Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə12/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   8   9   10   11   12   13   14   15   ...   115
C fakepathmuhazire esas (1)

Vençur işgüzarlığı nə deməkdir

Vençur işgüzarlığı dedikdə sahibkarların, firma və şirkətlərin gəlirlərinin 
artırılması məqsədilə elmi-tədqiqat layihələrinə əsaslanıb, yeni elmi ideyalar həyata 
keçirilməsi üzrə ixtisaslaşdınimış iqtisadi fəaliyyət məfhumu başa düşülür. Vençur 
işgüzarlığını sahibkarlığın digər formalarından fərqləndirən cəhəti ondan ibarətdir 
ki, burada gəlirlərin əldə edilməsi zamanı hədsiz dərəcədə qeyri-müəyyənliklər 
yaranır. Əgər yeni istehsalın və bazara çıxarılan məhsulun layihəsi müvəffəqiyyət 
qazanmazsa gələcəkdə tələbatı ödəmək məqsədilə bazara çıxanlan məhsul öz 
alıcısını tapmır və son nəticədə sahibkar mənffət əldə etmək imkanından məhrum
olur. Vençur işgüzarlığının zəruri komponentləri kimi iqtisadiyyatda vençur, vençur 
kapitalı və vençur sahibkarlığının dövlət tərəfindən müdafiə olunması mühüm 


əhəmiyyət kəsb edir. Vençur elmi-tədqiqat layihələrinə əsaslanaraq yeni ideyalar 
işləyib hazırlayan, onu həyata keçirən kiçik konsturktor müəssisəsini təmsil edir. 
Orada çalışan işçilərin sayı adətən 100 nəfərdən çox olmur. 
Vençur kapitalı 
- yeni texnologiyaların və layihələrin işlənib hazırlanması və 
həyata keçirilməsinə sərf edilən maliyyə vəsaitidir (investisiyadır). Vençur 
kapitalının əsas xüsusiyyəti onun mütləq qaytanlması tələbinin qoyulmamasıdır. 
Çox vaxt vençur kapiğalının arxasında ən cəsarətli və risk etməyi bacaran subyekt 
dayanır. Amerika iqtisadi leksikonunda buna fərdi - antrepremor deyirlər. 
Vençur işgüzarlığı 
- vençurlara maliyyə və qanunvericilik köməyi edən, onların 
inkişafını həvəsləndirən, onları sifarişlə təmin edən, təşkilatçılıq və idarəetmə 
sahəsində məsləhətçi köməyi göstərən xüsusi dövlət institutlarından ibarətdir. 
Vençur işgüzarlığı ilk dəfə müharibədən sonrakı dövrdə-50-ci illərdə ABŞ-da 
meydana gəlmişdir. Onun yaranması bir sıra amillərlə izah olunur. Birinci amil 
investisiya proseslərinin gərginliyinin zəifləməsi şəraitində kapitalın çox yığılması 
və sərbəst vəsaitin yaranması ilə izah olunur. Bu istiqamətə mənfəət normasının 
aşağı düşməsi amili də təsir edir. Bu isə investisiya edən subyekti kapital qoymaq 
üçün başqa sahələr axtarıb tapmağa məcbur edir. 
İri şirkətlər isə konunersiya nöqteyi-nəzərindən müvəffəqiyyəti şübhə altında 
olan elmi- texniki yeniliyin tətbiqi ilə məşğul olmağa qadir deyildirlər. Lakin vençur 
sahibkarlığının ayn- ayn nailiyyətləri o dərəcədə yüksək təsir bağışlamışdu- ki, 
“bəxtini sınamaq” istəyənlərin böyük bir dəstəsinin yaranmasına səbəb olmuşdur. 
70-ci illərin sonunda dövlət kiçik elmi firmaların fəaliyyətinin hə- 
vəsləndirilməsində inhisar əleyhinə fəal siyasət yeritməyə başladı. Dövlət bu 
siyasəti, firmalann əhəmiyyətli dərəcədə vergi güzəştləri ilə təmin etməklə, vençur 
işgüzarlığının inkişafına bir daha şərait yaratmağa, həmin firmalann məhsullarına və 
qiymətli kağızlannı yerləşdirməyə təminat verməklə həyata keçirirdi. 


Son onillikdə Amerikanın müraciətlərində, tədqiqatlarında və kütləvi nəşrlərində 
cəsur qüdrətli işgüzarın “antrelronorun” güclü surətdə təbliğ olunmasına başlandı. 
Amerika həmişə bu ruhda olmamışdı. Hələ otuz il bundan əvvəl “antrelronor” 
alçaldılmış, nüfuzdan salınmış söz kimi səslənirdi. O vaxt ölkənin gücünü və 
qüdrətini şirkətlərin menecerləri təmsil edirdi. Vaxt keçdikcə ictimai və şəxsi 
dəyərlərin iye- arxiyasmda kommersiyaya meyl cəsarəti yenə də mühüm yer tutdu. 
Şəxsi təşəbbüs və işgüzarlıq isə Amerika xalqının öz yüksək vəziyyətini bərpa etdi. 
Müharibədən sonrakı döwdə vençur sahibkarlığınm inkişafı üç mərhələdən
keçmişdir. Birinci mərhələ 50-60-cı illəri əhatə edir. Bu vaxt müxtəlif növ elektron 
texnikası istehsalı ilə ixtisaslaşmış çoxlu firmalar yaradılır, “Kseroks”, “Polyaroid” 
və s. bu kimi nadir kəşflərdən istifadə olunurdu. İkinci mərhələ 1969-1978-ci illəri 
əhatə edir. Bu dövrün xüsusiyyəti, vençur işgüzarlığının maliyyə imkanlarmın 
əhəmiyyətli dərəcədə azalmasından ibarətdir. Buna səbəb dövlətin vergiqoyma 
siyasətinin vençur işgüzarlan üçün qənaətbəxş olmaması idi. Lalan buna 
baxmayaraq, maliyyə yardımı olan vençurlann çoxu yeni məhsul buraxılması 
vasitəsilə böyük iqtisadi müvəffəqiyyətlərə nail oldular. Bu dövrdə yaranan “İntal”, 
ilk super EHM yaradan “Kray risserc”, fərdi EHM yaradanların pioneri “EPL 
kompüter” və s.-ni göstərmək olar. ABŞ- da vençur sahibkarlığının üçüncü 
mərhələsi 1978-ci ildən sonra başlayır ki, bu da dövlətin kiçik elmi firmalarında 
vergiqoyma siyasətində apardığı dəyişikliklə izah edilir. Hazırkı vaxtda 
iqtisadiyyatda yaranmış ümumi böhrana baxmayaraq, vençur işgüzarlığı sürətlə və 
müvəffəqiyyətlə inkişaf edir. 1979-cu ildən 1982-ci ilə qədər vençurlar tərəfindən 
kənar (cəlb edilmiş) mənbələrdən maliyyələşdirmə hesabına kapiğal qoyuluşunun 
həcmi 5 dəfədən çox, yəni 319 mln.-dan 1700 mln. dollara qədər artmışdır. 
“Qisledayn”, “Microsoft”, “Amerikan mikrosistemz”, “Deyta general”, “Krey 
riserç”, “EPL kompüter” və s. tərəfindən təşkil olunmuş elmi şirkətlərdə istehsalın 
texnila cəhətdən yeniləşdirilməsino diqqət yetirilir. 1984-cü ildə kiçik elmi firmalara 
qoyulan uzunmüddətli investisiyanın həcmi 11,5 mln.dollar olmuşdur. 


Vençur işgüzarlığının cəlbedici üstünlükləri nədən ibarətdir? Bu suala cavab 
vermək üçün onun tərkibinin (komponentbrinin) təşkili və yaradılması prinsiplərini 
başa düşmək lazımdır. 
Vençur kiçik innovasiya firmasıdır. Məsuliyyət formasına və təşkilati-hüquqi 
vəziyyətinə görə, vençur-korporasiya partnyor (yoldaşlıq), yaxud vahid şirkət 
şəklində çıxış edə bilər. Korporasiya - kapitalı şirkətin səhm sahiblərinin 
mülkiyyətində olan səhmdar firmasıdır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin