1850-ci ildə Leypsiqdə Drobişin ikinci kitabı – “Riyazi psixologiyanınilkəsasları” adlı – işıq üzü gördü.
Daha sonra Teodor Fexner və Vilhelm Vundt Gerbartın, psixoloji qiymətlər, şüurun hüdudları, şüurun reaksiya vermə vaxtı ideyalarını, riyazi şəkildə həyata keçirdilər.
Çarlz Spirmen - psixologiyada və psixoloji məqsədlər üçün yaradılmış biramilli təhlil metodunu irəli sürdü; Leon Terstoun – bu nəzəriyyənin əksi olan çoxamilli nəzəriyyə təklif etdi.
1.2. Riyaziyyatın psixologiyada tətbiqinin metodoloji məsələləri İstənilən elmdə riyaziyyatın faydalı olması o deməkdir ki, onun metodları müxtəlif dəyişkən kəmiyyətlərin müqayisəsinin mümkünlüyünü, onların simvolik şərhlərini, irəli sürülən proqnozların və həllərin əsaslarını, idarəetmə qaydalarının eksplikasiyasını təmin edirlər.
Riyazi metodların tətbiq edilməsinin ən mühüm şərti – məzmunca və formaca şərh olunmadır. Ümumiyyətlə, psixologiyada şərh olunmanın dörd növünü fərqləndirmək mümkündür:
- psixoloji-psixoloji, - psixoloji-riyazi, - riyazi-riyazi və - riyazi-psixoloji.
psixoloji-riyazi
Fikrimizə aydınlıq gətirək: psixologiyada istənilən elmi-tədqiqat işi və ya sırf praktiki məsələ ilk əvvəl psixoloji-psixoloji şərhə məruz qalır, bu yolla nəzəri müddəalardan əməliyyat xarakterli anlayışlara və empirik prosedurlara keçid baş verir.
Daha sonra, psixoloji-riyazi şərhin vasitəsilə konkret empirik tədqiqatın riyazi metodları seçilir və tətbiq edilir. Əldə edilmiş götəricilərin emalı zamanı onların riyazi-riyazi şərhi baş verir.
Nəhayət, nəticə məzmunca şərh edilir, riyazi-psixoloji şərh yerinə yetirilir. Tsikl qapanır və qarşıya qoyulmuş məsələ ya həll edilir və başqa məsələyə keçid almaq, ya da ki, bu məsələni dəqiqləюdirmək və tədqiqatı təkrarlamaq zərurəti yaranır.