Təqdim olunan əmtəə və xidmətlərin reklamlaşdırılması
Reklam informasiyası
Əmtəə və xidmətlər paketinin tapılması
Satış
Satışdan sonrakı xidmət
5.2. Marketinqin funksiyaları Firmanın bazar fəaliyyəti, o cümlədən biznes planının bütün bölmələrinin formalaşdırılması bazarın marketinq tədqiqi əsasında baş verir. Marketinqin əsas xüsusiyyəti ikili və bir-birini tamamlayan yanaşmadır. Bir tərəfdən firmanın bütün fəaliyyəti, o cümlədən istehsal proqramının formalaşdırılması, elmi-texniki tədqiqatlar, sərmayə qoyuluşu, maliyyə vəsaitləri, işçi qüvvəsi, satış proqramı, teniki xidmət və başqaları istehlak tələbatının və onun dəyişməsinin hərtərəfli və obyektiv öyrənilməsinə əsaslanmalıdır. Digər tərəfdən ən mühüm yanaşma bazara və mövcud tələbata aktiv təsir göstərməklə yeni tələbatın yaradılmasıdır. Əmtəənin istehsalı və istehlakçılara çatdırılması çox mürəkkəb və kompleks bir məsələdir. Bu məsələnin həlli üçün marketinq bir sıra funksiyaları yerinə yetirməlidir.
1. Analitik;
2. İstehsal;
3. Satış
4. İdarəetmə və nəzarət
Marketinqin analitik funksiyası aşağıdakıların öyrənilməsini əhatə edir:
- istehlakçıların;
- rəqiblərin;
- əmtəələrin və onun qiymətinin;
- əmtəələrin hərəkəti və satışının;
- satışın stimullaşdırılması və reklam sisteminin;
- müəssisənin daxili mühitinin.
Marketinqin istehsal funsiyasına isə aşağıdakılar daxildir:
- yeni əmtəələr istehsalının təşkili, daha təkmil texnologiyanın tətbiqinə istiqamətləndirmək;
- maddi-texniki təchizatın təmin edilməsi;
- əmtəələrin keyfiyyətinin və rəqabət qabiliyyətinin idarə edilməsi.
Marketinqin satış funksiyasına aşağıdakılar daxildir:
- əmtəələrin hərəkəti sisteminin təşkili;
- servis xidmətinin təşkili;
- tələbatın formalaşdırılması və stışın stimullaşdırılması sisteminin təşkili;
- məqsədyönlü əmtəə siyasətinin yeridilməsi;
- qiymət siyasətinin həyata keçirilməsi.
Marketinqin ən mühüm funksiyalarından biri də idarəetmə və nəzarət funksiyasıdır:
- müəssisədə strateji və operativ planlaşdırmanın təşkili;
- kollektivin idarə edilməsi üzrə informasiya təminatı;
- müəssisədə kommunikasiya sisteminin təşkili;
- əks əlaqə və vəziyyətin təhlili əsasında marketinq nəzarəti.
Analitik funksiya özlüyündə marketinq tədqiqatları sistemidir və marketinq problemlərinə aid olan məsələlər üzrə məlumatların müntəzəm yığılması, qeydə alınması və təhlili məsələləri ilə məşğul olur. Marketinq tədqiqatları marketinq problemləri üzrə optimal qərarların qəbul edilməsi ilə əlaqədardır.