  sahibkarlıq  şəraitində,  sahibkar  öz  istehsalını  aparıcı 
ehni-texniki 
səviyyədə 
saxlamaq, 
onu 
ucuzlaşdırmasına, 
iqtisadi 
məqsədyönlülüyünə  nail  olmalıdır  ki,  bu  da  istehsal  xərcləri
ni 
minimuma 
endirilməsini,  maliyyə,  material  və  əmək  resurslarına  qənaət  edilməsini  nəzərdə 
tutur. 
 
 
 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin