“Birja” sözünün yaranma mənbəyi iri ticarət
məntəqəsi olan Fi- landriya-
Brüggedir. Burada ticarət yığmcaqlan “Burse” mehmanxanasının yaxınlığında
qərarlaşırdı. Mehmanxana sahibini Vander Burse çağırırdılar. O, ticarətçilər üçün
pul kisəsi rəmzi olan gerbi ilə üstünü bəzədiyi bir ev tikmişdir.
Əcnəbi kommersantlar Brüggeyə gələndə adətən həmin mehmanxanada qalır,
digər tacirlərlə tanış olur, sazişlər bağlayır, nailiyyət və müflisləşmələr haqda təzə
məlumatlar öyrənirdilər. “Burse” ona görə tacir
qonaqlara əlverişli idi ki, onun
yaxınlığında Florensiyanm və Gensiyanın iri ticarət mərkəzlərinin nümayəndələri
məskən salırdılar. Bir çox tacirlər saziş bağlamaq
üçün məhz bu mehmanxanaya
gəlməli olurdular. Müasir “birja” sözü də elə buradan Burse adından yaranmışdır.
Birja üçün ilk xüsusi bina 153l-ci ildə Brügge şəhərinin
rəqibi Antvepenedə
tikilmişdir. Bu binanın frontonunda “Bütün ölkələrin ticarət adamlan üçün” yazısı
həkk olunmuşdur.
XVII əsrin əvvəllərində ticarət və maliyyə fəaliyyətinin
mərkəzi Amsterdama
keçirilirdi. 1608-ci ildə məhz burada dünyanın ən məşhur lıirjası yaradılır. Bu
firmanın nailiyyətlərində Niderland dünyanın güclü maliyyə dövləti hesab olunurdu.
Amsterdamda işgüzar əməliyyatlar lıoyata keçirilirdi.
Minlərlə makler birjaya
gələnlərə xidmət göstərirdi.
Dostları ilə paylaş: