Partnyorluq əsasında fəaliyyət göstərən müəssisələrin əsas çatışmamazlığı
onunla izah edilir ki, burada funksiyaların bölgüsü və
mənafelərin birləşdirilməsi
çətin olur. Bu zaman yaranan ziddiyyətlər və ya bir neçə iştirakçının ümumi işi tərk
etməsi nəticəsində partnyorluq əsasında fəaliyyət göstərən
müəssisənin potensial
dağılma təhlükəsi yaranır.
Korporasiya dedikdə elə müəssisə və firmaların
birliyi
başa
düşülür ki, onlar hüquqi şəxs olub hər bir
mülkiyyətçinin məsuliyyəti
müəssisəyə qoyduğu əmanətin həcmi ilə məhdudlaşır.
Korporasiya
- payçılıq əsasında fəaliyyət göstərən cəmiyyətdir.
Cəmiyyətin
səhmlərini alan ayrı-ayrı şəxslər belə korporasiyanın sahibi, mülkiyyətçisi ola bilər.
Bir sözlə korporasiyanın yaradılması zamanı çoxlu sayda iştirakçıların, istər fiziki
və istərsə də hüquqi şəxslərin maliyyə vəsaitləri cəmləşir. Səhm sahibləri dividend
formasında gəlir əldə edirlər. Onlar yalnız səhmi əldə edərkən sərf etdikləri maliyyə
vəsaiti qədər risk etmiş olurlar. Korporasiya onun sahibləri olan səhmdarlardan asılı
olmayaraq fəaliyyət göstərir. Bu isə korporasiyaya
nisbətən stabil fəaliyyət
göstərməyə imkan verir. Korporasiyanın fəaliyyətinin əsas çatışmayan cəhətlərindən
biri ilk növbədə burada mövcud imkanlardan sui-istifkdə edilməsidir.
Bundan əlavə
korporasiyaya daxil olan xırda və orta həcmli əmanət sahibləri korporasiyanın
fəaliyyətinə həqiqi nəzarəti həyata keçirə bilmirlər.
Dostları ilə paylaş: